Paytaxta yaxınlaşırlar, darvazaları bağlayın!
Sosial
Oxunub: 957
7 may 2016 | 13:56
Paytaxta yaxınlaşırlar, darvazaları bağlayın!Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, artıq iki gündür ki, rayon qeydiyyatında olan yük və minik avtomobillərinin paytaxta buraxılış saatları dəyişib. Sputnik Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq. Yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər. Əvvəlki qaydaya görə isə, yük və rayon qeydiyyatında olan minik avtomobilləri 07:00-dan 22:00-dək paytaxta buraxılmırdı.

"Əsas şikayətçi olanlar yaşlı insanlardır"

Hökumət saat dəyişikliyinə səbəb kimi, vətəndaşların çoxsaylı müraciətlərini əsas gətirir. Lakin paytaxta girəcəklərdə apardığımız sorğu və çəkiliş zamanı bəlli oldu ki, insanlar ümumiyyətlə qadağanın tam əleyhinədir.
Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmasıRayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmasıRayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmasıRayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması
Rayon avtomobilləri üçün yaradılan dayanacaqlardan biri Lökbatan qəsəbəsi ərazisində, əsas yolun kənarında yerləşir. Bölgə qeydiyyatı olan maşınlar üçün ayrılan dayanacaqda elə də sıxlıq müşahidə olunmurdu. Ərazidə təxminən 70-ə yaxın avtomobil var idi. Halbuki, paytaxta axının çox olduğunu hər kəs bilir.

Dayanacağa nəzarət edən Zabil Kərimovdan bunun səbəbini soruşduq. Z.Kərimov Sputnik-ə bildirdi ki, maşınını burda saxlayıb şəhərə gedənlərin çoxu cavanlardır: "Rayondan gələn cavan uşaqlar, icazə üçün o qədər də israr etmirlər. Çünki bilirlər ki, faydası yoxdur. Odur ki, avtomobillərini park edib, ya taksi ilə, ya da avtobusa minib gedirlər".

"Əsas şikayətçilər və israr edənlər yaşlı təbəqədir. Onları qınamıram. Yaş öz sözünü deyir. Çoxu avtobusu götürə bilmir. Çoxunun da taksiyə verməyə əlavə pulu yoxdur. İcazə istəyirlər, verməyəndə məcbur geriyə qayıdırlar", — nəzarətçi əlavə edib.

"Bakı İstanbuldan, Moskvadan dahamı sıxdır?"

Maraqlıdır ki, insanların şəhərə gedə bilməsi üçün ərazidə nə taksi, nə də avtobus var. Həqiqətən də, mövcud durumdan daha çox yaşlılar narazıdırlar. Şəkili Abbas Həsənov kimi.
68 yaşı olduğunu deyən A. Həsənov, 2 saatdır yol polisinə onu Bakıya buraxması üçün yalvar-yaxır elədiyini söyləyir: "Mən o polisləri çox da qınamıram. Çünki onlara belə əmr edilib. Mən kresloda əyləşib öz millətinə zülm edən məmurları qınayıram".

"Dünyanın harasında bu cür qeyri-insani qərarlar verilir? Bakı İstanbuldan, Moskvadan dahamı sıxdır? O şəhərlərdə dəfələrlə olmuşam, əgər həmin ölkələrdə belə qanunlar çıxarılsa, xalq o dəqiqə ayağa qalxar", — narazı vətəndaş əlavə edib.

"Tutaq ki, kiminsə xəstəsi var…"

Məsələni Sputnik-ə şərh edən tanınmış hüquqşünas Əvəz Həsənov, problemə hüquqi izahat verməkdə çətinlik çəkdiyini deyib: "Aydın məsələdir ki, hökumət paytaxtdakı tıxacın qarşısını almaq üçün bu cür qərarlar verir. Ona görə tam demək olmaz ki, dövlət haqlıdır, yoxsa haqsız. Ancaq mən sizə xarici dövlətlərdə bu işin necə görüldüyü barədə qısa izahat vermək istərdim. Bir çox inkişaf etmiş Qərb dövlətlərində tək və cüt nömrə nişanlı avtomobillər həftənin günlərinə bölünür və girişinə elə icazə verilir".

Hüquqşünasın sözlərinə görə, bir neçə rayon var ki, həmin yerlərin insanları Bakı ilə sıx bağlıdır: "Ona görə də mən bu qadağanın bütün rayonlara şamil edilməsinin əleyhinəyəm. Ayrıca, tutaq ki, kiminsə xəstəsi var, xəstəxanaya getməlidir. Saat neçəni gözləməlidir ki, şəhərə girsin?! Ümumiyyətlə, hökumət bu qərarı ölçüb-biçmədən verdi. İnsanların hansı əziyyəti çəkdiklərini dərk eləmək istəmirlər".

Ə.Həsənov, rayon qeydiyyatlı avtomobillər üçün tikilən dayanacaqlar barədə isə maraqlı bir fakta toxunub: "Postu tikib içinə də 2-3 nəfər yol polisi qoyublar. Onlar da avtomobilləri saxlayıb içəri soxurlar. Mən o yoldan tez-tez keçib gəlirəm. Orda nə taksi görürəm, nə də avtobusların intensiv hərəkətini. Sual vermək lazımdır: qadağaya tuş gələn rayon camaatı şəhərə necə gəlməlidir?".
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır