Ermənisifətlər Talış kəndi uğrunda vuruşan döyüşçünün evini sökdülər
«Bu ayın əvvəli icra hakimiyyətindən gəlib tələb etdilər ki, tikintini dayandıraq. Mən bildirdim ki, 2 ildir burda tikinti gedir, tikintiyə razılıq olmasaydı, daşı daş üstünə qoya bilməzdik. İndi ev hazır olub, niyə dayandıraq ki?»
«Mənim də evimi söküblər. Özləri icazə vermişdilər, gözlədilər, tikdim, üstünü örtdüm, 3 ilə tikdiyim evi traktorları töküb 15 dəqiqədə şumladılar. Mənə çox pis təsir etdi. Ancaq iki gündən sonra eşidəndə ki, məndən bir az o tərəfə Qarabağda döyüşən bir hərbçinin də evini söküblər, ağladım. Öz dərdimi unutdum. O kişi həmin vaxt Talış kəndi uğrunda vuruşurdu, kəndi alandan sonra xəbər tutmuşdu ki, Ramanadakı evi sökülüb».
Təəssüflə danışan Murad Daşdəmirovdur. Sökülmüş 4 otaqlı evinə görə köks ötürməyə macal tapmamış aprelin əvvəlində qonşuluqdakı bir növbəti söküntü onu möhkəm sarsıdıb. Səbəbsə sökülən evin sahibinin həmin vaxt Dağlıq Qarabağda qızışan döyüşlərdə olması imiş.
«2 mİn 500 manat ver»
Ramanada yeni yaşayış massivində Sabunçu rayon icra hakimiyyətinin işçiləri onlarla evi söküblər. Bu evlərdən biri tank komandiri Cavid Çobanovun olub. Hərbçi özü döyüş bölgəsində olduğundan evin tikinti işləri ilə qardaşı Coşğun Çobanov məşğul olurmuş.
Coşğun baş verənlərdən həyəcanla danışır:
«Adamlar ön cəbhədə torpağı ermənidən birtəhər qorumağa çalışır, vay o gündən arxa cəbhədə torpağına məmur girə, onlarla bacarmaq mümkün deyil. Mən qardaşım üçün o evin tikintisi ilə 2013-cü ildən məşğul olurdum. Arada imkansızlıqdan tikinti işlərini dayandırdıq. Sonra yenə davam etməyə başladıq. Ev hazır idi. Bu ayın əvvəli icra hakimiyyətindən gəlib tələb etdilər ki, tikintini dayandıraq. Mən bildirdim ki, «2 ildir burda tikinti gedir, tikintiyə razılıq olmasaydı, daşı daş üstünə qoya bilməzdik. İndi ev hazır olub, niyə dayandıraq ki?» Təklif elədilər ki, “gedək icra hakimiyyətinə, Fərid müəllimə 2 min 500 manat ver, gəl işini davam elə”».
«İnanmadim sökərlər»
Təklif qəbul olunmayıb. Coşğun Çobanovun deməsinə görə, qurumun işçilərinin gedərkən «zəhmət çəkmə, bir azdan gəlib sökəcəklər» deməsinə inanmayıb:
«Dedim, «a kişilər, bu evin sahibi bu dəqiqə cəbhə xəttində döyüşdə can qoyur. Adamın uzun illərdir qalmağa yeri yoxdur, ümid edir ki, odun-alovun içindən tikdirdiyi evinə qayıdacaq. Necə yəni sökürük?» Qardaşım cəbhə xəttində olduğundan onunla heç cür əlaqə saxlaya bilmədim. Düzü, evi sökəcəklərinə inanmırdım».
Ancaq bu baş verib. Ağır texnika gəlib və evi söküb:
«Həmin Fərid adlı şəxs başının dəstəsi ilə gəldi, traktorlar da gətirmişdilər. Dedim, «heç olmasa bunu indi etməyin, imkan verin, ara sakitləşsin, qardaşım qayıdıb gəlsin, özü ilə məsləhətləşin». Dedilər, “ya 2 min 500 manat, ya da sökülür”».
«Niyə göz yumulub»
Sabunçunun icra hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, sökülən evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilibmiş. Ancaq «saysız-hesabsız evlərin tikintisinə qurum bu günədək niyə göz yumub», bu suala cavab tapılmadı. Qurumdan Coşğun Çobanovdan rüşvət istənildiyini də təkzib ediblər: «Qanun hamı üçün qanundur. Hərbçi də, həkim də, müəllim də - hamımız qanun qarşısında bərabərik».
Qurumdan deyiblər ki, onlar üstü bağlı ev yox, yarımtikili söküblər.
Söküntü aparılan ərazidə torpaqlar, doğrudan da, kənd təsərrüfatı təyinatlıdır, torpaqları alan vətəndaşlara Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən 99 illik müqavilə əsasında Çıxarışlar verilib. Ərazidə sökülməyən və söküntüsü gözlənilməyən yüzlərlə ev var ki, onlar da eyni təyinatlı torpaqlar üzərində tikilib. («Azadlıq» radiosu)

Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır