5 aydır ki, təmir gözləyən yolun nəhayət, «bəxti açıldı» - REPORTAJ
Nizami rayonu, metronun "Neftçilər" stansiyanın yaxınlığı, Rüstəm Rüstəmov küçəsi uzun müddətdir ki, təmir edilməyi gözləyir.
Məsələ burasındadır ki, yolun 1 kilometrlik məsafəsinin asfalt örtüyü 4-5 ay öncə ağır texnika vasitəsi ilə qaşınıb. Ancaq yol hələ də təmir olunmayıb. Bu vəziyyət sürücülərin haqlı narazılığına səbəb olub.
Küçənin bu vəziyyətdə olması yoldan mütəmadi istifadə edən sürücüləri əlavə xərcə salır. Çünki qaşınmış asfaltdan geridə qalan hissə avtomobillərin təkərlərinin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
Sürücülər deyirlər ki, yolda olan çalalara bir dəfə "Azəravtoyol" ASC-nin əməkdaşları yamaq vurublar. Bəzilərini isə özləri doldurublar ki, həm maşınları dağılmasın, həm də üzərlərinə su sıçramasın: "Bu yol daimi işləkdir. Bakının Qaraçuxur, Bakıxanov kimi qəsəbələrinə buradan marşrutlar gedir. Bu yoldan istifadə edənlər avtomatik olaraq sürəti azaldırlar. Bu da tıxacın yaranmasına səbəb olur (Çəkiliş zamanı buna biz də şahid olduq-müəlıif).
Üstəlik toz-torpaq ətrafı bürüyür. Biz taksi sürücüsüyük. Bir müddət öncə burada taksi dayanacağı işarəsini qoydular. Sonra isə söküb, apardılar. Səbəbini soruşanda isə dedilər ki, "Daha yaxşısını, işıqlı olanını gətirəcəyik". Hələ də gətirməyiblər. Ad olur ki, biz kiməsə mane oluruq. Tıxac yaradırıq. Yolu təmir etsələr, burada tıxac olmaz".
Narazı olan təkcə sürücülər deyil, həm də sərnişinlərdir: "Bir neçə gündür ki, başlayıblar, səkiləri sökməyə... Hər tərəfə də kərpicləri atıblar. Sökə-sökə gedirlər. Daş piltələrin bir topasını da düz dayanacağın qarşısına atıblar. Avtobus buraya yaxınlaşa bilmir. Dayanır, yolun ortasında... Bu da bizim üçün təhlükəlidir. Dayanacağa girə bilməyən marşrut sürücüləri dalaşırlar. Aləm dəyir, bir-birinə... Biz də evimizə bu vəziyyətdə gedirik".
Məsələ ilə bağlı ''Azəravtoyol'' Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Məlum oldu ki, bu qurum artıq təmir işlərinə başlayıb.
Qurumun sözçüsü Anar Nəcəfli artıq bu problemin aradan qaldırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən işlərə başlandığını bildirdi: "Nizami rayonundakı Rüstəm Rüstəmov küçəsi uzun müddətdir ki, təmir olunmadığı üçün avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində çətinliklər yaranırdı. Artıq bu problemin aradan qaldırılması istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlərə başlanılıb. Uzunluğu 3.7 km. ( 1.85 km. x 2 ), eni isə 27,5 metr olan küçədə təmir-tikinti işlərinə start verilib. Küçə hər bir istiqamətə 2 olmaqla, 4 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində hazırda küçəboyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min p/m yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq, yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub".
A.Nəcəfli bildirdi ki, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq: "Yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.
Qeyd edim ki, Rüstəm Rüstəmov küçəsi Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək, Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək ( Bakıxanov qəsəbəsinə düşən yol) uzanır. Bir sözlə, Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malik küçələrdən biridir".

Musavat.com,

Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır