ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib
Sosial
Oxunub: 1 260
28 may 2016 | 17:05
ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib






26 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin növbəti görüşü Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.

Tələbələrlə görüşdə Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov, Uşu Sanda idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Tural Cavadov və eyni titullara sahib Ruslan Nəzərov iştirak edib.

Mərasimi “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.

Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı.

Daha sonra Dünya və Avropa çempionları Tural Cavadov və Ruslan Nəzərov çıxış edərək 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin etdilər və idmanın inkişafı üçün yaradılan imkanlara, idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirdilər.

Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması, sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.


ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı