Təbrizli: Arvada qulaq asmadım, gəldim Bakıya
Sosial
Oxunub: 1 036
27 mar 2016 | 12:30
Təbrizli: Arvada qulaq asmadım, gəldim Bakıya












“Nə bilim, başıma bunun gələcəyini”

Novruzda Bakıya gəlmiş təbrizli İsfəndiyar deyir ki, bayram günləri bankların işləməməsi onu əməlli-başlı çaşbaş qoyub. Əlindəki dolları dəyişməkdən ötrü ağız açmadığı adam qalmayıb.

Azadlıq Radiosu xəbər verir ki, elə Novruzda Bakıya istirahətə gələn digər turistlərin çoxu da İsfəndiyarın durumundadır:

– Qabaq rahat idi, bayram da olsa, gedib dəyişə bilirdik. İndi yoxa çıxıblar, biz də qalmışıq avara. Əlimizdə pul olmayanda alacağımız şeyi də ala bilmirik.

– Belə dedilər ki, burda pulu məntəqədə dəyişmək qadağan olunub. Gərək gedib bankda dəyişəsən. Neçə banka getdik, işləmirlər.

– Ona görə pulu dükandakı qadınlara veririk, onlar dəyişib gətirirlər.

Bakıda valyutadəyişmə məntəqələri yığışdırılandan valyuta alış-verişini ancaq banklar həyata keçirir. Bu bayram günləri bank ofislərinin qarşında bankların martın 28-də işləyəcəyi ilə bağlı elanlar görmək olur. Bundan başqa, həm də böyük otellərdə valyuta dəyişdirilməsi mümkündür. Bu günlər Bakıya gələn turistlərin əksəriyyəti isə ya ev kirayə tutur, ya kiçik otellərdə qalır.

Azı üç kiçik otelin qeydiyyat şöbəsindən dedilər ki, onlarda valyutadəyişmə xidməti yoxdur.

Bakıda turist avtobusunun sürücüsü Elşən Əliyev də söyləyir ki, bu günlər xeyli sayda turist pulunu harda dəyişməklə bağlı ondan məsləhət istəyib:

“Mən də nə deyim, bank işləmir, valyutadəyişmə məntəqəsi də ləğv olunub”.

Şəhəri gəzən turistlər bəzi mağazalarda alış-verişi dollarla etdiklərini də bildirirlər:

“Olub ki, əlimdə manat olmayıb, dəyişməyə də yer tapmamşam, onda malı da dollarla almışam”.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bankların çoxunun filiallarının işlədiyini deyir. Onun fikrincə, bu səbəbdən valyuta dəyişmək istəyənlər problem yaşamamalıdır:

Bayram günlərində işləyən 15-ə yaxın filiallar var. Onlar valyuta mübadiləsi ilə də məşğuldurlar. Heç bir problem yoxdur”.

Bu günlər metronun 28 May stansiyası və Səməd Vurğunun heykəli ətrafındakı “qara bazar”larda valyuta alveri ilə məşğul olanların sayı artıb. Özünü təqdim etməyən bir alverçi deyir ki, bayram onların işinə yarayıb:

“Banklar işləmir, adamların dolları əllərində qalıb. Bir-iki bank işləyir, onlar da günün yarısına qədər. Hamı bizə zəng vurur, bu günlər işlərimiz yaxşıdır”.

Elə iranlı turistlərdən biri də “qara bazara”a üz tutduğunu deyir:

“Bəzi bazarlar var, ora getməli oluruq. 1 dollara 1 manat 55 qəpik verirlər”.

Təbrizli İsfəndiyar isə həyat yoldaşının sözünə qulaq asmamağı baməzə şəkildə özünə bağışlamır:

“İranda manat alıb gəlmək olur. Bəzi dostlarımız elə edib gəlir bura. Arvad dedi, “sən də 2-3 min dəyiş, sonra get Bakıya”. Qulaq asmadım, dedim orda daha rahat olar. Nə bilim, başıma bunun gələcəyini. Ona görə deyirlər ki, “arvada qulaq as”, xanım biləni kim bilir ki...”
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?