Obyekti təmir etdirən sahibkar obyektdən zorla çıxarılır
Bakı şəhər sakini Asif Abbasov Hacı Cabbar adlı şəxsdən şikayətçidir. Şikayətçinin sözlərinə görə, o, 2015-ci ilin 16 dekabr tarixində Nəsimi rayonu İzzət Həmidov küçəsində ticarət obyekti icarəyə götürüb. Lakin obyektin sahibləri imzalanan icarə müqaviləsinə sonradan əməl etməyiblər. Nəticədə o, böyük məbləğdə zərərə düşüb. İndi isə onun obyektdən çıxması tələb olunur.
Problemi ilə bağlı lazımı instansiyalara müraciət edən A. Abbasov cavab almayınca məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasına üz tutduğunu bildirir. Şikayətçi başına gələnləri geniş formada aşağıdakı kimi danışır:
“İcarədarlar mənə özlərini hacı kimi təqdim edib, obyektin də Hacı Cabbar adlı şəxsə məxsus olduğunu bildirdilər. Biz beş illik müqavilə bağlayaraq, bunu rəsmi qaydada təsdiqlətdik. Həmin müqavilədə nə rəsmi, nə də qeyri-rəsmi formada heç bir şərt irəli sürülmədi. Müqavilədən sonra iş fəaliyyətimə başladım və obyektə 16.200 manat dəyərində vəsait xərclədim. Onu da qeyd edim ki, həmin şəxslərə 1600 manat məbləğində əvvəlcədən pul da ödədim. Fevral ayından isə artıq hazır olan obyektdə fəaliyyətə başladım. 4-5 gün sonra isə obyektdə dönər də satdığımız üçün ora stol-stul da qoydum. Məqsəd gələn müştərilərin orada rahat şəkildə qidalanmalarını təmin etmək idi. Bu ərəfələrdə Hacı Cabbar mənə yaxınlaşaraq stol-stulun qoyulmasına qarşı çıxdı. Bildirdim ki, nə müqavilədə, nə də danışığımızda belə bir məsələ barəsində müzakirə etməmişik. Lakin Hacı Cabbar mənimlə mübahisə edərək, məni obyektdən çıxarmaqla hədələdi. Sonradan isə onlar mənə poçt vasitəsi ilə məktub göndərərək, obyekti təcili sürətdə boşaltmağımı tələb etdilər. Məsələ ilə bağlı cənab prezidentə də müraciət etmişəm. Hazırda məhkəməyə müraciət etməyi düşünürəm. Lakin obyekti təmir edən zaman banklardan borc götürdüyüm üçün hazırda məhkəmədə zaman itirmək mənim üçün uyğun deyil. Haqqın da mənim tərəfimdə olduğu açıq şəkildə görünür. Hacı Cabbar sonradan bildirdi ki, obyekt onun deyil, sahibi çox nüfuzlu adamdır və istədiyini edə bilər.
Şikayətçi bildirir ki, onunla müqavilə bağlayan özünü Hacı Cabbar kimi təqdim edən şəxs əlaqə vasitələrini verməyib. Lakin ona yanında köməkçisi kimi təqdim etdiyi şəxsin telefon nömrəsini verib.
Hacı Cabbarın köməkçisi deyilən şəxslə əlaqə saxlayıb, qarşı tərəfin mövqeyini öyrənmək istədik.
Həmin şəxs özünü təqdim etmədi, dedi ki, Asif Abbasov məhkəməyə müraciət etmək istəyirsə qoy, etsin: “Siz də gəlib məsələnin əsli barəsində məhkəmədə məlumat alarsız. Mən məsələ ilə bağlı mövqeyimi məhkəmədə bildirəcəyəm”.
musavat.com
Problemi ilə bağlı lazımı instansiyalara müraciət edən A. Abbasov cavab almayınca məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasına üz tutduğunu bildirir. Şikayətçi başına gələnləri geniş formada aşağıdakı kimi danışır:
“İcarədarlar mənə özlərini hacı kimi təqdim edib, obyektin də Hacı Cabbar adlı şəxsə məxsus olduğunu bildirdilər. Biz beş illik müqavilə bağlayaraq, bunu rəsmi qaydada təsdiqlətdik. Həmin müqavilədə nə rəsmi, nə də qeyri-rəsmi formada heç bir şərt irəli sürülmədi. Müqavilədən sonra iş fəaliyyətimə başladım və obyektə 16.200 manat dəyərində vəsait xərclədim. Onu da qeyd edim ki, həmin şəxslərə 1600 manat məbləğində əvvəlcədən pul da ödədim. Fevral ayından isə artıq hazır olan obyektdə fəaliyyətə başladım. 4-5 gün sonra isə obyektdə dönər də satdığımız üçün ora stol-stul da qoydum. Məqsəd gələn müştərilərin orada rahat şəkildə qidalanmalarını təmin etmək idi. Bu ərəfələrdə Hacı Cabbar mənə yaxınlaşaraq stol-stulun qoyulmasına qarşı çıxdı. Bildirdim ki, nə müqavilədə, nə də danışığımızda belə bir məsələ barəsində müzakirə etməmişik. Lakin Hacı Cabbar mənimlə mübahisə edərək, məni obyektdən çıxarmaqla hədələdi. Sonradan isə onlar mənə poçt vasitəsi ilə məktub göndərərək, obyekti təcili sürətdə boşaltmağımı tələb etdilər. Məsələ ilə bağlı cənab prezidentə də müraciət etmişəm. Hazırda məhkəməyə müraciət etməyi düşünürəm. Lakin obyekti təmir edən zaman banklardan borc götürdüyüm üçün hazırda məhkəmədə zaman itirmək mənim üçün uyğun deyil. Haqqın da mənim tərəfimdə olduğu açıq şəkildə görünür. Hacı Cabbar sonradan bildirdi ki, obyekt onun deyil, sahibi çox nüfuzlu adamdır və istədiyini edə bilər. Şikayətçi bildirir ki, onunla müqavilə bağlayan özünü Hacı Cabbar kimi təqdim edən şəxs əlaqə vasitələrini verməyib. Lakin ona yanında köməkçisi kimi təqdim etdiyi şəxsin telefon nömrəsini verib.
Hacı Cabbarın köməkçisi deyilən şəxslə əlaqə saxlayıb, qarşı tərəfin mövqeyini öyrənmək istədik.
Həmin şəxs özünü təqdim etmədi, dedi ki, Asif Abbasov məhkəməyə müraciət etmək istəyirsə qoy, etsin: “Siz də gəlib məsələnin əsli barəsində məhkəmədə məlumat alarsız. Mən məsələ ilə bağlı mövqeyimi məhkəmədə bildirəcəyəm”.
musavat.com
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır