Azərbaycanda cəzalar yüngülləşir
Sosial
Oxunub: 973
6 may 2016 | 11:43
Azərbaycanda cəzalar yüngülləşir











“Dəyişiklikləri “mini amnistiya" adlandırmaq mümkündür”

Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Cinayət Məcəlləsinə maraqlı dəyişikliklərin edilməsi gözlənilir.

Bu barədə sosial şəbəkədə yazan ekspert Ərşad Hüseynov bildirib ki, dəyişiklikləri ümumi şəkildə “mini amnistiya” adlandırmaq mümkündür, çünki onların qüvvəyə minməsindən sonra yüzlərlə adam cinayət məsuliyyətindən və cəzadan azad olunacaq, bəzilərinin cəzası xeyli yüngülləşəcək, bəziləri isə cəzadan azad olunmaq şansı qazanacaq:

“Məsələn, indiyədək oğurlanan əmlakın dəyəri 30 manatı aşanda bu, cinayət sayılırdı, bundan sonra həmin məbləğ 100 manata qaldırılır (30-100 manat arası oğurluğa görə məhkum olunanlar avtomatik olaraq cəzadan azad olunacaq).

İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq.

Ümumiyyətlə, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlbetmə hədləri qaldırılıb. Əvvəl 2000 manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20 000 manatdan artıq vergidən yayınma cinayət sayılacaq.

Daha sonra cinayət məsuliyyətindən azadolma imkanları da genişlənir. Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda cinayət məsuliyyəti istisna olunur.

Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur (məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.).

Bununla belə, bəzi əməllərin sanksiyası da sərtləşir, xüsusən, cərimə cəzaları bəzi hallarda artırılır. Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlbetmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya da artırılır.

Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq (məsələn, əmtəə nişanından qanunsuz istifadə edən şəxs 2000 manatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 4000-80 000 manat cərimə olunacaq).

Bundan sonra cibgirlərin də işi ağaırlaşacaq. Cibgir 100 manatdan çox talayarsa, 3-7 il azadlığını itirə bilər (əvvəllər buna görə maksimum 2 ilədək azadlıqdan məhrumetmə ilə canını qurtara bilərdi.
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır