Nərimanov rayonunda Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubiley tədbiri keçirilib
11 may 2016-cı il tarixdə "Odlar Yurdu" Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Odlar Yurdu" Universitetinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr edilmiş yaradıcılıq festivalı keçirilmişdir. Festivalın keçirilməsində məqsəd Səməd Vurğunun həyat və yaradıcılığına məktəbliləri cəlb etmək, şagirdlərin istedadlarını və yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, onların mövcud potensiallarının reallaşdırılmasına şərait yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, rayon ərazisində yerləşən orta ümumtəhsil müəssisələrinin 500 nəfər şagirdi iştirak etmişdir. Yubiley tədbirində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev Səməd Vurğunun həyat və yaradıcılığından danışaraq qeyd etdilər ki, Səməd Vurğun təkcə şair deyil, eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biri olmuşdur, ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsində çalışmış və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir. Sonra bədii qiraət, inşa-yazı, dram əsərlərindən kiçik səhnəciklər və hekayə yazarlar nominasiyalar üzrə qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Rəsmi hissədən sonra tədbir qalib gəlmiş şagirdlər tərəfindən hazırlanmış şeirlər və dram əsərlərdən kiçik səhnəciklər ilə davam etdirilmişdir.
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır