Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kvadratmetrdən az olan evlərin sakinlərinin daha bir qisminə yeni mənzillərin açarları təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kvadratmetrdən az olan evlərin sakinlərinin daha bir qisminə yeni mənzillərin açarları təqdim edilib. Həmin sakinlər Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yenidənqurma və əsaslı təmir işləri aparılan binaya köçürülüb.
Bakı şəhərinin Baş planının icrasının təmin olunması, şəhərdə yol-nəqliyyat infrastrukturunun yaxşlışadırlması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonu ərazisindəki keçmiş Sovetski adlanan ərazidəki yaşayış və qeyri-yaşayı sahələrinin köçürülməsi prosesinə başlanılıb. İlkin mərhələdə qanunvericiliyə uyğun olaraq sakinlərdən yaşayış və qeyri-yaşayış sahələrinin satın alınma prosesi razılaşma ilə alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Sonradan isə Nazirlər Kabinetinin qərarına əsasən, Yasamal rayonunda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə “Sovetski” adlanan ərazinin bir hissəsində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına başlanıb və hazırda bu işlər davam etdirilir.
Əvvəlcə 2015-ci ilin iyulunda Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında “Sovetski”dən köçürülən sakinlərdən azsahəli mənzillərdə yaşayan ailələrə və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sahəsi 45 kv. m olan 9 mərtəbəli, 2 bloklu və 2 otaqlı binada tamamilə rekonstruksiya olunan, hər bir kommunal şəraitlə təchiz edilən 104 mənzil istifadəyə verilib. Koroğlu Rəhimov küçəsi 9 ünvanında yerləşən 9 mərtəbəli bina da əsaslı təmir olunub.
Qeyd olunub ki, dövlət başçısının göstərişi ilə Koroğlu Rəhimov küçəsindəki binanın 8 mərtəbəsində tam təmir olunan 120 mənzil yerləşir. Buradakı mənzillər sakinlərin “Sovetski” adlanan ərazisindəki mövcud yaşayış sahələrindən 2-3 dəfə böyükdür.
Mənzillərin bölüşdürülməsi iyunun 11-də tam şəffaf şəkildə, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadov isə mənzillərin yüksək keyfiyyətlə təmir olunduğunu diqqətinə çatdırdı və yeni mənzil sahiblərinin sənədlərinin vaxtında veriləcəyini bildirdi.
Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, köçürmə üzrə işçi komissiyasının sədri Səməd İslamov bildirdi ki, yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin istəkləri bu dəfə də nəticəsiz qalmayıb. Prezident İlham Əliyevin diqqəti nəticəsində ötən il olduğu kimi, bu il də köhnə mənzillər yeniləri ilə əvəzlənib. Yeni mənzillərin verilməsi bu məqsədlə yaradılan Komissiyanın apardığı araşdırmaların nəticələrinə uyğun olaraq, digər yaşayış sahələri olmayan, daha çətin mənzil şəraiti olan sakinlərə şamil edilib.
Qeyd edək ki, sərəncamla alqı-satqı proseduru, həmçinin yeni mənzillərə dair mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi üçün aidiyyatı dövlət orqanlarına tapşırıqlar verilib.
Sonra 111 ailəyə yeni mənzillərin açarları təqdim edilib. Evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. İstilik sistemi, rabitə xətləri ilə tam təchiz olunub. Şəhərin mərkəz hissəsində yerləşən bu binanın həyətində sakinlərin istirahəti üçün rahat şərait də yaradılıb, park salınıb.
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı