Tibb Universitetində orduya dəstək məqsədilə qanvermə aksiyası keçirildi
Sosial
Oxunub: 1 222
6 apr 2016 | 18:39
Tibb Universitetində orduya dəstək məqsədilə qanvermə aksiyası keçirildi








Bu çətin günlərdə ölkədəki bütün qurumlar Azərbaycan Silahlı Qüvvələrinə minnətdarlıq və dəstək hissinin nümayişi üçün bütün mümkün imkanlardan istifadə edirlər.

Bu gün Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək etmək üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasında qan veriblər.

Qanvermə aksiyasında ATU-nun 400-ə yaxın müəllim-professor heyəti və tələbələri iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərin və mülki şəxslərin qana olan ehtiyaclarını təmin etməkdir.

Aksiyanın əvvəlində çıxış edən ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev bildirdi ki, ordumuzun əldə etdiyi nailiyyətlər bütün xalqımızda olduğu kimi, ATU kollektivində də ruh yüksəkliyinə səbəb olub:

“Tələbələr qrup halında müraciət edərək Silahlı Qüvvələrimizə yardım etmək istədikləri deyirdilər. Hətta onlar vuruşmaq üçün ön cəbhəyə yollanmaq arzusundadırlar. Çox təqdiredici haldır ki, xalqımız bu nailiyyətlərə böyük əzmkarlıqla yanaşaraq, həmrəylik, birlik nümayiş etdirdi. Hətta şəhid valideynləri bu yüksək şəhidlik zirvəsinə ucalan övladları üçün “Vətənin başı sağ olsun” dedilər. Bu məsələdə hamılıqla –həm gənc nəsil, həm də yaşlı nəsil Prezidentimizə dəstək oldular. Çünki bilirik ki, prezidentin rəhbərliyi ilə aparılan bu siyasət gələcəkdə daha böyük uğurların əsasını qoyacaq”.

S.Əliyev qeyd etdi ki, hərbi əməliyyatlar dövründə Tibb Universitetində bir neçə tədbir keçirilib. 700 nəfərin iştirakı ilə fövqəladə toplantı çağırılıb. Bundan əlavə, 3 mindən çox tələbənin iştirakı ilə dəstək aksiyası keçirilib. Bu dəfə isə ATU tələbələri və kollektivi qan toplamaqla ordumuzun yanında olduqlarını nümayiş etdirdilər.

Aksiyada 400-ə yaxın universitet əməkdaşı, professor-müəllim heyətinin üzvləri, tələbə və rezidentləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə müayinədən keçiblər. Lakin təhlillər zamanı iştirakçılardan bəzilərində müəyyən problemlər çıxdığına görə, onların qan verməsi məsləhət görülməyib. Beləliklə, bu saatda olan məlumata görə, 150-dən çox insandan qan götürülüb. Aksiya gün ərzində davam edəcək.


Tibb Universitetində orduya dəstək məqsədilə qanvermə aksiyası keçirildi
Tibb Universitetində orduya dəstək məqsədilə qanvermə aksiyası keçirildi
Tibb Universitetində orduya dəstək məqsədilə qanvermə aksiyası keçirildi
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri