Bakı DYP-nin «çörək ağacı»
Sosial
Oxunub: 1 146
23 in 2016 | 11:57
Bakı DYP-nin «çörək ağacı»










Və ya Rəşadət Babayevin «yavəri» olan Ruslanın idarədə çıxardığı əndrəbadi oyunlar

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində (BŞDYPİ) baş verən özbaşınalıqlarla bağlı çoxlu şikayətlər olsa da, bu qurum öz fəaliyyətində nə düzəliş edib, nə də tənqidlərdən nəticə çıxarıb. Vəziyyətin bu şəkil almasının səbəbi isə qanunları pozan işçilərin cəzasız qalması və özlərini «toxunulmaz» hesab etmələridir.
Bu idarənin ən mühüm fiqurlarından biri isə rütbəcə heç də zabit deyil. Sıradan biri çavuşdur. Sadəcə, onun kimin «yavəri» olması mühüm məsələdir. Məsələ odur ki, BŞDYPİ-nin «çörək ağacı» olaraq ad çıxarmış Ruslan adlı şəxs 400-cü otağın rəisi Rəşadət Babayevin əlinin altında işləyir. Amma Ruslan elə oğul deyil ki, rəisinin əlinin altında işləsin, lakin bundan faydalanmasın. Daha doğrusu, o, lazım olduğunda rəisini də barmağına dolayıb, oyunlarına sala bilir. Önəmli məsələ isə puldur ki, onu da Ruslan gözüyumulu qazanır.
Sözügedən şəxs sözün həqiqi mənasında özbaşınalıq və qanunsuzluqla məşğuldur. Onun mütəmadi olaraq şəhərə çıxaraq, Rəşadət Babayevin adından reydlər keçirməsi, cüt nömrəli maşınları saxlaması, «avtoş»larla «qonka»ya çıxması adi hallardan biridir. Üstəlik, bu məsələdə o, qardaşının imkanlarından da yararlanır.
Qeyd edək ki, Ruslan ədəbaz, özündənrazı və pul üçün sinov gedən adam olduğundan istənilən maşını saxlatdırıb, cərimə meydançasına apardıra bilir. Ortada günahın varlığı, yoxluğu isə ayrı məsələdir. Onun BŞDYPİ-yə hansı şəkildə işə düzəldiyi, Rəşadət Babayev kimi mühüm şəxsin köməkçisinə çevrilməsi yəqin Nuşirəvan Səfərov cənablarına da məlum deyil. Çünki BŞDYPİ-nin rəisi belə hal hazırda Ruslana söz demək iqtidarında deyil.
Ruslanın əsas işlərindən biri şəhərdəki sürücüləri şərləmək, onlara «avtoş» adı qoyaraq idarəyə gətirməkdir. Belə ki, bu adam özünün «Priora» və «VAZ 2107» markalı maşınlarıyla bəzən şəhərə çıxaraq, kimin «avtoş»luqla məşğul olmasını müəyyən edir. İşdə qardaşının da imkanlarından yararlanan sözügedən şəxs əvvəldə «NİVA» və digər Rusiya istehsalı avtomobilləri «mərcək» altına alır. «Nişangah»ına gələn sürücülər onunla maşın «qovdularsa» bir neçə saatdan sonra özlərini şöbədə görürlər.
Elə alver də bundan sonra başlayır. Məsələ belədir ki, Ruslan bütün bunları Rəşadət Babayevin tapşırığı və xəbəri olmadan həyata keçirir. O, ötüşdüyü sürücünü saxlatdıraraq, guya, «avtoş»luq etdiyini onun boynuna qoyar. Nəticədə, 1500 manat pul tələb olunur ki, həm maşını cərimə meydançasında qalmasın, həm də məsələ bir dəfəlik «ört-basdır» olunsun. Həmin vaxt Ruslan sürücüyə psixoloji təsirlər göstərərək, onun nəinki cərimə ödəyəcəyini, hətta həbs olunacağı barədə canına vəlvələ salır. Qorxub pul verənlər, yaxanlarını güc-bəla əllərdən alırlar. Qorxmayıb, tələb irəli sürənlərlə bağlı isə sənəd hazırlanıb, Rəşadət Babayevə təqdim olunur ki, məsələyə o baxsın. Heç nədən xəbərsiz olan Babayev isə işçisinin sözünə inanaraq, «cərimənin ödənilməsin» istəyir.
Bu, Ruslanın ilk və ya son işləri deyil. Onun haqqında həddindən artıq çox məlumatlar var və onların çeşidlənməsi prosesi həyata keçirilir.
Həmin məlumatlardan biri də qeyri-ənənəvi səslən çıxaraq siqnalların alqı-satqısı ilə bağlıdır. Bu barədə nöbəti yazımızda geniş məlumat verəcəyik. jam.az
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı