Bakının tıxac problemi: Səbəb təhsil ocaqlarıdır, yoxsa...

“Bir neçə gündür ki, yeni təhsil ili başlayıb. Adətən təhsil ilinin başlanması ilə ölkənin bütün ərazisində bir çox sahələrdə canlanma baş verir. Bu canlanma iqtisadi baxımdan alış-verişlə, təhsillə bağlı digər xərclərin iqtisadi aktivliyə təsiri ilə əlaqədar olsa da, mövcud reallıqda başqa fəsadlara da yol açır. Nəinki Bakı şəhərində, hətta bölgələrdə də yollarda avtomobil sayı artır, tıxaclar qaçılmaz olur. Günün müəyyən vaxtlarında, ən azı səhər, günorta, axşam məktəblərin yaxınlığında avtomobil əlindən keçmək belə mümkün olmur. Nəticədə ümumi formatda yollarda da tıxac qaçılmaz olur.
Tıxaclar bir başqa problemdir. Tıxaclarla bağlı məsələ birbaşa məktəblərlə, təhsillə bağlı olmasa da, mövcud reallığımızda bunun da təsiri böyükdür. Bəli, belə olmamalıdır. Belə ki, müasir dünyada universitetlərin kampusları şəhərdən kənarda şəhərcik formatında salınması bir standart, həm də prestijdir. Məktəblər də “məktəb avtobusu” ilə təmin olunur və ya şagirdlər məhəllə, yaşayış massivi üzrə yaxın məktəblərdə təhsil alırlar. Yəni nəqliyyatdan istifadə tamamilə minimuma endirilir”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
İltizam Yusifov qeyd edib ki, yaşayış yeri üzrə məktəbdə təhsil alma praktikasını biz müstəqillikdən əvvəl, sovet təhsil sisteminin bir elementi kimi görmüşük. “Bu gün ola bilsin ki, bu prinsip müstəqil təhsil sistemimizin siyasətinə uyğun gəlmir. Bəli, bu gün bizim müstəqil dövlətimizin varlığı bizim üçün hər şeydən üstündür. Amma nəzərə almaq, qəbul etmək lazımdır ki, zamanında qazanılan bütün yaxşı təcrübələr, uğurlar, yaradılan elmi-təcrübi yeniliklər o sistemdə olan xalqların zəhmətinin nəticəsi və dəyəri idi. Hesab edirəm ki, istənilən yaxşı praktikadan yararlanmaq lazımdır.
532851
Dünyada da belədir. Düzdür, ümumi təhsildə milli komponentlər, dəyərlər yer alsa da, müasir dünyada elm və təhsil daha çox dünya təhsil sistemlərinə inteqrasiya edilməklə effektli alınır və nəticə verir. Bu gün Avropa, Amerika, Qərb təhsilinin üstünlüyü danılmazdır. Çinin də dünyada qəbul olunan təhsili, o cümlədən adlı-sanlı universitetləri var. Amma təkrar edirəm ki, zamanından asılı olmayaraq qazanılan bütün yaxşı təcrübələr, uğurlar, dəyərlər istifadə edilməlidir. Misal üçün deyim ki, dünyanın ən qabaqcıl təhsil sistemlərindən sayılan Sinqapur təhsilinin əsaslandığı 5 prinsipdən biri – uşaq psixologiyası məşhur sovet alimi Lev Vıqodskinin nəzəriyyəsi üzərində qurulub. Amma bu gün bizim məktəblərin fəaliyyətində uşaq psixologiyası elementlərindən istifadə çalarları belə hiss olunmur.
Elm və Təhsil Nazirliyi müəllimləri sertifikasiyadan keçirdi. Sertifikasiyadan keçməyən müəllimlərin əmək fəaliyyətinə xitam verildi. Məntiqi baxımdan belə çıxır ki, məktəblərdə biliksiz müəllim qalmadı və bütün məktəblərdə Təhsil Nazirliyinin standartlarına cavab verən müəllimlər fəaliyyət göstərir. Belə olan təqdirdə ümumi təhsildə məktəb seçiminə nə ehtiyac var? Demək ki, uşaqlar yaşayış yerinə yaxın məktəblərdə oxumalıdırlar. Bu, həm iqtisadi, həm də digər aspektlər baxımından daha sərfəlidir”, - o qeyd edib.
Onun sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, bu yaxınlarda şagirdlərin, məktəblilərin yol hərəkəti ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Facebook platformasında paylaşımını görüb: “Bunu təqdirəlayiq hal hesab edirəm. Amma burada əsas çağırış valideynlərədir və məsələ birbaşa onların üzərinə qoyulur. Hesab edirəm ki, mövcud şəraitdə bu məsələyə bir qədər fərqli yanaşmaq daha düzgün olardı. Belə ki, məktəb məktəbəqədər təhsildən başlayır və “Təhsil haqqında Qanuna” görə təhsilin 3 əsas vəzifəsindən birincisi tərbiyədir. Məktəbə getmək, yolu keçmək özü də bir tərbiyədir və həm də bir mədəniyyətdir. Valideyn onsuz da uşağı barədə narahat olur və öz tərbiyəsi çərçivəsində bu səpkili məsələlərlə bağlı övladına tövsiyələr verir. Amma bunu təbliğ etmək, öyrətmək daha çox məhz təhsilin, müəllimin işi olmalıdır.
Yapon məktəblərinə, təhsil sisteminə baxın. Məktəbə ilk dəfə gedən uşaqlar üçün müəllimin birinci işi onların hərəkət trayektoriyasını tərtib və təsdiq etmək, sinif uşaqlarının məktəbə gələndə, məktəbdən qayıdanda bir-birinə qoşulmaq-ayrılmaq ardıcıllığını öyrətməkdən ibarətdir.
Yapon uşağının, yapon məktəblisinin yolu keçməsi isə sadəcə qanun-qayda yox, böyük bir fəlsəfədir: piyada keçidinin yanında uşaqların durması üçün xüsusi yer ayrılır. Uşaq orada dayanır, əlini qaldırır, avtomobillər dayanır və uşaq yolu keçir. Keçəndən sonra yolun o biri tərəfində dayanıb, sürücülərə təzim edərək minnətdarlığını bildirəndən sonra yoluna davam edir. Yəni bu sadəcə bir təhlükəsizlik məsələsi deyil. Bu bir fəlsəfədir və bunun qısa məzmunu belədir: sürücü öz gələcəyinə hörmətlə yanaşır, uşaq da öz növbəsində böyüyünə minnətdarlıq hissi ilə cavab verir. Millət öz gələcəyinin qayğısına qalır və uşaqlar böyüyə hörmət, nizam-intizama, qaydalara əməl etmək ruhunda tərbiyə edilir.
İndi deyərsiniz ki, biz yapon və Yaponiya ola bilmərik. Xeyr, səhv edirsiniz. Bizim Nizamimiz, Koroğlumuz, Dövlətimiz olanda Samuray Yaponiyası dünyanın ən geridə qalan ölkəsi idi. Hesab edirəm ki, bizim xalqımız qanuna riayət edən xalqdır.
Həftənin ilk iş günü Bakının bu yollarında tıxac var - SİYAHI
Üçüncü məsələ isə ondan ibarətdir ki, sözsüz, valideynlərin, ümumiyyətlə böyüklərin üzərinə daha böyük vəzifə düşür. Amma təəssüf ki, bu gün reallıq başqadır. Küçələrdə arzuolunmaz mənzərə görürük. Küçələrimizdə yolu kim haradan istəyir, keçir. Uşaq, böyük, hətta xanımlar uşaq arabası ilə heç bir piyada keçidinə ehtiyac duymurlar.
Yəni biz özümüzü bu məsələdə qaydalara riayət etməyə borclu hesab etməli, uşaqlara nümunə göstərməliyik. Ömər Xəyyamın yaxşı bir sözü var: “Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, çalışın özünüzü tərbiyə edin. Onsuz da sizə oxşayacaqlar”.
Bu məsələlərlə bağlı müvafiq qurumlar da öz üzərinə düşənləri həll etməlidirlər.
Burada dördüncü məsələ kimi, ümumiyyətlə şəhərlərdə, müasir yaşayış məkanlarında ictimai nəqliyyat dedikdə hərəkət piramidasının zirvəsində piyada durur. Yəni infrastruktur birinci növbədə piyadaya görə qurulmalıdır. Futuroloqlar belə proqnoz verirlər ki, yaxın gələcəkdə küçələrdə sürücüsüz avtomobillər fəaliyyət göstərəcək və “şəxsi avtomobil” anlayışı olmayacaq, tarixə qovuşacaq. Lakin küçələrdə “Piyada–Nəqliyyat vasitəsi” qarşıdurması və yaxud “münasibəti” mütləq qalacaqdır”, - o qeyd edib.
İ.Yusifov hesab edir ki, bu gün məktəblərdə bir neçə saat yol hərəkəti haqqında müəyyən məlumatların tədrisi kifayət etmir: “Bu bilgilərin epizodik olaraq uşağa öyrədilməsi real həyatda effekt vermir.
Sürücü-piyada münasibətləri məktəblərdə kiçik yaşdan formalaşdırılmalıdır. Lakin bunlar başa düşüləcək formada, ciddi bir fənn kimi tədris olunmalıdır. Bu fənnin tədrisi yuxarı siniflərdə tədricən "Yol hərəkəti haqqında" qanunun tələbləri formatına keçməli, sonda isə şagirdlərin artıq həvəskar sürücü (B kateqoriyası) səviyyəsində biliklərə sahib olmaları ilə nəticələnməlidir. Bu dövrün tələbidir.
Belə ki, mövcud zamanda avtomobilləşmə sürətlə gedir. Bu gün müasir avtomobillərin texniki quruluşu barədə dərin bilgilər tələb olunmur. Avtomobilin bütün rejimlərinə bort-kompüter nəzarət edir, hətta sürücünün sükanı tutmasına, avtomobili park etməsinə qədər köməklik edir. Sürücüdən isə yalnız qaydaları bilmək və riayət etmək tələb olunur.
Bu yaxınlarda Lənkəranda iki uşağın – məktəbə gedən bacı-qardaşın yolu keçəndə maşın vurması hadisəsi hamımızı kövrəltdi. Yalnız kövrəltdimi? Yoxsa epizodik olaraq oldu və yaddan çıxdı? Hesab edirəm ki, belə təkliflər nəzərə alınmalı, ümumiləşdirilərək əməli tədbirlər görülməlidir”.
Yusifov onu da qeyd edib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda müvafiq fənn proqramlarına və dərsliklərə baza biliklərinin daxil edilməsi, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün ölkənin müxtəlif ərazilərində avtoşəhərciklərin, avtomeydançaların yaradılması, həmçinin uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub”.
Bu gün, 15:30
Ağ Evdən İran açıqlaması: Münaqişənin həll variantı var, ya razılaşma, ya da...
Bu gün, 14:22
İyunda 10 gün iş olmayacaq
Bu gün, 13:24
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Bu gün, 13:12
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Bu gün, 13:03
Marko Rubio Ermənistana səfər edəcək
Bu gün, 12:58
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Bu gün, 12:54
Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Bu gün, 12:49
Prezident müşavirə keçirib - FOTOLAR
Bu gün, 12:10
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
Bu gün, 12:06
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Bu gün, 12:02
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Bu gün, 11:46
İlham Əliyev İordaniya Kralını təbrik edib
Bu gün, 11:04
Hörmüz boğazı 30 günə açılır?
Bu gün, 11:00
Azərbaycanın axtardığı şəxs - Ukraynada tutuldu
Bu gün, 10:57
Qurban bayramı ilə bağlı fətva verildi
Bu gün, 09:21
Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib
Bu gün, 09:17
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
Bu gün, 09:14
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR
Bu gün, 09:00
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək