143 nömrəli məktəbin qarşısında təhlükəli vəziyyət: qapıları bağlı qalır, yol tıxanır - Foto

Binəqədi rayonu 143 nömrəli məktəblə bağlı sakinlər və valideynlər tərəfindən şikayətlər var. Bildirilir ki, məktəbin həyətinə valideynlərin daxil olmasına icazə verilmir, qapılar bağlı saxlanılır. Nəticədə uşaqlarını gətirən və aparan valideynlər məktəbin qarşısında dayanmağa məcbur olur, bu isə yolun bağlanmasına və nəqliyyatın hərəkətində ciddi çətinliklərə səbəb olur.
Sözügedən ərazidən həm avtomobillər, həm də piyadalar istifadə etdiyindən, bu vəziyyət məktəblilərin və ərazidə hərəkət edən insanların həyat və təhlükəsizliyi üçün risk yaradır.
Məktəbin həyətinə valideynlərin daxil olmasına qoyulan məhdudiyyətin səbəbini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil idarəsi ilə əlaqə saxladıq.
Qurumdan Ölkə.az-a bildirildi ki, 1348 şagirdin təhsil aldığı məktəbin ərazisində kənar şəxslərin toplaşması tədris prosesinin pozulmasına və birinci mərtəbədə yerləşən sinif otaqlarında aparılan dərslərə müdaxilələrə səbəb olur:
"Uşaqların təhlükəsizliyinin təmin edilməsinə və təhsilin səmərəliliyinin artırılmasına xidmət edən bu qərar öncədən valideynlərə izah olunub".
Qeyd edək ki, 143 nömrəli məktəbin yerləşdiyi qəsəbədə digər məktəblər üzrə sözügedən problem yaşanmır. Valideynlər övladlarını məktəbin qapısından içəriyə qədər, hətta sinif otağınadək apara bilirlər.

Bu gün, 14:22
İyunda 10 gün iş olmayacaq
Bu gün, 13:24
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Bu gün, 13:12
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Bu gün, 13:03
Marko Rubio Ermənistana səfər edəcək
Bu gün, 12:58
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Bu gün, 12:54
Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Bu gün, 12:49
Prezident müşavirə keçirib - FOTOLAR
Bu gün, 12:10
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
Bu gün, 12:06
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Bu gün, 12:02
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Bu gün, 11:46
İlham Əliyev İordaniya Kralını təbrik edib
Bu gün, 11:04
Hörmüz boğazı 30 günə açılır?
Bu gün, 11:00
Azərbaycanın axtardığı şəxs - Ukraynada tutuldu
Bu gün, 10:57
Qurban bayramı ilə bağlı fətva verildi
Bu gün, 09:21
Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib
Bu gün, 09:17
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
Bu gün, 09:14
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR
Bu gün, 09:00
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır