Qaradağ icra başçısı Süleyman Mikayılovla bağlı şok xəbər yayıldı - GİZLİ “ESKA-LİDER“ MMC-si İFŞA OLUNDU

Süleyman Mikayılovun stol-stul şirkəti tapıldı
Təhsil Nazirliyi əlbir olan icra başçısı öz sexində istehsal etdiyi keyfiyyətsiz bərk inventarları fatastik qiymətlərlə məktəblərə satıb
Bir müddət əvvəl AzFakt.com saytı Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun stol-stul biznesi ilə məşğul olması barədə məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, icra başçısı vəzifəsindən istifadə edərək Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon kretdit götürərək Lökbatanda özünə mebel fabriki açıb və Qaradağ rayonu, həmçinin Bakı şəhərindəki bir çox orta məktəbləri stol-stulla təmin edib.
Son 5 il müddətində Süleyman Mikayılov orta məktəblərə satdığı və keyfiyyəti həddindən artıq aşağı olan bərk inventarlar sayəsində külli miqdarda gəlirlər əldə edib. İcra başçının Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq orta məktəblərə satılan stol-stulları maya dəyərindən 4-5 dəfə baha sənədləşdirib və bu işdən milyonlarla manat qazanc əldə edib.
AzFakt.com apardığı araşıdırmalar nəticəsində icra başçısının Sahibkarlığıa Kömək Milli Fondundan hansı şirkətin adı altında kredit götürməsini üzə çıxardıb. Belə ki, apardığımız ilkin aradşırmada Süleyman Mikayılovun dövlət fondundan "ESKA-LİDER" MMC şirkətinin adına 2013-cü ildə 550 min manatdan yuxarı kredit üçün müraciət edərək həmin vəsaiti əldə edib. Hüququ ünvanı Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal 24,mənzil göstərilən "ESKA-LİDER" MMC şirkətinin Süleyman Mikayılova yaxın olan bir şəxsin adına qeydiyyatdan keçib. "ESKA-LİDER" MMC şirkəri 7 fevral 2005-ci ildə Vergilər nazirliyinin 2 saylı filialında qeydiyyata alınıb. Aldığımız məlumatda qeyd olunur ki, 0,6 faizlə Sahibkarlığa Kömək Milli Fondundun dəstəyi ilə 7 il müddətinə götürülən yarım milyondan çox kredit Süleyman Mikayılovun mebel fabrikinin tikintisi, avadanlıqlarının alınması üçün istifadə olunub. Ancaq icra başçısı digər şirkətlər vasitəsi ilə də digər banklardan kredit götürərək bu işə yatırdığı deyilir.
Məsələnin digər maraqlı məqamı isə ondan ibarətdir ki, stol-stul sahəsinin paritet olmamasına rəğmən Sahibkarlığa Kömək Milli Fondu yarım milyondan çox vəsaiti Süleyman Mikayılovun şirkətinə çox rahatlıqla ayırıb. Əslində isə bir mebel sexinə uzun müddətli və çox aşağı faizlə bu qədər kredit verilməsi qanuna ziddir. Çünki Sahibkarlığa Kömək Milli Fondu bu qədər böyük vəsaiti Kənd Təsərrüfatı mallarının istehsalına yönləndirə bilər. Hansısa mebel sexinə bu miqdarda dövlət vəsaitinin verilməsi yolverilməz haldır.
Apardığımız digər araşdırmada isə məlum oldu ki, "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılovun Lənkəran icra başçısı işlədiyi dövrlərdədə bir çox tenderlərdə iştirak edib.Həmin şirkətin Lənkəran şəhərində xiyabanın təmiri, səkilərin tametlənməsi, üzlüklərin vurulması və sair işlər görüb. İcra başçısı rayonun sosial iqtisadi inkşafı üçün dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri məhz bu şirkət vasitəsi ilə silib.
Adı çəkilən şirkət Süleyman Mikayılovun Qaradağ rayon icra başçısı işlədiyi dövrdədə bir çox tenderlərdə iştirak edib. Ancaq 2013-cü ildən "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılovu şəxsi biznesinin çiçəklənməsi fəaliyyəti ilə məşğul olub.
Qaradağ rayon icra başçısı Süleyman Mikayılova məxsus olan "ESKA-LİDER" MMC şirkəti ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə adı çəkilən şirkətin Qaradağ rayonunda icra başçısına məxsus başqa hansı işlərlə məşğul olması və mebel sexindən başqa, Süleyman Mikayılovun çörək, tamet biznesinədə girişməsi ilə bağlı araşdırmamızı oxucularımıza təqdim edəcəyik.
Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının özünə məxsus olan "ESKA-LİDER" MMC şirkətinə dövlət sifarişi ilə layihələr verməsi qanuna tamamilə ziddir. Hər halda Süleyman Mikayılovun Lənkəranda icra başçısı olduğu zaman "ESKA-LİDER" MMC şirkətinə dövlət sifarişi ilə layihələr verməsi, daha sonra isə Qaradağ rayonunda da heç kimə bəlli olmayan bu MMC-nin dövlət sifarişi ilə böyük layihələr alması əlaqədar təşkilatlar tərəfindən yoxlanılmalı və dövlətə vurulan ziyan müəyyənləşdirilməlidir. Bizi məlumatlandıran mənbənin sözlərinə görə isə Süleyman Mikayılovun şirkətinin uzun illər boyu aldığı sifarişlərin müqabilində dövlətə ödədiyi vergi qəpik-quruş olub. Xatırladaq ki, son zamanlar ölkə prezidenti İlham Əliyev dəfələrlə vergi qaçaqçılığının qarşısının alınmasını ən sərt şəkildə müvafiq dövlət qurumlarından tələb edib. Lakin buna baxmayaraq istər Vergilər Nazirliyi, istərsə də, icra hakimiyyətləri öz mənfəətləri naminə prezidentin bu tapşırıqlarına göz yumurlar. Nəticədə isə dövlət büdcəsinə hər il külli miqdarda ziyan dəyir.
PS.Bildirək ki, 12 gün bundan öncə "ESKA-LİDER"MMC şirkəti ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin saytına göndərdiyimiz elektron sorğuya heç bir rəsmi cavab verilməyib.
Buna baxmayraq qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?