«Şirvan REŞ» MMC-nin rəhbəri əməkdaşımızı ölümlə hədələdi

Baba Rzayevin qohumu Əli müəllimin adından istifadə edən Saqif Ələkbərovun barəsində təcili olaraq tədbir görülməlidir «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) «Şirvan Regional Elektrik Şəbəkəsi» MMC-dəki 240 minlik oğurluq hadisəsi barədə xəbər vermişdik. Bildirmişdik ki, oğurluq hadisəsi 2015-ci ilin 23-24 dekabrında baş verib. Belə ki, «Şirvan REŞ» MMC-nin rəhbərliyi 101-635 minlik transformatorları oğurlayaraq satıblar: «Bu transformatorlar həmin tarixdə 2 maşınla aparılıb. Daha sonra 2016-cı ilin 8, 9 və 10 yanvar tarixlərində 3 maşın mis oğurlanaraq «Kamaz» markalı yük maşını ilə müəssisədən çıxarılıb. Müşahidə və radar kameralarında yoxlanılsa, həmin maşınların hərəkət istiqaməti məlum olar. Oğurlanmış mallar Qaradağ rayonu Lökbatan qəsəbəsinin dairəsində Tural adlı şəxsə təhvil verilib. Tural adlı şəxs malı təhlükəsiz şəkildə, yəni heç bir maneəyə rast gəlmədən gətirdiyi üçün malı gətirən şəxsə 10 min manat pul verib. Buna el arasında qaçaq malın təhlükəsiz şəkildə ünvanına çatdırılması da deyirlər. Oğurlanmış malların müəssisədən çıxarılmasını Afət Nəcəfov da təsdiqləyə bilər. Bu malların oğurlanaraq satılması nəticəsində 240 min manat gəlir əldə edilib. «Şirvan REŞ» MMC-nin direktoru Saqif Ələkbərovdur. Onun müavini isə Atabala Şərifovdur. Atabala Şərifovun qardaşı Əjdər Şərifov mallar müəssisədən çıxarılan gün növbədə olub. Saqif Ələkbərovun sürücüsü isə Atabala Şərifovun digər qardaşı Cəbrayıl Şərifovdur. Başqa sözlə desək, bu şəxslər qabaqcadan plan quraraq dövlətin əmlakını məqsədli şəkildə talan ediblər». Biz gözləyirdik ki, faktın araşdırılması istiqamətində Etibar Pirverdiyev və Baba Rzayev dərhal hərəkətə keçib tədbir görəcəklər. Əfsuslar olsun ki, hələlik oğurluğu törətmiş şəxslərin heç birinin barəsində müvafiq ölçü götürülməyib. Məhz cəzasızlığın nəticəsidir ki, «Şirvan REŞ» MMC-nin rəhbəri Saqif Ələkbərov bu gün saat 10:21 radələrində redaksiyamıza zəng vuraraq məqaləni hazırlayan müxbiri asacağını bildirib. O yazıda göstərilən faktların həqiqəti əks etdirmədiyini söyləyərək əməkdaşımızı ölümlə hədələyib. Əvvəla biz sual edirik ki, dövlət məmuru, belə məsul vəzifə daşıyan şəxs adam asıb-kəsməyi hardan öyrənib? Bəlkə ona mətbuat nümayəndələri ilə belə formada danışmağı Etibar Pirverdiyev, yaxud Baba Rzayev öyrədib? Saqif müəllim, biz sizin fəaliyyətinizdəki nöqsanları ictimailəşdirmişik. Burda söhbət dövlət əmlakının talanmasından gedir. Məsələyə münasibət bildirmək istəyirsinizsə, buyurun normal şəkildə fikirlərinizi açıqlayın. Zəng vurub jurnalistə hədə-qorxu gəlmək, onu ölümlə hədələmək dövlət mumuruna yaraşarmı? Çox güman ki, bu məsələ ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri öz işlərini görəcəklər. Sonda bir məsələni də xüsusi qeyd etmək istəyirik. Deyilənə görə, Saqif Ələkbərov harda oturursa, Baba Rzayevin, eləcə də ASC sədrinin yaxın qohumu olan Əli müəllimin adından istifadə edir. Bildirir ki, Əli müəllim onun arxasında dayanıb və heç kim ona artıq kəlmə belə deyə bilməz. Biz «Azərişıq» ASC-nin sədri Baba Rzayev cənablarından xahiş edirik ki, onun adını harda gəldi hallandıran Saqif Ələkbərovun fəaliyyətini araşdırsın. Mövzunu diqqətdə saxlayacağıq.
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri