Rusun açdığı məktəblər olmasaydı, Azərbaycan indi böyük bir Danabaş kəndi idi!
Sosial
Oxunub: 1 146
30 apr 2016 | 20:13
Rusun açdığı məktəblər olmasaydı, Azərbaycan indi böyük bir Danabaş kəndi idi!Sladkaya Rosiyanın bütün məhsulları nostalji hisslər, gözəl təəssüratlar yaradır insanda.
Amma çox təəssüf ki rusun açdığı məktəblərdə oxuma-yazma öyrənib, rusun yazdığı kitablardan təhsillənib ziyalı olanlar bu gün rusa lənət oxuyur. Rus mollaların ətəyindən bərk yapışaraq uşağımı "Oxutmuram, əl çəkin!" deyən cahil azərbaycanlılarla böyük mübarizə nəticəsində açdı bu məktəbləri. Məhz ona görədir ki əhalisinin oxuma-yazma, bilmə səviyyəsinə görə Azərbaycan dünyada 2-ci yerə çıxmışdl. Bu orta məktəblər, ali məktəblər olmasaydı, indi böyük bir Danabaş kəndi idi Azərbaycan.
İndiki müstəqillik dövru ilə SSR dövrünün müəllimlərini müqayisə edək. Valideynin ixtiyarı nə idi müəllimə güldən ağır söz desin. Müəllimin bir şillə vurduğu uşaq məktəbdən qovulacağının qorxusu ilə yaşayırdı ki, filan müəllimi əsəbləşdirmişəm, məni məktəbdən qovacaqlar. Amma indi müəllim qorxur şagirddən. Şagirdlərə və valideynlərə o qədər havadarlıq edilib ki valideyn çox rahat şəkildə məktəbə gəlib, sinifə girib dərsin gedişatını pozub, sinif şagirdlərinin yanında müəllimi təhqir edən sözlər deyə bilir, hətta məktəbdə müəllimi döyə də bilir. Rusun vaxtında bunu edə bilərdimi valideyn? Rus müəllimə hörmət qazandırmışdı cəmiyyətdə.
Niyə keçmişimizə tez arxa çeviririk? Niyə bir vaxtlar əlimizdən tutana arxa çeviririk?
Türkün havasına oynayırıq. Türkü də qoyaq tərəzinin bir gözünə, Rusu da qoyaq o biri gözünə. Hansı daha çox xeyir verib bizə? Türkün özünə xeyri yoxdu, o ki qaldı bizə olsun. Türk, Ərdoğan ordan uzaqdan durub erməniyə, rusa barmaq silkələməkdən başqa bir şey bacarmır. Amma nə zaman Azərbaycanın başı bəlaya düşsə, uzaqdan seyr edir. Guya PKK aktivləşib, Ərdoğanın başı terrora qarışıb. Türkün köməyi sadəcə populist çıxışlarındadır. O çıxışlar da Azərbaycanın əleyhinə yönəlməkdən başqa bir işə xidmət etmir. Türk bizə sadəcə olaraq məne olur. Ortaya çıxıb real kömək etmək istəmir. Kömək edirmiş kimi göstərir özünü.
Rusun açdığı məktəblər olmasaydı, Azərbaycan indi böyük bir Danabaş kəndi idi!Və son olaraq deyim ki mən özümü heç vaxt türk hiss etmədim. Mən azəriyəm. Mən Azərbaycanlıyam.
Qarabağ müharibəsində ən böyük düşmən rusu görürlər. Niyə? Yaxşı, qoy olsun rus düşmən. Axı o rayonların çoxu nəinki rusun, heç erməninin hücumu ilə boşaldılmamışdı. Çingiz Mustafayevin çəkdiyi kadrlardan da aydın olur ki, o rayonlar boşaldılanda erməni heç bir həftə ora girməmişdi. Neçə gün heç erməninin xəbəri olmamışdı ki, filan rayon boşaldılıb, əhalisi köçüb. Bu bir faktdır ki, bəzi rayonlara əhali çıxandan bir neçə gün sonra erməni girmişdi. Onu da qorxa-qorxa ki birdən tələ qurarlar. İnsaflı olaq. Bəs axı biz özümüz o Qarabağı düşmən əlindən almağa hazır deyilik. Varlılar kasıbların üstünə atır, kasıblar varlıların üstünə atır Qarabağı almağı. Hamı cəbhədə kasıb balalarının ölməsindən şikayət edir. Deyirlər niyə varlıların balaları ölmədi, niyə kasıbların balaları öldü?
Heç düşündükmü o varlı balalarının cəbhəyə getməməsinin səbəbkarı elə o kasıb uşaqlarının valideynləridir?
Kasıb əsgərin valideyni nə qədər susduqca, haqqını istəmədikcə, qorxa-qorxa boynunu büküb rüşvət verdikcə o varlı balalarının ataları bir o qədər varlanacaq. Kasıblar qoxduqca onlar varlanacaq, onlar varlandıqca kasıblar qorxacaq. Varlılar öz balalarını öz imkanları çərçivəsində qoruyur, kasıblar da öz imkanları çərçivəsində qoruyur. Lakin kasıbın çərçivəsi varlının çərçivəsindən dəfələrlə kiçik olduğu üçün kasıb balasının qorunma ehtimalı çox kiçik olur.
II Dünya Müharibəsində indi bəyənmədiyimiz rusun dövlət başçısı Stalinin oğlu almanlara əsir düşəndə almanlar Stalinin oğluna qarşılıq ruslara əsir düşən alman generalını istəmişdilər. Stalin əsir düşən əsgər oğlunu alman generalına dəyişməmiş və demişdi ki: “Mən generalı əsgərlə dəyişmərəm”! Bunu bizim istər varlı, istər vəzifəli, istər kasıb vətəndaşımız deyə bilərmi? Nə varlı, nədə kasıb azərbaycanlı deyərmi? Deyə bilməz. İnanmıram ki erməni xalqının arasında da bu sözü deyə biləcək bir insan tapılsın.
Biz rusun ərköyün uşağıyıq. Nə etsək də, rus bizi bağışlayır. Ama hərdənbir tənbeh də edir. Türk isə sadəcə və sadəcə olaraq qonşudur. Biz nə vaxt təcavüz altında olmuşuqsa, Türk həmişə kənardan seyr edib. Osmanlı-Səfəvi dövründən isə heç danışmağa dəyməz.
Azərbaycan Rusiya və Türkiyə münasibətlərində tam neytrallığını qorumalıdır. Onlar özləri bilər, öz aralarında nə baş verirsə, bu onları maraqlandırır sadəcə. Türkiyə dövlətinin öz tarixini saxtalaşdıran, Osmanlı imperiyasının üstünə kölgə salan bir serialı ekrandan yığışdırmağa gücü çatmadı. İndi gəlib erməni ilə, rusla bacaracaq? Ay-hay!

Fidan Fəradi

avrasiya.info
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır