Rektorla baş həkimin qovğası: ATU-da

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası vətəndaşları soğan qabığı kimi soyur. Prezidentin açılışını etdiyi dövlət tibb müəssisəsi səhiyyə nazirinin fərmanını qulaqardı edib. Hazırda sözügedən tibb ocağında bazar tarifləri ilə xidmət göstərilir. Nazirin dövlət tibb müəssisələrində ödənişsiz xidmət barədə fərmanına əməl olunmur
Bu barədə tia.az-a verilən məlumatda qeyd olunur ki, klinikanın baş həkimi Surxay Musayev ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanova arxayınlaşıb qanunsuzluğa yol verir. S.Musayev Tədris Terapevtik Klinikasını şəxsi mülkiyyətində olan obyekt kimi istifadə edir. İstənilən vətəndaş klinikaya müraciət etdikdə buradakı dəhşətli soyğunçuluğun, pasientə qarşı laqeydliyin, hətta mühafizəçilərin belə kobudluğunun şahidi ola bilər. Bu sistemi isə baş həkim S.Musayev tətbiq edib.
Klinikada imkansız xəstəyə güzəşt olunmur və qeydiyyat şöbəsinə yaxınlaşıb əməkdaşlardan müayinənin ödənişini etməmiş yuxarı mərtəbələrdə oturan həkimlərin yanına qalxmaq mümkünsüzdür. Baş həkim isə heç bir əsası olmadan dövlət tibb ocağında özəl klinika qaydalarını həyata keçirir.
TİA.AZ-a daxil olan xəbərdə bildirilir ki, bu real mənzərə ATU-nun yeni rektoru, professor Gəray Gəraybəylinin diqqətinə çatdırılıb. Rektora məruzə olunub ki, ali məktəbin tibb müəssisəsinə rəhbərlik edən S.Musayev klinikanı supermarketə çevirib.
Həmçinin, çoxsaylı şikayət məktubları səhiyyə nazirinə və rektora ünvanlanıb. Bildirilib ki, olduqca bahalı klinika olan bu yerdə S.Musayevin yazılmamış qanunları keçərlidir. Rektora məsələdən agah olandan sonra baş həkimi vəzifəsindən uzaqlaşdırmaq istəyib.
Əldə etdiyimiz xəbərdə bildirilir ki, S.Musayevin yaş senzinə görə rəhbər vəzifədən kənarlaşdırılması qanunauyğun hesab edilib. G.Gəraybəyli də elə bu səbəblə baş həkimi işindən kənarlaşdırmaq qərarı verib.
Lakin ATU-nun keçmiş rektoru Ə.Əmiraslanovun himayəsində fəaliyyət göstərən S.Musayevə batmaq çətin olub. Eks-rektorun və S.Musayevin əli çatan ayrı-ayrı vəzifəlilərin hesabına hələ ki postunda qalmağa müvəffəq olub. Hazırda rektorla baş həkim arasında qarşıdurma dərinləşib.
S.Musayev bəzi himayəçiləri və dayaqları hesabına müqavimət göstərməkdədir. Rektor isə bu vəziyyətlə tanış olduqdan sonra heç cürə barışmaq istəmir. G.Gəraybəyli də mümkün imkanlarını səfərbər edib klinikadakı biabırçılığa son qoymağa can atır. Bu qarşıdurmanın necə nəticələnəcəyi hələ ki bilinmir.
Qeyd edək ki, dövlət başçısının Ehtiyat Fondundan ayrılan vəsaitlə tikilən müasir klinikada direktor Surxay Musayevin öz qaydaları tətbiq olunur. Tibb ocağında həkimlərin qəbuluna düşmək Quantanamo həbsxanasından qaçmaqdan mürəkkəb prosesdir. Klinikada bir vətəndaş belə ödənişsiz həkimlə görüşə bilməz.
Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşıb hansı həkimin yanına getdiyini söyləmək lazımdır. Bu zaman qəbulda çalışan klinika əməkdaşları həmin həkimin müayinəsinin qiymətini açıqlayır. Hər həkimin də öz qiyməti var. Klinikada nə şikayət etməyin, nə də Səhiyyə Nazirliyinin “qaynar xətt”inə zəng etməyin mənası var.
Onsuz da klinika tələb olunan məbləği almadan həkimlə görüşə buraxmır. Hər iki tərəfdən girişdə mühafizəçilər yerləşdirilib və xəstələri qəbz təqdim etmədən yuxarı mərtəbələrə buraxmır. Mühafizəçinin biri direktorun kabineti ilə üzbəüzdə yerləşən liftin ağzında çəpər kimi saxlanıb, digəri isə əks istiqamətdə. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı