Nərimanov rayonunda “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlı tədbir keçirilib
05 may 2016-cı il tarixdə Nərimanov Rayon İcra hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetinin konfrans zalında “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlı tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı Şəhər Şöbəsinin müdir müavini Ceyhun Əliyev, Azərbaycan Kooperasiya Universitetinin tarix kafedrasının müdiri Nizami Məhərrəmov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, rayon ictimaiyyəti və fəal gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan etməsində məqsəd Azərbaycanda multikulturalizmin ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir. Əsrlər boyu Azərbaycanda mültimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Onlarla millətin və xalqların nümayyəndələri Azərbaycanı öz vətənləri kimi qəbul etmiş və artıq uzun illərdir ki, bir ailə kimi yaşayırlar. Multikulturalizm Azərbaycanda artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Natiq qeyd etmişdir ki, multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.
Nərimanov rayonunda fəaliyyət göstərən 6 dinin icma, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin rayon şöbəsi, Rus Mədəniyyət Mərkəzi, Şevçenko adına Ukrayna İcması, Azərbaycan – Rus İcmasının rayon Şöbəsi ilə konstruktiv əməkdaşlığın və ictimai əlaqələrinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır.
Sonra çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı Şəhər Şöbəsinin müdir müavini Ceyhun Əliyev, Azərbaycan Kooperasiya Universitetinin tarix kafedrasının müdiri Nizami Məhərrəmov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər çıxışçılar bildirmişlər ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də uğurlu inkişafını davam etdirəcəkdir. Bunun üçün Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur.
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır