İnformasiya müharibəsi - I hissə
Sosial / Maraqli
Oxunub: 1 400
5 may 2016 | 23:04
İbrahim Sel - İnformasiya müharibəsi

İnformasiya müharibəsi - I hissəVətəndaşların çoxu pərdəarxasında baş verənlərdən xəbərsizdir, ona görə də onlar mətbuatda nə yazılırsa, sadəlövhcəsinə inanırlar. Mətbuat isə maşallah, nə gəldi yazır. Professional Oxucu Liqası mətbuatda ən ən ən-lərin monitorinqini apararkən maraqlı nüanslar ortaya çıxdı. Nə qədər qəribə olsa da, indilərdə bizim mətbuatda “İkinci sinif şagirdi doğdu” və ya “100 yaşlı qarı doğdu” tipli xəbərlər də yer alır və bəziləri buna inanır da. Bir çoxları tərəfindən normal qarşılanır. Professor Stoleşnikovun QDLB adlandırdığı kütlə yaranıb. QDLB nədir? Elə feysbuk oxucuları var ki, onlara heç vurma cədvəlini də başa salmaq mümkin deyil, onda qala QDLB açması ola. Ona görə də antiqlobalist camiədəki dostlara məsləhət görərdim ki, başına heç nə girməyənlərə baş qoşub özlərini yormasınlar, yollarına davam etsinlər. Biz yalnız özümüz kimi başa düşənlərlə olmalıyıq, anlayanlarla, qavrayanlarla bir cərgədə durmalıyıq. Anicə tutanlarla ünsiyyət yaratmalıyıq. Müasir anlayışlarla asanca kommunikasiyaya girənlərlə kontakt qurmalıyıq, lomlarla yox. Kötüklər bizlik deyil. Kötüklər ariləşməyə can atsınlar, maraq göstərsinlər, inisiativ nümayiş etdirsinlər, sonra baxarıq. Onda gəlib bizim məsələlərə qarışmaq ixtiyarları olar. Biz özümüzü bıdlo ilə bir cərgəyə qoya bilmərik, onlar olan-qalan enerjimizi də sorarlar. Demokratik cəmiyyətin yeritdiyi prinsip nədir? “Bütün kötüklər bir cərgədə olmalıdır, çünki hamısının çürümək haqqı var”. Bağışlayın, əgər siz bu prinsipə gözüyumulu riayət edəcəksinizsə, onda bizim yollarımız ayrıdır. Bizim çürümək ixtiyarımız yoxdur.
Lomlar, tərəddüd edənlər, həyatda öz yolunu tapa bilməyənlər, haqqı qavramayanlar üçün professor Nikolas Mürrey Batlerin sözləri yerinə düşərdi. Həmin fikirləri Ayvor Benson özünün “Sionizm faktoru” kitabında sitat gətirir. Professor deyir: “Dünya üç sinif insanlara bölünüb: hadisələrin məcrasını yönəldən az qism, hadisələrin gedişatını izləyən müəyyən qism və baş verənlərdən heç nə anlamayan əksəriyyət”. Məsələnin faciəli tərəfi bundadır ki, baş verənləri düzgün anlamamaqla, kənara çəkilib seyrçi qalmaqla, heç olmasa hadisələrin pərdəarxası ilə maraqlanmamaqla xalqı zədələyirsiniz. Bizi- öncülləri zəiflədirsiniz. Xalqı xalq olmaqdan çıxarıb gözüyumulu hər şeyə inanan kütlə formasına gətirirsiniz. Gələcəyimizi sual işarəsi altına qoyursunuz. Mübarizə aparmaq, cəngə atılmaq hökmən deyil, heç olmasa anlamaq lazımdır. Anlamağa can atın- bəs edər. Qoyun olmayın. Qoyun doğulmaq ayıb deyil, qoyun ölmək ayıbdır!
Nəsrəddin Tusi Marağa rəsədxanasını inşa etdirmək üçün Hülaki xana müraicət edir. Hülaki xan göydə baş verənlərə niyə bu qədər vəsait ayrımağın məntiqini anlaya bilmir. Nəsrəddin Tusi isə məsələni əyani olaraq başa salmaq üçün dağdan enişə içi boş bir qazan hellədir. İçi boş qazanın səs-küyündən qoşun vahiməyə düşür. Hülaki xana üzünü tutan alim deyir: “Xan sağ olsun, baxın, bu qədər ordunun arasında vahiməyə qapılmayan iki nəfər var- biri sizsiniz, digəri mən. Çünki səs-küy salan əşyanın sadəcə bir qazan olduğunu bilirik. Ordunun isə heç nədən xəbəri yoxdur, ona görə də pərən-pərən düşüb. Bilgisizliklə bilgililiyin arasındakı fərq də bundan ibarətdir”.
Nəsrəddin Tusinin sözü olmasın, ətrafımızda baş verənlərin mütləq bizə təsiri vardır. Özü də göy cisimlərindən daha çox. Göy cisimləri bizdən nə qədər uzaq olursa, təsirləri də o qədər azalır. Yerdə baş verənlər yerin özündə olduğuna görə təsiri də daha çoxdur. Odur ki, özümüzü müdafiə etmək, təhlükələrdən sığortalamaq üçün biz onlar haqqında daim məlumatlı olmalıyıq.
İslamın böyük filosoflarından biri Molla Sədra deyir: “О şәхsin ki, bәdәndә оlаn qulаqdаn bаşqа bir qulаğı yохdur, оnun bu nәğmә vә dаstаndаn оlаn pаyındаn dаnışmа- bu cür dоstlаr sаmаn qiymәtinәdir; cаn mәnа әhli оlаn dоstlаrа fәdа оlsun!” Antiqlobalist camiədəki dostlar, əgər biz özümüzü kötüklərlə bərabər tutsaq, onlara baş qoşsaq, onda yaxşı cəmiyyət qura bilmərik. Tam irəli! Onlara dərs keçməyin, yol göstərməyin başını buraxıb öz işlərinizlə məşğul olun. Biz kötükləri elə özümüz vurmalıyıq. Əlavə yükləri gəminin bortundan aşağı tullayıb tufana sinə gərməliyik. Kötüklərin qisməti baltalanmaqdır. Rəhminiz sizə baltalamağa imkan vermirsə, onda heç olmasa mışkanı azca hərəkət etdirməklə dostluqdan silin getsin! Efirdən itirin. Odur ki marginallar, statuslarımızın altına etiraz yazmayın, avtomatik bloka düşəcəksiniz. Üç nöqtə, bir nida, balam sənə əlvida, əlvida! Bizim klub demokratiya və plüralizm klubu deyil, təbliğat və təşviqat klubudur. İmam Məhəmməd Təqi buyururdu: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür”. Kötüklərə enerji sərf etmək yox, onları baltalamaq lazımdır. Yaxşı bağban öz bağında yabanı otların bitməsinə imkan verməz. Demokratik cəmiyyət qurmaq- bağbanın əl-qolunu bağlamaq və bağın çal-çayırla dolmasına imkan yaratmaqdır. Bağışlayın, siz səhv gəlmisiniz: bizim məqsədimiz demokratik cəmiyyət qurmaq deyil,- yaxşı cəmiyyət qurmaqdır. Nitsşenin bu barədə çox dəhşətli sözləri var. Sənətkar deyir: “İnsan- uçurum üzərində Heyvan ilə Üstün İnsan arasında bağlanmış kəndirdir”. Uçurum üzərində!
Platonla Aristotelin fəlsəfi məktəblərinin başlıca məqsədi dünyanı başa düşmək idi, məncə də fəlsəfənin başlıca işi elə bu olmalıdır. Anlamaq! Bunun ardınca gələn stoiklər fəlsəfəsində başlıca yeri əxlaqla bağlı araşdırmalar tutdu. Onların düşüncəsinə görə, insan taleyin zərbələri qarşısında dözümlə, yenilməzliklə duruş gətirməlidir. Onların bu baxışları artıq yeni fəlsəfi məktəb olmaqla, ayrılıqlara yol açdı. İndi fəlsəfədə çoxlu yeni yönlər ortaya çıxmaqdadır: biriləri Kyerkeqora yaxınlaşaraq eksiztensializmə yönəlir, digərləri dinə yardımçı olmaq üçün polemikalar açır. Əsasən antiqlobalist yönlər üstünlük təşkil edir. Dünya (mütərəqqi dünya!) daha çox qlobalizm bəlasından qurtulmağın yollarını arayır. Əsas odur ki, ruslar dinə böyük maraq göstərirlər. Dünyanın hər yerində tərəqqipərvər ictimaiyyət dinə qayıdış edir. Ənənə möhkəmlənir. Şiəçiliklə pravoslavlıq arasında böyük bir dostluq yaranıb və çox maraqlı paralellər aşkarlanıb...
Nəinki informasiya müharibəsi ekspertləri, həm də cəmiyyət özü artıq başa düşür ki, Qərb dəyərləri heç kimə lazım deyil. Liberalizm xalqı 20 ildir barmağına fırladıb. Demokratiya və azadlıq kimi cəfəng nəzəriyyələrin hesabına nəinki minilliklərin kökündən qaynaqlanan sivil kodumuz, həm də genetik sağlamlığımız zədələnib.
Vətəndaşlarımızın çoxu Tavistok universitetinin hazırladığı media görüntülər əsasında fikir yürüdür. Xalqın özünün hesab etdiyi fikirlər əslində Qlobal Prediktorun fikirləridir. O insanların beynini yuyur, format edir və yenidən yükləyir. Vətəndaşlarımızın dünyagörüşünü o formalaşdırır. İnsan elə bilir ki, bunlar onun öz şəxsi fikirləri, baxış bucağı, illərin gərdişində sınaqdan çıxaraq oturuşmuş formulirovkalarıdır. Əslində isə onun boşqabına nəyi qoyurlarsa, onu da götürür. O boşqabın aşpazları isə Amerikanın tədqiqat institutları və beyin mərkəzlərinin əməkdaşlarıdır. İnsanlarımız mühakimə yürütdüklərinin tamamilə qərbmərkəzli sxemaya uyğun gəldiyinin, təfəkkür tərzlərinin birqütblü atlantik əməliyyat sistemi ilə paralellik təşkil etdiyinin fərqinə varmırlar, çünki uzun illərin yanlış təbliğatı nəticəsinə belə proqramlaşdırılıblar. Beyinləri NATO kompüterlərinə kodlaşdırılıb. Bu gün həmin NATO əməkdaşlarının əsas fəaliyyət meydanı sosial şəbəkələrdir.
Mən sizin hamınızı sosial şəbəkələrə çağırıram. Klaviatura arxasına keçin, Satanaya qarşı döyüşdə bizi yalnız buraxmayın. Kimin internetə çıxışı varsa, heç olmasa gün ərzində bir dəfə sosial şəbəkələrə girsin. Antiqlobalist cəbhəyə dəstək durun, Satananın nökərlərinin cavabını verin. Qoy görsünlər, xalq onların çirkin oyunlarında alət olmaq istəmir. Qoy görsünlər, xalq onların iç üzünə artıq bələddir. Qoy görsünlər, əvvəlki nömrələr artıq girmir. Qoy görsünlər, köhnə başpiyləmələrin heç bit effekti yoxdur. Çox yox, heç olmasa statusların altında şərhlər yazın, bəs edər. Polemikalara qatılın. Əlbəttə şərhiniz məzmunlu və faktlara əsaslanan olsa daha yaxşı olar, amma heç olmasa adi sözlərlə öz mülahizənizi söyləyin. Xırda fikirlər İnformasiya müharibəsinin əsas vintcikləridir. Balaca detallarlardan rəy formalaşır. Hətta qısa status və şərhlər İnformasiya Meydanı adlı nəhəng məkanda əsaslı dəyişikliklərə gətirib çıxarır. Sən xalqın bir individumu kimi öz şəxsi fikirlərini səsləndirməklə ümümxalq maraqlarının keşikçisinə çevrilirsən. Xalqın fikri kimi səsləndirilən liberal lozunqların populyarlaşmasına şans qoymursan. Təpəgözün gözünü çıxardırsan, Məlikməmmədə əsir soydaşını qurtarmaqda yardımçı olursan. Birdəfəlik başa düşmək lazımdır ki, internetdə liberalların at oynatmasına imkan vermək olmaz. Media məkanın Satananın nökərlərinin əlində qallması yolverilməzdir. Başa düşün ki, bu ölüm-dirim müharibəsidir. Düşünən beyinlərimiz məhz sosial şəbəkələrdə zəhərlənir. Yetişib həyata atılan gənc nəsil yanlış istiqamətə məhz internetdə yönəldilir. İnternet sizinlə bizim meydanımız olmalıdır, liberalların yox! Biz antiqlobalistlərin! Liberalları yeri gey-paraddır, internet yox! Podiumdur, getsinlər orda paxodkalarını düzəltməklə məşğul olsunlar. Duqin deyir ki, hər bir liberal- Konçita Vurstdur. Fyodor Dostoyevski: “Liberal lakey kimi bir şeydi; gözləyir indi kimin çəkməsini təmizləyim”. Maksim Şevçenko deyir ki, liberallar- heyvan sürüsüdür. Liberallar- gəmiricilər sinfidir. Liberalizm- xəstəlikdir. Bu, başı çatmayan adamların nəsibidir. “Qərbpərəst olmaq- satqın olmaq deməkdir”. Professor Stoleşnikov deyir ki, bütün ölkələrdə ABŞ agentlərini müəyyənləşdirib, hamısını divara dirəyib güllələmək lazımdı- xalqın xilası o divardan keçir. Dostoyevski: “Bəli, aksiomanı təkrar edirəm- liberal xalqın düşmənidir”. Liberal yığını liberal!- bundan ağır söyüş ola bilməz. Rusiyada artıq liberal söyüş yerinə işlənir, bizdə isə liberal olmağı ilə fəxr edənlər də tapılır. Bütün dünya artıq bunların iç üzünü tanıyıb, siz də tanıyın! Liberal camiənin internetdə hegemonluğu xalqın pozğunlaşmasına, düşkünlükləşməsinə və çürüməsinə gətirib çıxarır. Sosial şəbəkələrdə cəbhəçilərin, müsavatçıların dominantlıq etməsinə, xalqın adından danışmasına imkan verilməməlidir. Hansısa Osmanlı paşasının ideyası ümumxalq ideya kimi yeridilə bilməz. Bura Azərbaycandır, Diyarbəkir çölləri yox! Axı siz kimsiz? Kimsiz ki xalqın adından danışırsız? Xalq bizik!
Əsas informasiya məkanı televiziyalar və qəzetlər deyil, məhz internetdir. Biz özümüz öz informasiya məkanımızı formalaşdırmalıyıq. Öz vətəndaş mövqeyimizi sərgiləməsək, axırımızı gətirəcəklər. Onsuz da etdiklərini ediblər, xalq yarımcan, çəlimsiz vəziyyətdədir. Bundan o yana yol yoxdur. Qarşılarında biz varıq! Xalqı saxta dəyərlərə və yabanı sektalara otuzdurmağa imkan verməyəcəyik. Sorosçuluq yeriməyəcək! İctimai rəyi özümüz formalaşdırmasaq, onu bizim əvəzimizə ABŞ, İsrail və Türkiyə təsir agentləri formalaşdıracaqlar. Bizim adımızdan danışacaq, Sem dayılarına, Sion əmilərinə lazım olanları xalqın istəyi kimi yeridəcəklər.
Zahir Əliyev: “Sorosun pullarına vətəninizi satmayın. ABŞ indiyədək heç bir yerə firavanlıq gətirməyib. Bizim özünü müxalifət hesab edən “kəsim”, -bu, onların sözüdü,- böyük ehtimalla bu faktı dərk edir. Amma nə etsinlər, bu hakimiyyətə gəlməyin sonuncu ehtimalıdı... İnanın mənə, onsuz da Barak Obama-zad Rusiya və İran kimi qonşusu olan bir müxalifətin Amerikanı haraya çağırmasına sarsaqlıq kimi baxır. İflas müxaliflikdi... Bircə dənə olsun yeni ideya yoxdu. İyirmi-neçə illik təcrübələrində “Cənubi Azərbaycan”, “Traktor klubu”, “Turan”, “Türkiyə”, “Amerika”, “Vahid namizəd”, “Elektorat”-dan başqa nə eşitmisiz?”
***
Bu gün meydan sosial şəbəkələrdir. İnternetə gəlin! Bizi tək qoymayın, qardaşlar, bu üfunəti silib atmalıyıq! Feysbuk özü düşmən resursudur, amma biz onun öz ərazisinə girərək vuruşduq. Vuruşduq və qalib gəldik! Xalqı ayıltdıq. Xalq artıq onlara nifrət edir. Tanınmış türk araşdırmaçısı Əli Çimən bildirir ki, feysbukun qurucusu Mark Zukkerberq ABŞ ilə İsrail arasında xəbər daşıyıcısıdır. O göstərir ki, feysbukun yaradılmasında əsas məqsəd İran İslam Respublikasını məhv etmək olmuşdur. İrana qarşı hazırlanan bir sıra layihələr və planlar elə bu sosial şəbəkədə həyata keçirilir. Amma Hillari Klintonun da etiraf etdiyi kimi, artıq onların həmin planları iflasa uğramış, çoxmilyonluq layihələri alt-üst olmuşdur. Feysbuk onların öz əleyhinə işləməyə başlamışdır. Burdakı insanların əksəriyyəti onlara nifrət edir və niyyətlərini bilir. Bizlərin sayəsində! Onlar bizə qarşı hərtərəfli düşünülmüş iud planlarını işə saldılar, amma nəzərə almadılar ki, bizim öz improvizasiyalarımız var. “Həqiqətən evlərin ən süstü və davamsızı hörümçək evidir” (“Ənkəbut” surəsi, 41-ci ayə). Xalq artıq ayıq şəkildə hər şeyi saf-çürük etməyi bacarır. Üstünlük artıq bizim tərəfimizdədir, bunu dəfələrlə özləri də etiraf etmişlər. Yalan ayaq tutar, yeriməz.
Rusiyada internetin zərərli təsirlərinə qarşı qadağaların qoyulması ilə bağlı məsələ qaldırılanda ölkə rəhbəri Vladimir Putinin mövqeyi belə oldu ki, Rusiya cəmiyyətinin qorunması üçün nəyisə qadağan etmək yox, öz pozisiyalarımızı möhkəmləndirmək lazımdır. Onun fikrincə internetdə məhdudlaşdırmalar minimal olmalıdır və bu heç nəyi həll etmir. İnformasiya texnologiyaları sahəsində çalışan gənc alim və müəllimlərin yığışdığı “Fikirlər territoriyası” adlı forumun iştirakçılarından birinin sualına cavab verərkən Putin dedi: “İnsanları, xüsusən də gəncləri internetin zərərli təsirlərdən qorumaq üçün nəyəsə baxmağı və ya qulaq asmağı qadağan etmək yox, öz pozisiyanı aktiv şəkildə irəli yeritmək lazımdır ki, bizim adamlar istənilən informasiyanı almağa hazır olsunlar və zamanında, kəskin, gözəl və istedadlı cavab verə bilsinlər. Və bilirsinizmi, mən tez-tez görürəm ki, məhz belə də olur”.
Döyüş elə düşmənin öz ərazisində getsə yaxşıdır. Gəlib evimizin içinə girmələrini gözləməməliyik. Xalq yatıb, ayılmalıdır- deyənlər, xalq necə ayılmalıdır, bunun konkret yollarını, tutarlı mexanizmlərini bilən varmı? Xalqın ayılması elə internetdən keçir. Xalq həqiqətləri yalnız sosial şəbəkələrdə görür. Televiziyalar da, qəzetlər də İuda qrupunun əlindədir. Tv filtrdir, orda ancaq iudey filtrindən keçmiş materiallar işıq üzü görür. Televiziyaların, qəzetlərin gizlətdiyi xəbərlərə xalqın yalnız internetdə çıxışı olur. İnsanlarımız uzun illər onları düşündürən sualların cavabını ancaq bizim profillərdə, antiqlobalist cəbhənin səhifələrində, avrasiyaçı hərəkat qruplarında, şiəçi camiədə tapa bilirlər. Reallıq budur. Antiqlobalist Cəbhənin saytlarını oxuyun, Kolumbiya pikçerz bunları göstərmir, gecələr də yuxunuza girmir! Hər gün oyanmalısınız. Bəzən bir ömür də yetmir ən dərin yuxulardan oyanmağa. Müasir dünyanın nağılı neyropolitologiyadır. Hamı internetə! Hamı iverlərlə döyüşə! Liberal çurbanyonun xalqın əvəzinə danışmasına imkan verməyək! Xalqa nə azadlıq, nə də demokratiya lazımdır, yalan deyirsiz! İstifadə olunan anlayışların bir çoxu aydın olmayan və qeyri-adekvat deyilmi? Demokratiya adı altında 1000 cür manipulyasiya etmək olar. Azadlıq mason sözüdür, elə köləliyi ifadə edir. Propaqanda həqiqətdən daha güclüdür. Dezinformasiya informasiyanı əvəz edir. Həqiqətlə uydurulmuş yalan arasından “tonkaya qran”, tül pərdə keçir, ayırd etmək lazımdır. Gördüklərimiz həqiqət deyil, xüsusi tədqiqatlar lazımdır. Sənin balan bal dadır, bal dadır, amma səni aldadır, aldadır, aldadır! Haksli bütün bunları 1939-cu ildə daha sadə demişdi: “Reklamçıların erası gəlir!” Təəccübümüz azıb. İndi xeyir şəri təəccübləndirə bilmir, şər xeyiri təəccübləndirir. Yeni qurulan oyunda hadisənin əsl mahiyyətinə deyil, onun oxşarına istinad edilir, bu iş təkrarlandıqca nəyin yalan, nəyin doğru olmasının sərhədi itir, meydana övliya libasında baş kəsənlər gəlir.
Yəhudilərin gizli “Sion müdriklərinin protokolları”nda deyilir: “Demokratiya, insan haqları və siyasi azadlıq sırf ideyadan başqa bir şey deyildir və onun heç bir reallığı yoxdur. Amma bizlərdən hər birimiz lazım olan hallarda ayrı-ayrı xalqların bəzi qruplarını cəzb etmək üçün bu yağlı tikələrdən istifadə etməliyik; öz mənafeyimiz naminə, qüdrət və hökuməti müxalif partiyalar vasitəsilə məhv etməkdən ötrü bu imkanlardan istifadə etməliyik”. Bizə demokratiya lazım deyil. Ölkədə nə prezident üsul-idarəsi, nə seçki-filan olmalıdır. Prezident institutunu elə masonlar təşkil etmişdir. Amerikada görün nə qədər prezident seçilib, bəyəm içində mason olmayanı varmı? Bircə Kennedi olub, onu da elə nümayişkaranə şəkildə güllələdilər, getdi işinə. Xalqa dərs olsun. Ölkəni dəmir əl idarə etməlidir, Stalin kimi, ömürlük xalqçı hökmdar olmalıdır. İşləri o dəmir əl aparmalıdır, 5 ildən bir demokratik yolla seçilən mason prezidentlər yox! Bizə stalinizm lazımdır. Stalin tirandır, yoxsa titan? Stalinin vaxtında sağlam xalq vardı. Onun qurduğu cəmiyyətdə çiçəklənmə gedirdi. Stalin hər il ərzağın qiymətini iki dəfə aşağı salırdı. Stalin hər il iş saatını bir saat endirirdi, deyirdi fəhlə cəmi 2 saat işləsə bizə bəs edəcək! Stalini zəhərlədilər, imkan vermədilər, o öləndə iş saatı 5 saata endirilmişdi. Ədalət Zamanov: “BP-nin qapazaltısı olmaq nə zamandan azadlıq olub?” Azadlıq, demokratiya kimi cəfəng sözlərə inanmayın, soruşun konkret nə verəcəksiniz bizə? Vladimir Mayakovski demişdir: “Bəzilərinə bublik, bəzlərinə bublikin deşiyi- demokratik respublikanın mahiyyəti budur!” Tüpürüm demokratik seçkiyə! Sənə seçki lazımdı? O seçkidən 100 ildir Amerikada da, Türkiyədə də keçirilir, 10 faiz cühud yeyib yatır, qalan yerdə qalan acından ölür. Xalq qırılıb gedir. Xalq azadlığa da, demokratiyaya da çoxdan danqıldadıb. Xalqı yaxşı yaşam lazımdır. Xalqa ruzi lazımdır. Xalqa yaxşı maaş lazımdır. Xalqa bank sələminin durdurulması lazımdır. Xalqa çörək lazımdır, çörək! Xalqa yerlibazlığa son qoyulması lazımdır. Xalqa normal maaş və əyin-baş lazımdır. Biz informasiya sahəsində sionizmin yeritdiyi bütün idarəçilik modullarını vurub dağıtmalıyıq, yerində xalqın həqiqi səsini, əsl arzularını, real istəklərini və duyğularını ucaltmalıyıq. İnternetdə fəaliyyət göstərən dostlara burdan üzümü tutub səslənirəm, qızlarla yazışmaqdan əl çəkin, sevimli pornoulduzlarınıza baxmağa hələ vaxt taparsınız. Üçüncü Dünya Müharibəsi ərəfəsindəyik. Qəza qapımızı kəsib. Gün ərzində heç olmasa bir-iki saat sosial şəbəkələrə girin, dəstək verin! Antiqlobalist şəbəkədəki yoldaşlar sizin rifahımız üçün çalışanlardır. Xalqın gələcəyi təhlükə altındadır. Vahhabilər Suriya çöllərindən şiə körpələrinin başını kəsə-kəsə gəlirlər. İsrail kürdlər üçün böyük dövlət yaradır, həmin xəritəyə bizim torpaqlar da salınıb. Qarşıda böyük bəlalar gözləyir. Başımızın üstünü qara buludlar alır. Qərbdə də, Şərqdə də müharibə gedir. NATO Ukraynadan, onun müsəlman ordusu vahhabilik də Şərqdən hücuma keçir. Qərbdə onların əsas hədəfi pravoslavlar, Şərqdə isə şiələrdir. Bu gün biz şiələr pravoslavlarla birləşib Satanaya qarşı sinə gərməliyik.
Orxan Həbibov: “Mən Azərbaycan xalqının optimizminə heyranam da. JEK-dən arayış ala bilmir, deyir Turan qurajam...” İnsanlar bir tikə çörəyi zülümlə tapır, sabahkı günə ümidləri yoxdur, bədbinlik içində çabalayırlar, bunlarsa Konyadan Ulan-Batora kimi mifik Turan dövləti yaratmaq arzusu ilə alışıb yanırlar. Zombiləşmiş yığın sionizmin qulluğunda durduğunun fərqində deyil. Liberal perdunlara sual verin, onların fikirlərini müzakirəyə çevirin, qoy görsünlər, hamı Kələkili Əbülfəz kimi fikirləşmir. Kələk artıq keçməz, keçəl suya getməz! Şair-çat-mışıq-ey-qaraj-kişi! Onları qıcıqlandırmayın, əsəbləşdirməyin, söyüş söyməyin, təhqir etməyin, sadəcə mədəni şəkildə izah edin. Sadə sözlərlə mülahizənizi gözlərinə soxun. Məğzi bilənlər faktlar gətirsin, ssılkalar versin. Zombi yığınını düşünməyə vadar edn. Fəqət çoxlarında düşünən beyin olması şübhə altındadır,- beyin tam yuyulub. Müasir qullar hər ay ödəniş vaxtı bankların qabağına yığışmış boynubükük kreditçilər olduğu kimi, müasir manqurtlar da barmaqları ilə bizə şeytan işarəsi göstərən bozqurdlardır. Sadəcə bilməlidirlər ki, xalq lox deyil. Xalq o xalq deyil. Era da o era deyil,- Vodoley erası girib. Bu oyunlar daha geçməz. Sel apardı, sel, qaqa, sən görən körpüləri! Maydan hərəkatı bitdi. Maydançılığa son! Maydanların yeri tövlədir, tribuna deyil! Yadınızda saxlayın, əgər Elçibəy yolunun davamçılarının qabağı alınmasa, ağızlarından vurulmasa, onlar ölkəmizi nəinki Rusiya və İranla, hətta Çinlə də müharibə etdirərlər. Musavatçılara yerini göstərən olmasa, Azərbaycanı Türkiyənin tərkibinə qatıb əyalət edərlər. Əgər yadınızdadırsa bir müddət əvvəl “Yeni müsavat” qəzetinin səhifələrindən onlar məhz bunu tələb edirdilər: Azərbaycanın Türkiyənin tərkibinə qatılıb əyalət olmasını! Düz bir həftə onları başa sala bilmədik ki, Türkiyə özü Avrasiya Birliyinə girmək üçün ərizə verib yalvarır, sakitləşin! İstəyirlər ki, Azərbaycan övladları Tuva çökəklərində, Monqolustan səhralarında Turan (oxu: Sion!) uğrunda döyüşərək ölsünlər, təki Elçibəyin ruhu şad olsun! Xalq qırılsın, təki bunların bambılı arzuları çin olsun! Bu başdan qrijaların utopik, mifik, fantastik Turan-Sion planları necə həyata keçə bilər? Sanki böyük bir yuxudadırlar. Bilməlidirlər ki, 90-larda baş alıb gedən bambılılıqlara daha imkan verilməyəcək. Xalq qırılmaq istəmir. Xalq Turan istəmir. Xalq Dərbəndi almaq istəmir, Fazil apo!
Nurçularla bağlı qalmaqal zamanı üzə çıxan sənədlərdən məlum oldu ki, Pensilvaniyalı imamın PA-dakı adamı və ona parlamentdə təmsilçilik edən deputat məktəblərin kompüterləşməsinə ayrılan dövlətin milyonlarını 50 min qərbyönümlü feysbuk istifadəçisinin hazırlanmasına xərcləyiblər! Odur ki feysbukda bu qədər liberast gəncin olmasına, qabağımıza hər addımbaşı türkçü-nurçu çıxmasına təəccüblənməməliyik! Hər ciddi-cəhdlə internet məkanına özümüz hakim olmalı, informasiya sahəsini əlimizə almalı, sosial şəbəkələri xalqın tribunasına çevirməliyik. Hökmən deyil ələ silah alıb zalım məmura güllə atasan və ya Kərbəlanı qorumağa yollanasan,- burda, internet məkanında döyüşmək vacibdir. Əsas cəbhə elə buradır. İnformasiya meydanına sahib olmadan heç bir qələbəni udmaq olmaz. O qələbə yetkin olmaz. İnternetdə söz sahibi olmadan əldə edilən zəfər uzunömürlü olmaz. Fikir verin, Ərəb baharına diqqət yetirin. Çox qısa zamanda dalbadal bir neçə ərəb ölkəsində sosial şəbəkələr vasitəsilə inqilablar törətdilər. Feysbukdan istifadə etməklə ABŞ kəşfiyyatı Şərqdə iğtişaşlar yaratdı, hakimiyyətləri dəyişməyə müvəffəq oldu. Yerli liderləri yalan və dezinformasiya yolu ilə taxtdan salıb yerinə öz marionetkalarını oturtmağı bacardılar. Sosial şəbəkələrdən silah kimi istifadə etdilər. Müasir dünyanın döyüş meydanı buradır- feysbuk! Hətta hərəkat sözü özü öz klassik mənasını itirib. Əvvəllər bu anlayışın məğzində mitinq dururdusa, indi feysbuk durur. Biz bu meydanı ələ keçirməliyik. Tribuna burda xalqın əlində olmalıdır, kələkiçilərin yox! 90-cı illərdən bizə yeridilən bər-bəzəkli ideologiyalar, gəlişigözəl lozunqlar tarixin zibil yeşiyinə atılmalıdır. Meydana yeni söz, yeni nəfəs, yeni baxış, yeni hayqırtı girməlidir. Bank sələminə son! BP, rədd ol Azərbaycandan! Maaşlar normal ölkələrdəki səviyyəyə qaldırılsın! Kürd yerlibazlığına son! Hakimiyyət aborigenlərə! Hörmətli müxalifətçilər! Bəlkə bir dəfə də “Bank sələminə son qoyulsun!” şüarı ilə mitinq keçirdəsiniz? Yoxsa Netanyaxuy icazə vermir? İnanıram ki hətta o mitinqdəki polislər belə sizə (cismən də olmasa) mənən dəstək olar, çünki onların da hərəsinin 2-3 bank krediti var.
Xalqı cəfəngiyyatlar yox, real maraqlar düşündürür. Manipulyasiyaçı Sion əməkdaşlarının ağıllara hakim olmasına imkan verilməməlidir. ABŞ təsir agentlərinin bizə politoloq, filosof, funksioner kimi sırıdılması dövrü bitdi. Xalq aparılan oyunların alt qatını bilməlidir. Hər hansı bir olay baş verəndə “Azadlıq” radiosu adətən xalq cəbhəsindən, ya müsavat partiyasından olan bir əbləhə yaxınlaşır, onun rəyini öyrənır, bundan məqalə düzəldir və xalqın ümumi rəyi, insanların yekdil fikri kimi oxucuya sırıyır. Temanı oxuyan yüzlərlə oxucu da həmin kontekstə köklənir. Biz xarici kəşfiyyatların maliyyələşdirdiyi bu radio və saytların xalqın adından danışmasına şərait yaratmamalıyıq. Yüzlərlə soydaşımız tarixin bizi ağır sınaqlarla üzbəüz qoyduğu bu çətin vaxtlarda silaha sarılıb Kərbəlaya yollandı, sionizmə və onun bir qolu olan vahhabizmə qarşı döyüşə atıldı. Biz də sizinlə həmin müqəddəs ideallara burda dəstək olmalıyıq- internetdə! Haqq uğrunda əldə silah çarpışan, canı-qanı bahasına döyüşən, həyatını təhlükələrə atan oğlanların zəhmətini bada verməməliyik,- informasiya cəhbəsini onların nişangahına uyğun kökləməliyik! Haqq yolunda vuruşan qardaşlar bilməlidirlər ki, biz də varıq, -burdayıq,- media məkanda söz sahibi xalqdır. Satana deyil! Meydan xalqındır! Ədalətin zəfər çalacağına bir an belə şübhə qalmamalıdır. Ümid ən sonda ölür. Dəyanətli oğullarımızın ümidinin qırılmasına, ruhdan düşməsinə, potensialın sönməsinə imkan verməməliyik. Ya Zəhra!
***
İnformasiya müharibəsində qara qüvvələr fonu elə şəkildə dəyişə bilirlər ki, xalqa şəri xeyir sousu altında “tanrılar qidası” kimi yedizdirilər, təsadüfi qurbanlar və ekstermistlər qəhrəmanlara, ikiüzlü yalan birinci dərəcəli həqiqətə çevrilər. Çox da kateqorik və binar ifadə etməsək, nisbi şər nisbi xeyir kimi, və ya əksinə, təqdim və qəbul edilir.
Yanukoviçin nənəsini Leninin abidəsinə gül dəstəsi apardığını görə təpikləyən kütləyə xeyir nisbi şərin fonunda şər kimi görünür.
Bizim hamımız üçün yad olmayan Ukraynadakı neo-çəhrayı çalarlarla ifadə olunmuş neo-narıncı hadisələr də məhz informasiya-psixoloji müharibənin fonunda baş verirdi. Nəticədə hiperaktiv passionar azlıq qiyamı uddu və bu çoxluğun istəyi kimi təqdim olundu. Yanukoviçə və Rusiyaya qarşı olan bu müharibənin közərtisi öz pik nöqtəsinə Avropa İttifaqı emissarları prezident və Maydan arasında vasitəçi rolunu oynayarkən çatdı. Orda informasiya müharibəsini millətçilərin və faşistlərin nüfuz dairəsində vuruşan qərbçi sektor uddu. Öz Pirr qələbələrinə görə onlar yəhudilərin əlində olan dünya KİV-inə, bununla da beynəlxalq ictimai fikrə nəzarət edən “azad demokratik dünya”ya borcludurlar.
İnformasiya-psixoloji müharibə əhval-ruhiyyənin misli görünməmiş manipulyatoruna çevrilmiş sosial şəbəkələrdə daha aydın görünür. Yanukoviçi taxtdan salmaq üçün hansı oyunlara əl atmırdılar! Xalqın qəzəbini cuşa gətirmək üçün həmin dönəmlərdə sosial şəbəkələrdə nələr paylaşmırdılar! Məsələn, günorta çağı 21 yaşlı tibb bacısının (və ya maydançılara tibbi kömək göstərən qızın) şərhlə birlikdə şəklini paylaşmışdılar: “Tvitterdə “mən ölürəm” yazmışdı və bir dəqiqə sonra öldü”. Yayılmış şəkillərə əsasən, həmin qız boynundan yaralanmışdı. Axşam Yanukoviç vaxtından əvvəl seçkilərin keçirilməsinə və konstitusiyanın əvvəlki variantının qaytarılmasına razılıq verəndən sonra həmin qız, bizim bəxtimizdən, möcüzəvi şəkildə dirildi. Onun ölümü haqda şaiyə yayanlar boyunlarına almalı oldular ki, “hazırda o reanimasiyadadır və ona süni nəfəs aparatı qoşulub”. Bilmirəm həqiqətən belədir ya yox, amma bu, “Berkut”a qarşı qəzəb qasırğası doğurmaq üçün hesablanmışdı, elə bir antixalqçı-zalıma ki, hətta ağ xalatlı qıza belə rəhm etməmişdi!
Maydan azarkeşləri sosial şəbəkələrdə Putin tərəfindən Maydanın dağıdılmasına ayrılmış iki milyard barəsində əsassız fikirlər söyləyirdilər. Bu dezinformasiyanı efirə kim buraxmışdı? Soruşan olmadı ki, məsələ iki milyarddadırsa, bəyəm Yanukoviçin özünün və ya onun oliqarx dostlarının iki milyardı yoxdur? Sonradan üzə çıxdı ki, pulu Rusiya yox, Qərb buraxıbmış. Vay səni! Benderçilərin hakimiyyətə gəlməsi üçün ABŞ və Avropa İttifaqı milyardlar tökübmüş!
Snayperlər müasir inqilabların vacib atributikasına çevrilib. Onların “əməyini” yaddan çıxarmaq olmaz! Maydan döyüşçülərinin odlu silahlarla, snayper tüfənglərilə fotolarını hamı gördü. Kadrlardan da aydın görünür ki, maydançılar hökumət qüvvələri ilə çarpışanda arxadan kimsə onlara atəş açırdı. Kim ki həqiqət axtarır, həqiqət kimin üçün dəyərlidirsə, hər hansı bir nəticəyə gəlməzdən əvvəl “yüz dəfə ölçməlidir”. “Kimin snayperləri kimə atəş açırdı” mövzusu hələ çox çeynəniləcək. ABŞ siyasətçiləri “Berkut”çuları maydançılara güllə atmaqda günahlandırırlar. Bəyəm “demokratiya və azadlığın göbəyində” hüquq-mühafizə orqanları iştişaşçılara, etirazçılara atəş açmırlar? Axı youtube kanalı Qərb polisinin mitinqçilərə necə divan tutması haqda dəhşətli videolarla doludur.
Sosial şəbəkədə paylaşılmış fotolardan birində Maydan döyüşçüləri hansısa oğlanın sifətini maydançının meyidinə dirəyirlər, və fotoya izahedici şərh: guya tituşkalardandır- onlara, dinc maydançılara atəş açan snayperlərdən biridir. Qəlbi yuxa insanlara bu cür kiçik propoqanda şedevrləri tez təsir edir, həyəcanlandırır. Bu səhnəni öz gözlərilə görən soydaşımız isə deyir: “Meydana toplaşanlar bir az sonra tamamilə fərqli səhnənin şahidi oldular. Bir neçə nəfər kimisə saçından sürüyə-sürüyə və təpikləyərək dartıb gətirirdilər. Söyləyirdilər ki, o provokasiya məqsədi ilə, kütləvi aksiyaların dağıdılması, nümayişçilərə hücum etmək üçün istifadə olunan “tituşka” kimi tanınan qrupun üzvüdür. Digərləri isə onun dinc nümayişçilərə atəş açan 20 snayperdən biri olmasını söyləyirdi. Mitinq təşkilatçılarından konkret onun kim olmasını aydınlaşdırmaq mümkün olmadı, onlar özləri də mənim kimi az şey bilirdilər”.
Hələ də heç kim bu oğlanın kim olmasını bilmir. Bəlkə də fotosessiya üçün tituşkaçı rolu oynamağa razı olan maydançılardan biri idi. Hətta maydançıların özləri belə konkret heç bir şey ortaya çıxarmayıblar. Sadəcə əllərinə ilk düşən kəsə vəhşicəsinə divan tuturdular, feysbukda isə onun şəklini dinc vətənpərvərləri güllələyən snayper kimi təqdim edirdilər.
İnformasiya müharibələrinin metodlarının asılı olduğu müsbət ideallar, humanist məqsədlər uğrunda mübarizə aparan igidlər hörmətə layiqdirlər. Amma maydançıların məqsəd və idealları çox çirkindir. Maydançılıq elə maydançılıqdır. Özləri Yanukoviçin Mejqoryedəki villasındakı quşları öldürmüşdülər, feysbukda isə öldürülmüş quşların fotolarını paylaşmışdılar ki, bu Yanukoviçin bütpərəst rituallarıdır. Dezinformasiyanın biri bir qəpik idi.
Maydan haqda ziddiyyətli informasiya həddən artıqdır. Sionçu manipulyatorçular Maydan hadisələrində böyük həcmli iş gördülər. Çoxları öz mənəvi və siyasi seçimlərinə uyğun gələn şeylərə inanır. Sual doğuracaq məqamlar isə həddən artıq çoxdur. Maydançılar, misal üçün, konservatoriyanı hansı məqsədlə ələ keçirmişdilər? Necə olurdu ki, onların əlində olan binanın damından üsyançılara arxadan atəş açılırdı? O atəşi açanlar kimlər ola bilərdi?..
Maydan hadisələri zamanı İnformasiya müharibəsini birləşmiş avroatlantik qüvvələr qazandılar. Dalıyca NATO-nun şərqə, Rusiya sərhədlərinə kimi genişlənməsi prosesi başladı. Aparılan İnformasiya müharibəsinin son məqsədi bu idi. Hal-hazırda informasiya-psixoloji müharibə öz növbəti vektoruna qədəm qoyur. Facebook, Odnoklassniki, Vkontakte və Tvitter sosial şəbəkələrində antiRusiya təbliğatının aparılması üçün ABŞ yenidən 15 milyon dollar ayırıb. Layihəni Radio Free Europe-nin Çexiyadakı ofisindəki kiberştab həyata keçirəcək. Keçmiş SSRİ məkanında Rusiya mediasferasına aid olan dezinformasiyalar yayılacaq.
ABŞ başqa ölkələrin işlərinə gizli müdaxilə edir, bu artıq heç kəsə sirr deyil. Mərkəzi Kəşfiyyat İdarəsi ölkəmizdə qərb bölgəsindən olanların yığışdığı siyasi partiyalara, mətbuat orqanlarına, dini dairələrə, tələbə qruplarına soxularaq bir çoxları ilə əməkdaşlıq edir. Yalnız son bir neçə ildə ABŞ-ın Milli Demokratiya Fondu Azərbaycan QHT-lərinə 3 milyon manata yaxın, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası 1 milyon manat, Avropa Demokratiyaya Dəstək Fondu 300 min manat, Lixtenşteynin Açıq Cəmiyyətə Dəstək Fondu 7,6 milyon manat vəsait ayırıb. Bundan başqa ABŞ-ın digər təşkilatlarının, Böyük Britaniyanın, Danimarkanın, Norveçin, Almaniyanın və müxtəlif Avropa ölkələrinin ayırdıqları qrantların ümumi həcmini təsəvvür etmək belə çətindir. Üstəlik, məlumdur ki, bəzi Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri müxalifətə və QHT-lərə fərdi qaydada birbaşa qeyri-qanuni yardımlar göstərirlər və şübhə yoxdur ki, bu “diqqət” hələ də davam edir. Müstəqil ekspertlərin hesablamalarına əsasən, ABŞ və onun Avropadakı müttəfiqlərinin müxtəlif fondlar vasitəsilə və ya birbaşa Azərbaycanın radikal müxalifətinə, qeyri-hökumət təşkilatlarına, mediaya, hüquq müdafiəsi, vəkillik fəaliyyəti və s. sahələrdə çalışan şəxslərə ötürdükləri vəsaitin ümumi illik həcmi 60 milyon dollar ətrafındadır.
ABŞ və Qərbin yəhudi kontorları keçmiş Sovet respublikalarında vəziyyəti gərginləşdirməyə çalışırlar. Baxaq görək hansı nağıllar işə salınıb: söz azadlığı, demokratik dəyərlər, diktatura rejimi, polis hökuməti, ruslar hamıya yaşamağa mane olurlar, rus dili qadağan olunmalı, yerinə mütərəqqi ingilis dili gətirilməlidir, şiəlik din dəyil, əsl dindarın qibləsi okeanın o tayında olar, imamı Pensilvaniyada oturar, İranda hər küçədə dirəklərdən türk vətənpərvərləri asılıb, yaşıl adamcıqlar körpələri bombaladı, Putin Boinqi vurdu, Nemtsovu pəncərəsinin ağzında gülləbaran etdi, Suriyada coçukları qırdı, Gürcüstanda çoxmərtəbəli binanı da Putin partlatdı, imperiya şovinizmi bizi yeyəcək, ruslar hər yerdən qovulmalıdır, yerinə gülməşəkər yəhudi və türk şirkətçiləri gətirilməlidir. Bu cür polittexnologiyalarla başımızı piyləyirlər. Hər il Qərb fondları antirus və antifars əhval-ruhiyyənin formalaşdırılması üçün milyonlarla pul xərcləyirlər. Əsas aparıcı informasiya saytları kürd oliqarxlarına və Qərb inverst-fondlarına məxsusdur, onlar da özlərinə lazım olan fikri formalaşdırırlar. Üçüncü dərəcəli məsələlər süni şəkildə qabardılır, əsas məsələlərin üstündən isə sükutla keçilir. O gün internetdə bir demotivatora rast gəldim, yazılmışdı: “Daş o ölkənin başına ki, onun ictimai-siyasi fikrini qarabağlı köşə yazarları formalaşdıracaqlar!”. Doğrudan da acınacaqlı vəziyyətdir. İudeyanın ştatlı işçiləri saxta profillərlə girərək sosial şəbəkələrdə millətlərarası, xalqlarası münaqişəni qızışdırırlar. “Türkün türkdən başqa dostu yoxdur”. Bu, nə dərəcədə doğrudur? Niyə ki, var axı! Türkün ən böyük dostu ləzgi və talışdır. Dostluqdan da keçib, qərinələrin gərdişindən onlar artıq qardaşlaşıblar. Bəli, türk də, talış da, ləzgi də qardaş xalqlardır, diqqətli olaq, biz iudeylərin gizli sənədlərində birgə belə də adlanırıq: qoy! Onlar üçün bizim ümümi adımız var: qoy! Düşməni tanıyaq, bir cəbhədə olaq! Türkün bir düşməni var, o da israiltoslardır. Türk arilərlə qardaş olanda güclü olur. Azərbaycanın iki ən böyük dosti Rusiya və İrandır, amma heç bir vəchlə Türkiyə və İsrail deyil! Azərbaycan şiə ölkəsidir, onun hərbi müttəfiqi Hizbullah olmalıdır, Çaxal yox!

avrasiya.info
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Dünən, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Dünən, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri