Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?
Sosial
Oxunub: 122
27 yan 2026 | 10:33
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?


Azərbaycanda ərlə arvadın bir-birinin avtomobillərini etibarnaməsiz idarə etmələri məsələsi tez-tez gündəmə gəlir. Söhbət ondan gedir ki, tərəflər avtomobilin birgə mülkiyyət olmasını əsas gətirərək etibarnaməyə ehtiyac görmürlər.

“Qafqazinfo” xəbər verir ki, bu məsələdə iddialardan biri də nikah şəhadətnaməsinin etibarnamə olmadan ər-arvadın bir-birinin avtomobillərini idarə etməyə imkan verməsidir.

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir?

İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir. Başqa sözlə, sahibi avtomobildə deyilsə, nəqliyyat vasitəsi etibarnamə ilə idarə edilməlidir. Ailə Məcəlləsinin 32-ci maddəsində isə deyilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Elə ərlə arvadın bir-birinin maşınlarını etibarnaməyə ehtiyac olmadan idarə etmələrində haqlı saymaları da Ailə Məcəlləsinin sözügedən bəndindən irəli gəlir. Lakin həmin Məcəllənin 34-cü maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Başqa sözlə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılsa da, ondan istifadə və digər hüquqlar ər və arvadın qarşılıqlı razılığı ilə baş tutmalıdır.

Bəs, ər-arvad bir-birinə aid olan avtomobilləri nikah şəhadətnaməsi əsasında idarə edə bilər?

Ailə Məcəlləsinə görə, nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Yəni nikah haqqında şəhadətnamə yalnız tərəflər arasında nikahın olmasını təsdiq edir. Həmçinin “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsi sürücünün özündə saxlamalı olduğu sənədləri müəyyən edir və onların arasında nikah şəhadətnaməsi yoxdur.



Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2023-cü il tarixli Qərarında isə deyilir ki, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Qərarda yalnız ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olunur. Yəni ər-arvad bir-birlərinin avtomobilini yalnız ümumi mülkiyyət hüququna dair şəhadətnamə olduğu halda etibarnaməsiz idarə edə bilərlər.

Qanunvericiliyə görə, mülkiyyət hüququ haqqında şəhadətnaməni notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.

Yeri gəlmişkən, Konstitusiya Məhkəməsi Plenumu sözügedən Qərarında Milli Məclisə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin avtomobili idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılmasını tövsiyə edib. Lakin göründüyü kimi, ötən müddətdə qanunverciliyə bununla dəyişiklik olunmayıb.
Bu gün, 20:36
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Bu gün, 20:30
Putin İlham Əliyevi təbrik etdi
Bu gün, 17:37
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Bu gün, 16:00
Paşinyanın "gizli planı" açıldı, Kreml "qisas mesajı" verdi: Ermənistan Türkiyə üzərindən Qərbə "qaçır"
Bu gün, 15:30
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Bu gün, 14:22
İyunda 10 gün iş olmayacaq
Bu gün, 13:24
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Bu gün, 13:12
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Bu gün, 13:03
Marko Rubio Ermənistana səfər edəcək
Bu gün, 12:58
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Bu gün, 12:54
Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Bu gün, 12:49
Prezident müşavirə keçirib - FOTOLAR
Bu gün, 12:10
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
Bu gün, 12:06
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Bu gün, 12:02
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Bu gün, 11:46
İlham Əliyev İordaniya Kralını təbrik edib
Bu gün, 11:04
Hörmüz boğazı 30 günə açılır?
Bu gün, 11:00
Azərbaycanın axtardığı şəxs - Ukraynada tutuldu
Bu gün, 10:57
Qurban bayramı ilə bağlı fətva verildi
Bu gün, 09:21
Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib
Bu gün, 09:17
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
Bu gün, 09:14
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR
Bu gün, 09:00
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb