“OMD”-də uşaq ölümləri gizlədilir
Sosial
Oxunub: 1 121
3 iy 2016 | 09:33
“OMD”-də uşaq ölümləri gizlədilir











K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev rəhbərlik etdiyi müəssisədə baş verənlərə görə hesabat verməlidir

Rəsmi statistik məlumatlara görə, son illər ərzində Azərbaycanda yeni doğulmuş uşaqlar arasında ölüm əmsalı təxminən 10 promilleyə bərabərdir. Yəni hər 1000 yenidoğulan uşaqdan 10-u dünyasını dəyişir. Ancaq asfiksiya, vaxtından əvvəl doğulma və sepsiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər hələ də qalıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyanın sədri Rüstəm Hüseynov bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirib. Uşaq ölümlərinin sayının əvvəlki illərə nisbətən azaldığını deyən R.Hüseynov həm də vurğulayıb ki, hər bir uşaq ölümü faktı xüsusi komissiya tərəfindən araşdırılır. Məlumdur ki, son zamanlar müalicə üçün digər ölkələrə gedənlərin sayı artmaqda davam edir. Bunun əsas səbəbi isə, yerli həkimlərə olan inamsızlıqdır. R.Hüseynov öz açıqlamasında bu məsələyə də toxunaraq bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda həkimlərə inamın azalması barədə düşünüb, bunun qarşısını almaq üçün lazımı işlər görməlidir.

Əlbəttə ki, biz hörmətli Rüstəm Hüseynovun bu fikri ilə tam razıyıq. Amma daha yaxşı olardı ki, bütün bu deyilənlər bəzi konkret tibb müəssisələrinin fəaliyyətlərinin araşdırılması ilə paralel olaraq nəzərdən keçirilsin. Məsələn, götürək elə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu (OMD). Təkcə bu ilin əvvəlindən və yalnız bizə məlum olan uşaq ölümlərinin sayı bu müəssisədə artıq 4-ə çatmışdır. Etiraf edək ki, kifayət qədər böyük göstəricidir. Bəlkə də məhz elə bu səbəbdən, institutun direktoru Nəsib Quliyev hər dəfə bu ölüm hallarının gizlədilməsi üçün əlindən gələni əsirgəmir. Doğrudur, onun bu cəhdləri hər dəfə baş tutmasa da, hər halda "məlumat axınını” təxminən yarıbayarı azaltmaq olur. Belə ki, bu ilin əvvəllərində baş vermiş uşaq ölümü ilə bağlı məlumatlar ölkənin kütləvi informasiya vasitələrində təxminən bir ay keçikmə ilə olsa da, yayımlanmışdı. Həta o zaman dünyasını dəyişmiş uşağın nənəsi, "OMD”-nin həkimlərinin açıq-aşkar cinayət əməllərində də ittiham etmişdi.

Lakin növbəti hadisə, hətta eyni vaxtda iki uşağın ölümünün baş verməsinə baxmayaraq, az qala tamamilə gizlədilmişdi. Təxminən 2-3 ay bundan əvvəl "OMD”-də 2 uşaq dünyasını dəyişdi. Həkimlər isə, həmin uşaqların cəsədlərini belə sahiblərinə təslim edərkən, onları dəyişik saldılar. İndi özünüz deyin, bu həkimlərin "müalicə” etdikləri xəstələrin dərmanlarını və hətta bütöv proseduralarını səhv salmayacaqlarına kim zəmanət verə bilər?

Nəhayət, Elmi-Tədqiqat Pediatriya İnstitutunda bildiyimiz son ölüm hadisəsi təxminən bir həftə öncə baş verib. Bu barədə bizimdovr.az-a daxil olmuş məlumatda deyilir ki, həmin uşaq həkim-cərrah Elnarə Yüzbaşova tərəfindən əməliyyat olunduqdan sonra dünyasını dəyişib. İnstitutun daxilində olan müəyyən şəxslər tərəfindən bu barədə məlumat iki müxtəlif telekompaniyaya ötürülüb. Bundan sonra hər iki TV kanalın əməkdaşları "OMD”-yə gəliblər. Lakin məhz institutun direktoru Nəsib Quliyevin səyləri nəticəsində, telejurnalistlər tezliklə "yanlış məlumat” aldıqlarına əmin olaraq, geri qayıdıblar.

Bu məlumatları təqdim edən mənbə bildirir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunda müşahidə olunan bu vəziyyətin yeganə izahı, direktor Nəsib Quliyevin burada yaratdığı "kommersiya” ab-havası ilə bağlıdır. Açıqlamada iddia olunur ki, direktor institutun bütün həkimlərindən hər ay 500-1000 manat arasında haqq toplayır. Təbii ki, həkimlər də bu pulları xəstələrdən çıxarmalı olurlar. Buna görə də, institutun direktoruna xüsusi yaxınlığı ilə seçildiyi vurğulanan USM həkimi Səbinə Əlizadənin müayinələrə görə hər xəstədən 30 manat alması, və yaxud da "oksigen otaqları”na giriş haqqının 20 manat məbləğində müəyyənləşdirilməsi heç kəsdə əlavə suallar doğurmur. Hətta dərman preparatları ilə keçirilən maxinasiyaları da Elmi-Tədqiqat Pediatriya İnstitutunda artıq hamı normal qəbul edir. Bircə bu uşaq ölümlərinin statistikasında artım olmayaydı. Lakin görünən budur ki, bu müəsisənin rəhbərliyində zəruri dəyişikliklər həyata keçirilməyincə, uşaqların həyatı hələ də təhlükədə qalacaq...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI