UNEC-də Ümummili Lider Heydər Əliyevin 93 illiyinə həsr edilən elmi sessiya keçirilib
Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan elmi sessiya keçirilib.
Tədbir iştirakçıları Ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra UNEC-in Texnologiya və dizayn fakültəsinin tələbələrinin Ulu Öndərə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Bildirilib ki, tələbələrin əsərləri “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda keçirilən rəsm müsabiqəsinə təqdim edilib.
Elmi sessiyada UNEC rektoru, professor Ədalət Muradov Ulu Öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salıb. Bildirib ki, Ulu Öndər sürətlə inkişaf edən bugünkü Azərbaycanımızın inkişafının təməl daşını respublikaya rəhbərliyinin ilk dövrlərində atıb. Dövlətimizin müstəqillik illərindəki dərin böhrandan çıxaraq, dinamik inkişaf edən ölkələr sırasında yer almasına görə Ümummilli liderə borcluyuq. Ulu ÖndərHeydər Əliyev elə bir zirvədir ki, ona çatmaq mümkün deyil.
Rektor qeyd edib ki, xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təməli məhz Ümummilli Lider tərəfindən qoyulub. Bu gün keçirilən elmi sessiyanın əsas məqsədi Ulu Öndərin yaratdığı Azərbaycanın sosial siyasətinə elmi baxış keçirməkdir. Ədalət Muradov bildirib ki,elmi-tədqiqat yönümlü institututa çevrilməkdə iddialı olan UNEC Ulu Öndərin sosial siyasətini yenidən tədqiq edərək, bu sahəyə öz töhfələrini verəcək.
Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə başlanan yeni siyasi kurs sosial siyasətə təsirsiz ötüşmədi. Müstəqil dövlətin bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətinin formalaşması dövlətin kompleks inkişafının tərkib hissəsi kimi nəzərdən keçirildi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi. Ulu Öndərin əsasını qoyduğu sosial siyasətin xarakterik cəhətlərini vurğulayan H.Rəcəbli bu siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsini diqqətə çatdırıb. H.Rəcəbli Ulu Öndərin müəllifi olduğu sosial siyasətin inkişaf tarixinə nəzər salaraq, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində atılan əhəmiyyətli addımlardan danışıb, uğurlu islahatları sadalayıb.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov “Azərbaycan Respublikasının sosial inkişafının Heydər Əliyev epoxası” mövzusunda təqdimatla çıxış edib.
Sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli UNEC-in kitabxanasına “Sabitlikdən sosial rifaha” adlı kitabı hədiyyə edib.
Tədbir çıxışlarla davam edib.

Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır