Polkovnik Prezident İlham Əliyevi ələ saldı?
Sosial
Oxunub: 2 635
4 may 2016 | 01:14
Polkovnik Prezident İlham Əliyevi ələ saldı?









Vətəndaş Natiq İsmayılov, mülkiyyətindəki torpaq sahəsində tikinti aparmaq üçün Qaradağ RİH-dən 80.000 manat rüşvət istənildiyini iddia edir

Cəbhə bölgəsində vəziyyət qeyri-sabitdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və komandanlığı altında ordumuzda ruh yüksəkliyi müşahidə olunmaqdadır. Bütün nəzərlər cəbhədə olan proseslərə yönəldiyi bir ərəfədə redaksiyamıza məhz Qarabağ Müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlu video müraciətini təqdim etdi. (Reportyor.tv)Qarabağ Qazisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən 0190168 № li Çıxarışı ilə də rəsmiləşdirilən fərdi yaşayış sahəsi üçün mülkiyyətində olan torpaq sahəsində ev tikmək üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, əvvəl İH başçısının müavini Elnur Qurbanov onlardan 100.000 manat rüşvət istəsə də, sonradan icra hakimiyyətinin özünü polkovnik rütbəli zabit kimi təqdim edən Hüquq Şöbəsinin müdiri Rasim müəllim 80.000 manatla razılaşıbdır. Ən acınacaqlı hal isə, şikayətçinin “bəs Cənab Prezident çıxışları zamanı sahibkarlara və vətəndaşlara şərait yaradılsın deyir” sualına İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Prezidentin çağırışına rişxəndlə cavab verməklə bunları söyləyib: “Prezident çox söz deyir, prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Ancaq 168 manata hansı “qurumsaq” işləyər? (Reportyor.tv) Prezident sahibkarlara kredit ayrılmasını tapşırır, 100.000 manat verilən kreditdən deyirlər ki, 50.000 manatını qoy burda get. Məsələn siz tikinti tikmək üçün istədiyimiz 80.000 manatı verməsəniz, bizə tikinti ilə bağlı müraciət edəsi olsanız, biz də rəsmi olaraq cavab verəcəyik ki, mümkün deyil, icazə verilmir. Siz də axırda məcbur qalıb dediyimiz məbləği verməklə, tikəcəksiniz. Bəlkə də siz həmin məbləğlə başqa yerdə 4 obyekt ala bilərsiniz, amma burada qiymət belədir. Mən icra başçısının pul mövzusunda ən etibar etdiyi adamam. Bu işə əvvəllər İH-da çoxları baxıb, amma hamısı da başçıya “atıblar”deyə mənə həvalə olunub. Məsələn, mən aldığım 50.000 puldan mənə icra başçısı 1000 manat pul verə ya verməyə” və s. bu kimi sözləri ilə paytaxtımızın olduqca strateji və sənaye baxımından böyük əhəmiyyətə malik olan bir rayonunun vəzifəli şəxsi tərəfindən səslənən bu fikirlər son dərəcə hər bir vətəndaşımız tərəfindən üzücü olaraq qəbul olunacağına ümidvarıq. (Reportyor.tv) Çünki Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından Vətənimizin azadlığı və suverinliyi uğrunda yarımcan olmuş bir vətəndaşımızdan ev tikməsi üçün rüşvət tələb edən şəxs səlahiyyət sahibidir və o, hətta rüşvət istəməsi bir kənara, ömrünü xalqımıza və milli dövlətçiliyimizə fəda etmiş bir rəhbərin-Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ünvanına ibarəli sözlər deməsi tərəfimizdən hiddət və nifrətlə qarşılanır. İnanırıq ki, həm ölkə rəhbərliyi, həm də hüquq-mühafizə orqanlarımız məsələ ilə əlaqədar olaraq ciddi tədbirlər görməklə, nəticəsi barədə redaksiyamız da məlumatlandırılacaqdır.

P.S. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirik ki, vətəndaş Natiq İsmayılov İH-nin hüquq şöbəsinin Rasim adlı müdiri ilə olan söhbəti zamanı otağa daxil olmuş digər bir şəxs tərəfindən həvəskar çəkiliş aparılmaqla, həmin görüntüləri ona veribdir. Hazırda həmin görüntülərin efirə yararlılığı baxımından montaj işləri aparıldığı üçün yaxın günlərdə video roliki diqqətinizə çatdıracağıq. Rasim müəllimə məxsus yuxarıda verilən foto şəkil də həmin video görüntüdən çıxarılıbdır.
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır