Paytaxtda taksi sayına limit - qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?
Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Xəbər verildiyi kimi, qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.
Qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.
Yeni qərar taksi xidmətinin keyfiyyətinə və qiymətlərə hansı təsiri göstərəcək?
Ekspertlər bildirirlər ki, taksilərin sayının məhdudlaşdırılması bazarda keyfiyyətin artmasına, xidmət standartlarının yüksəlməsinə və yol hərəkətində nizam-intizama müsbət təsir göstərə bilər. Bununla yanaşı, mütəxəssislər limit tətbiqinin qiymətlərə artım şəklində əks olunacağı qənaətindədirlər.
Bəzi iqtisadçılar hesab edirlər ki, taksi şirkətləri və sürücülər arasında rəqabətin azalması sərnişin daşıma xidmətlərində qiymət artımına və əlçatanlığın azalmasına səbəb ola bilər. Digər tərəfdən, xidmət keyfiyyətinin yüksəlməsi və təhlükəsizlik standartlarının sərtləşdirilməsi ilə sərnişinlərin məmnunluğunun artacağı da gözlənilir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, belə bir məhdudiyyətin tətbiq olunacağı gözlənilən idi: “Qanunda açıq şəkildə yazılıb ki, aidiyyəti qurum tərəfindən Bakı şəhərində taksi minik avtomobillərinə kvota müəyyənləşdirilə bilər. Ötən müddət ərzində biz bu məsələni bir neçə dəfə müzakirə etdik, sayın 30-35 min civarında müəyyənləşdiriləcəyini gözləyirdik. Amma 25 min müəyyən edildi. Görünür, beynəlxalq təcrübə əsas götürülüb. Çünki AYNA-nın yaydığı açıqlamada da bu əks olunmuşdu. Beynəlxalq təcrübədə hər min nəfərə səkkiz taksi hesablanır.
Qərar noyabrın 1-dən qüvvəyə minir, lakin həmin müddətdən icra olunacaq deyə taksi sürücülərinin kənarda qalacağını deyə bilmərik. Çünki bunu tam həyata keçirmək üçün bir xeyli müddət lazımdır. Ən azı 3 il vaxt aparacaq. İndidən taksi sürücüləri narahat olmasınlar, əllərində icazələri varsa, rahat şəkildə işlərini görə bilərlər. Sadəcə olaraq, müəyyən bir müddətdən sonra avtomobilin ili köhnəlir, sənədlərin vaxtı bitir. Bu artırma zamanı AYNA tərəfindən bir reqlament müəyyənləşdiriləcək və növbəlilik prinsipi ilə icazələr veriləcək. Ümumilikdə hazırda 34 mindən artıq taksi sürücüsü qeydiyyatdan keçib. Onun 20 mini fiziki şəxsdir, yerdə qalanlar isə hüquqi şəxslərdir. Hər hansısa taksi parkı burada öz işini qurub, qeydiyyatdan keçib və fəaliyyət göstərir.
Hər halda, şəhər nəqliyyatı aspektindən baxsaq, bəli, burada yanaşma doğrudur. Sırf sosial məsələ kimi yanaşdıqda qərar müəyyən çətinliklər yaradacaq. Bir sıra taksi sürücüləri işsiz qala bilər. Ümid edirik ki, bu məsələ hansısa bir formada tənzimlənəcək".
Ekspert qərarın keyfiyyət və qiymətlərə təsirindən də danışıb: “Təbii ki, taksilərin sayının azalması qiymətə də təsir göstərəcək. İndiki dövrdə də belədir. Tələbat artdıqca operatorlar qiyməti fərqli tətbiq edirlər. Gələcəkdə say məsələsi reallaşarsa, qiymətdə müəyyən artım baş verəcək.
Taksilərin keyfiyyətində isə hazırda bir problem yoxdur. Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar veriləndən sonra keyfiyyət xeyli yüksəlib. Köhnə maşınlar sıradan çıxıb, sürücülərin əksəriyyəti təlimlər keçib, sertifikat alıblar, imtahan veriblər. Demək olar ki, xeyli inkişaf var".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kvota sürücülərə tətbiq edilmir, söhbət istismar olunan nəqliyyat vasitəsindən gedir: “Bu zaman fikir yaranar ki, 25 min taksidən söhbət gedirsə, deməli, 25 min sürücü nəzərdə tutulur. Lakin belə deyil, bir maşını bir neçə sürücü idarə edə bilər. Sutka ərzində bir neçə sürücü bir maşından növbəli olaraq istifadə edə bilər. Bu qərarın verilməsində məqsəd, ola bilər ki, Bakı şəhərində sıxlığın aradan qaldırılması, avtomobil axınının azaldılması və taksidə keyfiyyətin artırılmasıdır. Bu məhdudiyyət sırf Bakıya aid olan məsələdir, bütün Azərbaycana şamil olunmur.
Düşünmürəm ki, Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı qıtlıq yaranacaq. Hazırda paytaxtda 30 mindən çox taksi fəaliyyət göstərir. Bir anda onların sayı azalmayacaq və dərhal qadağalar qoyulmayacaq. Mərhələ ilə 25 minlik kvotaya gəlinəcək.
Əgər taksi çatışmazlığı olmayacaqsa, hesab etmirəm ki, qiymətlər qalxacaq. Taksi qiymətləri dəyişən tarifdir. Qar yağanda qiymət yüksəlir, bayram günlərində iş olmayanda qiymət düşür. Dəyişən tarif sistemi qalacaq. Lakin ola bilər ki, hansısa taksi şirkətləri bu fürsətdən istifadə edib, süni şəkildə qiyməti qaldırsınlar, lakin buna imkan vermək olmaz".
Dünən, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
Dünən, 09:52
Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
Dünən, 09:48
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
Dünən, 09:37
Tesla xidmətə cəlb olundu
Dünən, 09:29
Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
Dünən, 09:23
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dünən, 09:16
İran ABŞ bazalarını hədəf aldı
Dünən, 09:11
Süni intellekt “super peyvənd” hazırladı
5-06-2026, 21:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
5-06-2026, 16:27
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 16:00
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 15:29
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
5-06-2026, 14:22
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
5-06-2026, 13:48
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
5-06-2026, 13:11
Onlar belə maaş alacaqlar
5-06-2026, 12:36
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
5-06-2026, 12:21
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
5-06-2026, 12:16
Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
5-06-2026, 12:12
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
5-06-2026, 11:39
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
5-06-2026, 11:29
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
5-06-2026, 11:12
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
5-06-2026, 11:07
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
5-06-2026, 10:51
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
5-06-2026, 10:24
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
5-06-2026, 09:53
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı