Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Sosial
Oxunub: 28
29 okt 2026 | 14:22
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?


Milli Məclisə “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” sənəd daxil olub.

Musavat.com xəbər verir ki, məsələ parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə salınıb.

Musavat.com xəbər verir ki, hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevadır. O, 2019-cu il noyabrın 29-da Milli Məclisin qərarı ilə bu vəzifəyə seçilib. Ombudsmanın yeddiillik səlahiyyət müddəti bu ilin noyabrında başa çatır. Bəs Səbinə Əliyeva yenidən seçilə bilərmi, yoxsa ölkədə yeni ombudsman olacaq? “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 4-cü maddəsinə əsasən, ombudsman yeddi il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

Bu norma Səbinə Əliyevanın yenidən seçilməsinə hüquqi maneə olmadığını göstərir. O, indiyədək bir dəfə ombudsman seçildiyi üçün qanunvericiliyin müəyyən etdiyi həddə uyğun olaraq ikinci müddətə də namizəd ola bilər. Qanuna görə, ombudsmanı Azərbaycan Prezidentinin təqdim etdiyi üç namizəd arasından Milli Məclis seçir. Bunun üçün parlamentin 83 səs çoxluğu tələb olunur. Beləliklə, Səbinə Əliyevanın vəzifədə qalması üçün onun namizədliyinin irəli sürülməsi və qanunla müəyyən edilmiş qaydada seçilməsi mümkündür.

Qanunun diqqətçəkən digər müddəası isə səlahiyyət müddətinin başa çatması ilə bağlıdır. Əgər yeni ombudsman seçilməzsə, hazırkı müvəkkil səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni ombudsmanın seçildiyi gündən bitmiş hesab olunur. Yəni noyabrda yeddiillik müddətin tamamlanması Səbinə Əliyevanın həmin gün avtomatik olaraq vəzifədən getməsi demək deyil.

Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil institutu 2002-ci ildə fəaliyyətə başlayıb. İlk ombudsman Elmira Süleymanova olub. O, 2 iyul 2002-ci ildə Milli Məclis tərəfindən seçilib. Süleymanova 2010-cu ildə ikinci dəfə bu vəzifəyə seçilib və 2019-cu ilədək fəaliyyətini davam etdirib.
Mövcud qanunvericilik Səbinə Əliyevanın ikinci müddətə seçilməsinə imkan verir. Eyni zamanda, yeni namizədin seçilməsi də hüquqi baxımdan mümkündür.
Beləliklə, qarşıdakı prosesin nəticəsi yalnız hazırkı ombudsmanın səlahiyyət müddətinin başa çatması ilə deyil, namizədlərin təqdim edilməsi və Milli Məclisin qərarı ilə müəyyənləşəcək.
Bu gün, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
Bu gün, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Bu gün, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu gün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Bu gün, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
Bu gün, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Bu gün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Bu gün, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
Bu gün, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Bu gün, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
Bu gün, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
Bu gün, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
Bu gün, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
Bu gün, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
Bu gün, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
Bu gün, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
Bu gün, 09:00
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Dünən, 16:00
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Dünən, 15:30
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Dünən, 14:22
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Dünən, 14:00
Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
Dünən, 12:15
Əli Əsədov Gürcüstana gedir
Dünən, 12:09
Azərbaycan XİN Türkiyəni təbrik etdi
Dünən, 11:53
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Dünən, 11:01
Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
Dünən, 10:58
Manatla bağlı mühüm qərar verildi
Dünən, 10:50
Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək