Hamı arzusuna çatdı artıq
Sosial
Oxunub: 11 659
5 may 2016 | 10:55
Hamı arzusuna çatdı artıq











Əldə silah Vətəni qorumaq istəyənlərin nəzərinə – MÜRACİƏT

Müdafiə Nazirliyi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə aldı


Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlik vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edib.

Qaydalara əsasən, Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə SQ TTM-də keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur.

Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir.

İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün təqdim olunan sənədlərin siyahısı:

- komanda üzrə raport (ərizə)
- tərcümeyi-hal (1 nüsxə əllə və 2 nüsxə kompyuter ilə yazılmış)
- təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd
- doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd
- nigah haqqında şəhadətnamənin surəti (evlidirsə) (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaqları varsa) (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd
- xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə (işləyirsə)
- yaşayış yerindən və ailə tərkibi haqqında arayış - 2 ədəd
- 2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3x4 sm. ölçüdə və 2 ədəd 9x12 sm. ölçüdə
- məhkumluğun olub olmaması barədə "ASAN xidmət" Mərkəzləri tərəfindən verilmiş arayış
- ehtiyatda olan əsgər və çavuşlar üçün hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd
- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd
- sağlamlıq haqqında arayış (forma 7) (yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş)


Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri:
(012) 538-85-62
(012) 538-54-83
(012) 539-55-19
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Dünən, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Dünən, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri