«Respublikanski»də müəmmalı hadisə: UŞAQ OĞURLUĞU İTTİHAMI

Günay Axundova: «Doğulandan 3 gün sonra uşağımın sağ olduğunu dedilər, sonra bildirdilər ki, 12 saat sonra ölüb, bizdən xəbərsiz dəfn ediblər»
“Respublikanski» kimi tanınan, əsl adı isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanada inanılmaz olay yaşanıb. Şirvan sakini, hazırda Bakıda yaşayan Günay Axundova Redaksiyamıza bildirib ki, aprelin 5-də xəstəxananın Pataloji Hamiləlik Şöbəsinə doğuşla əlaqədar daxil olub.
Bir gün sonra Doğum Şöbəsində çalışan mama-ginekoloq Vüsalə Ağalarova onu qeysəriyyə yolu ilə əməliyyat edib. «Əməliyyat zamanı 30-31 həftəlik qızım dünyaya gəldi. Əməliyyatdan sonra məni reanimasiya şöbəsinə, uşağı isə başqa yerə apardılar. Vüsalə Ağalarova əməliyyatdan sonra ərim Balay Səfiyevə bildirib ki, uşaq sağdır və heç bir problemi yoxdur».
Redaksiyamıza məlumat verən Günay Axundova qeyd edib ki, doğumdan bir gün sonra uşağın vəziyyəti ilə maraqlanıb və Vüsalə Ağalarova ona hər şeyin yaxşı olduğunu bildirib. «İki gün ard-arda uşaqla maraqlandım, eyni cavabları verdilər. Aprelin 9-da isə mama-ginekoloq mənə bildirdi ki, bəs, uşaq doğuşdan 12 saat sonra dünyasını dəyişib. Qəribədir, doğumdan üç gün sonraya qədər uşağın salamat olduğunu bildirənlər, niyə 12 saat sonra ölüm hadisəsinin yaşandığını bildirməyiblər?»
İşin ən dramatik tərəfi isə odur ki, körpənin valideynləri onun meytini istədikdə həkimlər min bəhanə gətiriblər. Günay Axundova bildirir ki, Vüsalə Ağalarova ona uşağın «lazımi yerdə» olduğunu, Ginekologiya Şöbəsinin müdiri Zemfira xanım isə morqda olduğunu deyib. «Epikrizi alıb uşağın nəşini götürmək üçün morqa getdik. Tələb etdik ki, nəşi versinlər. Lakin oradan bildirdilər ki, uşağı Hövsan qəbristanlığındakı 15-ci qəbrdə dəfn ediblər. Orada izah etməyə çalışdıq ki, bu uşaq havadan əmələ gəlməyib, onun valideynləri var və dəfn işlərini də biz özümüz həyata keçirməliyik. Amma dediklərimizə əhəmiyyət verən olmadı».
Günay Axundova Redaksiyamıza açıqlamasında bildirib ki, o, uşağının 12 saat sonra dünyasını dəyişməsinə inanmır. «Burada cinayət əməli var. Əvvəla, ona görə ki, məni necə inandıra bilərlər ki, uşaq həqiqətən də 12 saat sonra dünyasını dəyişib? Bəlkə, uşağı pul qarşılığında başqa bir valideynlərə satıblar? Mümkündür. Əgər belə olmasaydı, uşağım ölmüşdüsə, vaxtında xəbər verərdilər. Daha sonra onun cənazəsini bizə verərdilər. Ki, dəfn edək. Amma xəstəxananın əməkdaşları kifayət qədər şübhəli davranırlar».
Şikayətçi ana bildirir ki, o məsələni belə qoymaq fikrində deyil. Axundova qeyd edib ki, o, üzləşdiyi hadisəylə əlaqədar olaraq Baş Prokurorluq və digər hüquq mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.
Yazıda adları keçən şəxslərin və qurumun da mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır