Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Sosial
Oxunub: 209
5 dek 2025 | 12:39
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?


"Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir".

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir:

"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İlkin gözləntilərə əsasən, 2025-ci ildə orta aylıq əmək haqqının 9.2 faiz artacaq. Yəni, bu halda pensiyaların 9.2 faiz artacağı gözlənilir. Bununla belə, daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi olaraq elan olunacaq.

İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək".
Bu gün, 09:35
Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
Bu gün, 09:21
Tramp DÇ-2026-nın finalına qatılacaq
Bu gün, 09:18
İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
Bu gün, 09:00
Ermənistandan etiraf: Azərbaycana satmağa...
Dünən, 16:00
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Dünən, 15:30
Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
Dünən, 14:22
Qaqauziya Türkiyədən dəstək istədi
Dünən, 13:47
Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
Dünən, 13:32
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
Dünən, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dünən, 13:02
İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
Dünən, 12:57
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Dünən, 12:51
Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
Dünən, 12:24
Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
Dünən, 12:20
İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
Dünən, 12:14
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
Dünən, 10:18
Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
Dünən, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dünən, 10:00
Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
Dünən, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Dünən, 09:53
Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
Dünən, 09:45
NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
Dünən, 09:42
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
Dünən, 09:00
DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
15-07-2026, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
15-07-2026, 14:12
İran itkilərinin sayını açıqladı