“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Ekspert deyir ki, istehlakçının aldadılması qanunvericiliyin kobud şəkildə pozulması sayılır; AQTA inkar edir: “Qeyd olunan istehsal tarixli mal əti konservi ölkəmizə idxal olunmayıb”
Rusiyada fəaliyyət göstərən “Qlavprodukt” şirkətinin Azərbaycana göndərdiyi mal əti konservlərində donuz əti DNT-si aşkar edilib. Bu barədə “İnsayder” nəşri məlumat yayıb. Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.
Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub. Bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib. Sentyabrda aparılan analizə əsasən, “Family Budget” markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib. Bu “Qlavprodukt”un Oryol vilayətindəki törəmə şirkəti olan “Oryolprodukt” ASC tərəfindən istehsal edilib.
“Azad İstehlakçılar” ictimai birliyinin sədri Eyyub Hüseynov Cebheinfo.az saytına bildirib ki, ölkənin quru və hava sərhədlərindən heç bir ərzaq AQTA-nın yoxlaması, rəyi olmadan ölkəyə daxil ola bilməz.
Söhbət insanların aldadılmasından gedir. Yəni kimsə donuz əti almaq istəyirsə, alsın, amma halal ət adı ilə vətəndaşlara kələk gəlmək ciddi qanunsuzluqdur.
Bəs xarici ölkələrdən ölkəyə konservlər idxal olunduqda AQTA tərəfindən yoxlanılırsa, niyə donuz əti mal əti adı altında satılır və bu, istehlakçı hüquqlarının pozulması deyilmi?
Qida eksperti Asim Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Ölkəyə daxil olan bütün ərzaq məhsulları, o cümlədən konservlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçmədən dövriyyəyə buraxıla bilməz. Agentlik idxal prosesində məhsulların sənədlərini, mənşəyini, tərkibini və uyğunluğunu qiymətləndirir. Amma beynəlxalq ticarətin genişliyi, müxtəlif istehsalçıların bazara çıxması, bəzi şirkətlərin bilərəkdən yanlış etiketləmə təcrübələrinə əl atması riskləri tam aradan qaldırmır. Bu baxımdan araşdırmaların aparılması, məhsulun ölkəyə daxil olduğu mərhələdən satış nöqtəsinədək bütün zəncirin yenidən yoxlanması vacibdir.
Burada əsas problem halal adı altında donuz komponentinin gizli şəkildə istifadə edilməsidir. İslam dinində donuz əti və ondan hazırlanan məhsullar qəti şəkildə haram sayılır. Bu qadağa Qurani-Kərimdə açıq şəkildə qeyd edilib. Müəyyən fövqəladə vəziyyətlər istisna olmaqla, müsəlmanların bu məhsulu istehlak etməsi dini baxımdan yolverilməzdir. Məhz buna görə halal etiketi istehlakçı üçün sadəcə ticarət işarəsi yox, dini və mənəvi məsuliyyət daşıyan bir zəmanətdir. Bu etimadı qəsdən pozmaq həm etik, həm hüquqi, həm də reputasiya baxımından ağır nəticələr yarada bilər".
Ekspert qeyd edir ki, istehlakçının aldadılması qanunvericiliyin kobud şəkildə pozulması sayılır: “Tərkibi yanlış göstərilən və ya istehlakçını çaşdıran etiketləmə qanunla qadağandır. Bu halda satışa çıxarılan məhsulun tərkibində donuz DNT-sinin olması, amma halal və mal əti adı altında təqdim edilməsi nəinki aldatma, həm də sağlamlıq və dini etiqad azadlığının pozulması kimi qiymətləndirilə bilər. Həm idxalçı şirkət, həm də istehsalçı bu məsuliyyətdən yayınmamaq üçün izahat təqdim etməli, dövlət qurumları isə fakt araşdırmasını tam şəkildə aparmalıdır.
Bu kimi hallar istehlakçılara açıq mesaj verir ki, məhsul seçərkən etiketə əlavə olaraq istehsalçı haqqında məlumat, sertifikatların mövcudluğu, mənşə ölkəsi və qablaşdırma üzərindəki identifikasiya kodları diqqətlə yoxlanmalıdır. Əgər şübhəli məqamlar varsa, istehlakçı həm agentliyə, həm də istehlakçı hüquqlarını müdafiə edən təşkilatlara müraciət etməlidir. Şəffaflıq və ictimai nəzarət nə qədər güclü olarsa, belə halların qarşısı bir o qədər tez alınır".
Qeyd edək ki, məsələ ilə bağlı AQTA-ya da sorğu ünvanladıq. Qurumun cavabında bunlar bildirilib: “Bildiririk ki, Rusiyanın ”Oryolprodukt" ASC-nin mediada qeyd olunan istehsal tarixli mal əti konservi məhsul partiyası ölkəmizə idxal olunmayıb".
Halal standartı - məhsulların və xidmətlərin İslam qaydalarına uyğun şəkildə hazırlanmasını təmin edən qaydalar toplusudur. Bu standartın əsas məzmunu xammalın halal mənşəli olmasını, istehsal prosesində haram və ya nəcis maddələrlə çirklənməməsini və məhsulun gigiyena baxımından təhlükəsiz olmasını tələb edir.
Bu gün, 11:05
Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib
Bu gün, 11:00
Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik
Bu gün, 10:52
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
Bu gün, 10:48
Rusiya müharibəni qızışdırır: Moskva kəşfiyyat məlumatlarını Tehrana ötürür
Bu gün, 10:45
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
Bu gün, 10:37
İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi
Bu gün, 10:34
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
Bu gün, 09:00
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Dünən, 23:51
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş - DTX ifşa etdi
Dünən, 16:00
BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
Dünən, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
Dünən, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
Dünən, 14:00
İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
Dünən, 13:45
Azərbaycan İrandan diplomatik heyətini çıxarır
Dünən, 13:11
Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
Dünən, 13:02
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
Dünən, 12:29
Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
Dünən, 12:23
Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
Dünən, 11:33
Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
Dünən, 11:22
Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
Dünən, 10:57
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Dünən, 10:23
Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
Dünən, 10:16
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Dünən, 09:44
Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
Dünən, 09:37
Xameneinin varisinin təyinatını təxirə salındı
Dünən, 09:32
Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı