Deputatı taksi sürücüsünə oxşadıb qovdular - "Bura bizlikdir, dayanma"
Sosial
Oxunub: 928
30 may 2016 | 11:04
Deputatı taksi sürücüsünə oxşadıb qovdular - "Bura bizlikdir, dayanma"











«Burada bizdən başqa kimsə “taksovatlıq” edə bilməz» sözündən sonra millət vəkili Elşən Musayev oradan uzaqlaşıb

Milli Məclisin gənc deputatı Elşən Musayev Bakıda taksi sürücüsü tərəfindən təzyiqə məruz qalıb.

Politika.Az xəbər verir ki, deputat başına gələnləri feysbok profilində yazıb. Elşən Musayevin yazdıqlarını olduğu kimi təqdim edirik:

- O gün maşını marketin qarşısında saxlamışam. Gördüm biri üzərimə hövlanək gəlir:

- Qaqaş, götür burdan maşını. Bura bizlikdi.

- Kimsiz siz, nəçisiz, niyə sizlikdi?

- Taksi “şofer”iyəm. Burada bizdən başqa kimsə “taksovatlıq” edə bilməz. Yığışdır maşını.

- Ay qardaşım, mən taksi sürmürəm, 5 dəqiqəlik işim var, dəyib qayıdıram.

- Sən canı bəsdir görək, elə hamı sənin kimi deyib sonra özünə yer edir. Yaxşı söz güləşdirmə. Götür maşını.

- Getməsəm neyləcəksiz?

- Hər halda çox pis olar sənin üçün. Öz də belə mədəni danışma. Qıraqdan baxan elə bilər nazir, deputat zadsan....

Əvvəl bir az pis oldum. Gərildim. Amma yenə də sürüb getdim. Onu incidəcək bir söz demədim. Desəm kompleksə girərdim. Dəqiq! Elə bilərdim gücüm elə taksi şoferinə çatır. Öz qüdrətimi onun üzərində bərqərar edirəm.

Adam mənimlə sonacan “sən”lə danışdı. Mənsə “siz”lə.

Amma gedərkən güzgüdən simasına baxdım və...üzündə qəribə bir təbəssüm sezdim. Məni qorxutduğunu, bu işi bacardığını, növbəti rəqibini zərərsizləşdirdiyini zənn edib əməllicə sevinirdi. Hətta qamətində, duruşunda müdhiş bir əda, bir özgüvən, bir özünü təsdiq əlaməti vardı....
O an artıq dəqiq özümü qınamadım. “Nə yaxşı uzaqlaşdım”-deyə düşündüm. Çünki hər kəsin bir yerlərdə güclü olduğunu düşünməyə, bəzənsə ən kiçik şeylərdən xoşbəxt olmağa haqqı var. O haqq mənim iki-üç kəlmə neqativ söz eşitməyimlə, yüz metr o yana getməyimlə öz həllini tapacaqsa, ödəniləcəksə, olsun! Razıyam. Həm də 2 əlli razıyam...
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı