Ölkədə iş saatını azaltmaq təklifi
Sosial
Oxunub: 205
24 okt 2025 | 16:00
Ölkədə iş saatını azaltmaq təklifi


Ekspertlərin fikrincə, belə bir modelin mərhələli şəkildə tətbiqi həm nəqliyyat yüklənməsini azaldar, həm də...
Azərbaycanda iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bu dəfə məsələ təkcə sosial rifah və əmək hüquqları kontekstində deyil, həm də Bakıdakı tıxac probleminin azaldılması ilə əlaqələndirilir.

Qeyd edək ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi artıq gündəmdədir. Bu dəyişikliklər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafik əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək.

Deputat Fazil Mustafa bildirir ki, iş saatlarının tənzimlənməsi həm sosial, həm də iqtisadi baxımdan önəmli addımdır: “Ölkə üzrə iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr dəfələrlə aparılıb. Bu, ilk növbədə tıxac probleminin həlli baxımından son dərəcə vacib məsələdir. Təəssüf ki, hələ də tıxac problemi cəmiyyətdə lazımi səviyyədə müzakirə olunmur və bir qədər diqqətdən kənarda qalır”.

Deputat hesab edir ki, iş saatlarının azaldılması və ya mərhələli başlanğıc vaxtlarının tətbiqi ilə insanların hərəkət axınını tənzimləmək mümkündür:

“İş saatları elə şəkildə müəyyən edilməlidir ki, insanların hərəkəti üst-üstə düşməsin, eyni vaxtda baş verməsin. Həmçinin müəyyən sahələrdə iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi ilə bir qrup insanın daha rahat şəkildə işə gedib-gəlməsi təmin oluna bilər. Bu da, öz növbəsində, tıxacların yaranmasının qarşısını alar”.

Qeyd edək ki, bu istiqamətdə beynəlxalq təcrübə də diqqətəlayiqdir. Məsələn, Türkiyədə hazırda Əmək Qanununa dəyişikliklər müzakirə olunur. Yeni layihələrdə maaş sistemindən iş saatlarına, ödənişli məzuniyyətlərdən çevik iş modelinə qədər geniş spektrdə yeniliklər nəzərdə tutulur. Bir çox Avropa ölkələrində olduğu kimi, orada da həftəlik iş saatının 40-dan 35 saata endirilməsi və 4 günlük iş həftəsi konsepsiyası sınaqdan keçirilir.

Ekspertlərin fikrincə, belə bir modelin Azərbaycanda da mərhələli şəkildə tətbiqi həm nəqliyyat yüklənməsini azalda, həm də işçi rifahını və motivasiyasını artır bilər.

İqtisadçı Xalid Kərimli bildirir ki, millət vəkilinin dediyi məsələ mümkünsüzdür: “Azərbaycanda iş saatının azaldılmasından söhbət belə gedə bilməz. Çünki ölkəmizdə insanların sosial vəziyyəti o səviyyədə deyil ki, bu, baş tutsun. İnsanların problemi layiqli məşğulluq, stabil gəlirlə özlərinin təmin edilməsidir. Ölkəmizin iqtisadiyyatı neft sektorundan asılıdır, neft hasilatı isə azalır. İş saatının azaldılmasından çox, mövcud 40 saatlıq iş rejiminə riayət olunub-olunmaması məsələsini gündəmdə saxlasınlar. Özəl sektorda bir çox yerlərdə iş 40 saatdan çox olur. 6-cı günlər məcburi işə çıxarılırlar. İnsanlar 40 saat işləyəndə sevinirlər ki, onu keçmədi. Bu baxımdan iş saatının azaldılması Azərbaycanın gündəmində deyil. Çünki bunun sosial-iqtisadi əsası var. Həm də iş saatının azaldılması tıxac problemini həll etməyəcək. Lakin iş saatlarının fərqli vaxtlarda müəyyənləşdirilməsi tıxac probleminin həllinə kömək edə bilər. Bir məsələ də var ki, bunu özəl sektordan tələb etmək olmayacaq. Bu tələb dövlət müəssisələrinə qoyula bilər və orada çalışanlarla iş saatını fərqli sistemdə etmək mümkündür. Özəl sektora isə yalnız tövsiyə etmək olar”.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, iş saatlarının azaldılması və ya fərqli iş qrafikləri tıxacların azaldılmasına əsaslı kömək etməyəcək: "İş qrafikinin dəyişdirilməsi çətin məsələdir. Azərbaycanda 4-5 min işçisi olan böyük zavodlar elə çox deyil ki, bu model əhəmiyyətli dəyişiklik etsin. Neftayırma zavodları növbəli işləyirlər, onlarda onsuz da qrafik başqadır. 50-100 nəfər işçisi olan 10 minlərlə iş yerində qrafiki dəyişib, ona nəzarət etmək mümkün deyil. Digər tərəfdən, bu məsələyə kompleks yanaşılmalıdır. Bakıda əsas tıxac məktəblərin qarşısında baş verir. Səhər saatlarında məktəblərin qarşısında nizam-intizam yoxdur. İstənilən vəzifəli şəxs maşını yolun ortasında saxlayır, ona heç kim heç nə demir. Hərə öz avtomobili ilə uşağını dərsə gətirir. Deyirlər ki, məktəbli avtobusları olsun. O ərazilərdə mümkün olur ki, eyni ərazidə yaşayanlar eyni məktəbdə oxusunlar. Valideynlər övladlarını Hövsandan Bakının mərkəzinə və ya Masazırdan Əhmədliyə oxumağa gətirirlər. Onda gərək hər şagirdə bir avtobus verilsin? Bu da mümkün olmayan məsələdir.

Fazil Mustafa təklif verirsə, onun iqtisadi və maliyyə tərəflərini əsaslandırmalıdır. Dövlət orqanlarında iş saatlarını qısaltmaq mümkündür? Bu, ölçülüb -biçilməyən təkliflərdir. Camaatı 12-13 saat işlədirlər, bunu dilə gətirsinlər".
Bu gün, 14:22
İyunda 10 gün iş olmayacaq
Bu gün, 13:24
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Bu gün, 13:12
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Bu gün, 13:03
Marko Rubio Ermənistana səfər edəcək
Bu gün, 12:58
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Bu gün, 12:54
Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Bu gün, 12:49
Prezident müşavirə keçirib - FOTOLAR
Bu gün, 12:10
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
Bu gün, 12:06
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Bu gün, 12:02
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Bu gün, 11:46
İlham Əliyev İordaniya Kralını təbrik edib
Bu gün, 11:04
Hörmüz boğazı 30 günə açılır?
Bu gün, 11:00
Azərbaycanın axtardığı şəxs - Ukraynada tutuldu
Bu gün, 10:57
Qurban bayramı ilə bağlı fətva verildi
Bu gün, 09:21
Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib
Bu gün, 09:17
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
Bu gün, 09:14
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR
Bu gün, 09:00
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır