Siz kimsiniz, cənab nazirlər?
Sosial
Oxunub: 1 025
5 apr 2016 | 02:50
Siz kimsiniz, cənab nazirlər?












Artıq bir neçə gündür ki, erməni işğalçılarının hücümuna məruz qalan vətənimizi qorumaq üçün canlarından keçən qardaşlarımızın ölüm xəbərlərini almaqdayıq. Canlarından keçib şəhidlik zirvəsini fəth edeən igid oğlanlarımızın vətənə olan bu sevgisini sadə bir yazı və ya sözlərlə ifadə etmək çox çətindir. Onların mərdliyi qarşısında baş əyən, tarix yazıldıqca onlardan bəhs edən böyük Azərbaycan ailəsinin hər zaman şəhidlərini qürürla xatırlayacağına əminəm.
Mən bu yazımı qələmə almaq üçün çox düşündüm. Bəlkə yazmayım, bəlkə isti otaqlarında oturub qabaqlarına bütün naz-neməti qoyub televiziya ekranlarında şəhidlərimiz haqqında xəbərlərə baxıb tükünü belə tərpətməyən nazirlərimizdə bir vicdan hissinin baş qaldıracağını gözləyim. Bəlkə, onlar yaşadıqları həyatı gerçəkdən kimə borclu olduğunu indi anlayıb yerlərindən durub bir şəhid məzarına gedib, bağışla məni qardaş deyə- dedim...
Amma olmadı. Bu baş vermədi. Hər gün cəbhə bölgəsindən gələn şəhid xəbərləri onların qəlbinə mərhəmət salmadı. Hər gün Azərbaycanın kənd və rayonlarına üçrəngli bayrağa bürünmüş, ciyinlərdə gedən tabutlar onları utandırmadı və ermənilərin hücümları zamanı verdikləri itkilər vicdanlarını acıtdı, bizə nifrəti çoxaltdı. Azərbaycanın var-dövlətini talayıb bu dövlətə etdikləri xəyanəti bağışlatmaq fürsətini belə dəyərləndirmədilər. Onlar vətən yolunda şəhid olan övladların kimliyini belə anlamadılar və ya anlamaq istəmirlər. Bəs səbəb nədir? Siz kimsiniz cənab nazirlər?
Ola bilsin ki, bu suallara cavab verməkdə çətinlik çəkir və ya cavab vermək istəmirsiniz. Amma mən bu cavabı tapmaq və sizin əsl kimliyinizi diqqətinizə çatdırmaq iqtiqarında olmaqla həqiqətləri deyəcəyəm.
Siz cənab nazirlər, bu vətəni qorumaq üçün canlarından keçən, keçmişinə, bu gününə və gələcəyinə sadiq olduqlarını qanları ilə möhürləyib təsdiq edən şəhidlərimizə dəyər verməyən üst vəzifə sahuiblərisiniz. Siz, yaşadığınız xoşbəxt həyatla yanaşı, ailələri ilə bir yastığa rahat baş qoymaq üçün qazandığınız zamanı belə canlarını vətən yolunda fəda edənlərə borclu olan məzlum birisiniz. Siz, övladlarınızın dayılarının təcavüzündən bu vətəni qoruyub onları murdar edən igidlərimizin haqqına girmiş, onların ruhuna xəyanət edən bu ölkənin saxta vətəndaşısınız. Ömrundə cəbhə bölgəsində olmayıb, soyuq, amma ustünə mərmilər yağan səngərlərin yerləşdiyi ölkəni talayan məxluqlar və məzlumlarsınız. Siz, gecəni – gündüzə qatıb cəbhədən gələn xəbərləri izləyib, ölkəsinin şəhidlərinin qanı bahasına əldə olunan yüksəkliyi qıraq təzyiqlərə baxmayaraq düşmənə geri verməyən ölkə başçısının mehriban düşməni, sadə vətəndaşımızın cəlladlarısınız. Qəlbinizdə bizə nifrət bəsləyib, özünü satan, qanını və tarixini qarışdıran,erməni qayınlarına acıyan, onlara sadiqlıyinizi şəhidlərimizə sayğısızlıqla təsdiq edən, bu vətəni sadəcə gəlir mənbəyi kimi görən, ölkə başçısının dediyi kimi səriştəsiz məmurlarsınız...
Bəli cənab nazirlər. Oturun otağınızda, tərpənməyin. Olmayan vicdanınızı oyatmaq arzusu ilə yazdığım bu yazını da heç oxumayın. Amma unutmayın ki, bu gün şəhid olan övladlarımızın dədə və babaları necə siz aşbaz və dezirterlərin firavan həyatının təminatçıları olublarsa indi onların övladları sizin hərbiyə yararsız yazdırıb xidmətdən qaçırtdığınız övladlarınızın xoşbəxt həyatlarının qarantıdırlar. Məhz o şəhidlərin qanı hesabına bu ölkədə var-dövlət içində yaşamaq haqqını qazanmış övladlarınıza görə utanın. Bir gün şəhidlər xiyabanına gedib məzar daşlarındakı şəkillərə baxıb utanın.
Bəli cənab nazirlər bu ölkənin üçrəngli bayrağını, torpağını namusu sayanların qarşısında durun və düşünüb cavab tapın - siz kimsiniz

Vuqar Məmmədov
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri