Bunları unutmayaq
Yer kürəsi həyat üçün əlverişli olan yeganə planetdir. Hara baxsan, nizam-intizam, tarazlıq, gözəllik, nemət görərsən. Gözəl təbiət, bir-birini əvəz edən fəsillər, ağaclar, quşlar, heyvanlar, rəngbərəng kəpənəklər bir-birini tamamlayır. Hər şey bizim üçün – insan üçün yaradılıb. Üstəlik də zövqlə və sevgi ilə ... Heç düşünmüsünüzmü, bu qədər tarazlığı, nizamı kim və ən əsası nə üçün yaradıb? Bu sevgiyə görə kimə borcluyuq?
Bunu bir nümunə ilə müqayisə edək: başqa bir ölkəyə səfərə getdiyimizi düşünək. Oteldəki otağımızın qapısını açıb içəri girəndə gözəl təamlarla dolu süfrənin açıldığını gördüyümüz zaman nə düşünərik? Təbii ki, ağlımıza gələn ilk sual “bu süfrəni kim və nə üçün açıb” olacaq. Heç kim “bu süfrə təsadüfən açılıb”, – deyə düşünməz. Çünki yeməklər səbəbsiz bişirilməz və süfrə səbəbsiz açılmaz. Nümunə üzərində bir az da düşünək. Bizə qarşı belə diqqət göstərən və süfrə açan insana ən azından minnətdarlığımızı bildirmək üçün təşəkkür etmək istəyərik, elə deyilmi?
Bəs bu qədər gözəllik və nemətlə əhatə olunmuşkən bizi və bizi əhatə edən hər şeyi yaradan Allaha təşəkkür edirikmi? Və bu nemətlərin nə üçün, hansı səbəblə yaradıldığını düşünürükmü? Allah bir ayəsində belə buyurur:
Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir. (Bəqərə surəsi, 243)
Bu dünya bir imtahan yeridir və bu həyat bizə yalnız öz ehtiyaclarımızı təmin etmək üçün verilməyib. Bir məqsədlə verilib. Nemətlər üzərində dərin-dərin düşünərək Onu yaradana şükür etməyimiz, insanlara yaxşılıq etməyimiz, gözəl əxlaqı – İslam əxlaqını yaşamağımız üçün verilib. İnsan yeganə şüurlu varlıqdır. Şüuru da ona təsadüfən verilməyib. Bəs insan Allahı layiqincə təqdir etməzsə, Ona şükür etməzsə və imtahan olunduğunu unudarsa, nə olar?
Yenə bir nümunə üzərindən düşünək. Bir insana yaxşılıq etdiyinizi fərz edin. Sizin ona qayğı və sevgi ilə yanaşmağınıza və onun hər problemini həll etməyinizə baxmayaraq, o insan sizə qarşı laqeyd olsun. Belə vəziyyətdə nə edərsiniz? Yenə də qayğı və sevgi göstərməyə davam edərsinizmi? Məncə, yox...
Əgər dünyaya gəliş məqsədimizi unutsaq, bizə verilən həyatın, nemətlərin şükrünü etməsək, Allah bərəkətini üzərimizdən qaldırar. Sahib olduğumuz nemətlərdən zövq ala bilmərik. Ən əsası isə Allahın bizə olan sevgisini itirərik. Allah Bəqərə surəsinin 152-ci ayəsində belə bildirir:
Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!
İnsan imtahan olunduğunu unudarsa, hər şeyin sahibinin özü olduğunu zənn edər, özünü Allahdan ayrı, müstəqil bir varlıq kimi düşünər, Allaha borclu olmadığını (haşa) zənn edər, təkəbbürlü olar, ətrafında baş verənlərə qarşı laqeyd davranar, heç kimə dəyər verməz, eqoist olar, ancaq özünü və öz ehtiyaclarını düşünər, bir sözlə, pis əxlaqa bürünər. Belə insanı heç kim sevməz. O, ətrafındakılara qarşı necə davranarsa, ətrafındakı insanlar da ona eynilə cavab verərlər. Nəticədə, həmin insanın həyatı cəhənnəmə çevrilər. Cəhənnəm həyatını hələ dünyada ikən yaşamağa başlayar.
Beləliklə, insan hər zaman diqqətli olmalı, Allahın onu niyə yaratdığını xatırlamalı, daim şükür etməli, aciz varlıq olduğunu və hər an Allaha möhtac olduğunu unutmamalıdır. Allaha möhtac olduğunu qavrayan insan isə təkəbbürdən uzaqlaşar, təvazökar, bağışlayıcı və mərhəmətli xarakterə sahib olar. Belə insan hər kəs tərəfindən sevilər və ona hörmət edilər. Ən əsası isə o, Allahın sevgisini, himayəsini və rəhmətini qazanmış olar. Elə isə dünyaya imtahan olunmaq üçün gəldiyimizi unutmayaq və Allahın sevgisini qazanmağa çalışaq inşaAllah.
Nəzakət Bədirova
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır