Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi gündəmə gətirilib və bu istiqamətdə yeni qanun layihəsinin parlamentə təqdim olunması nəzərdə tutulur. Sənədin məqsədi vətəndaşlara pensiya kapitalından daha çevik istifadə imkanı verməkdir. Lakin ictimaiyyətdə yaranan “istədiyi vaxt pensiyaya çıxmaq” fikri reallığa uyğun deyil. Mütəxəssislərin sözlərinə görə, özəl fondlar sadəcə əlavə seçim kimi nəzərdə tutulur, dövlət pensiyasına çıxma yaşı isə dəyişməyəcək.
"Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bəzi məqamlara aydınlıq gətirib:
“Özəl pensiya fondlarının yaradılması məsələsi çoxdan müzakirə olunur, amma burada müəyyən həllini tapmalı məqamlar var. Özəl pensiya fondlarının üstünlüyü ondadır ki, şəxs ora yatırdığı pulu, yəni həmin vəsaiti, vərəsəliklə də ötürə bilir. Üstəlik, həmin vəsaitin dövriyyəsindən gəlir əldə olunur, əlavə faiz qazanmaq imkanı yaranır.
Yaxşı cəhətləri olsa da, əsas problem ondan ibarətdir ki, bu vəsaitlərin idarə olunması üçün onların investisiya edilməsi zəruridir. Yığılan vəsait düzgün istiqamətə yatırılmalı, oradan gəlir əldə olunmalıdır. Çünki həm fondun saxlanma xərcləri qarşılanmalı, həm vəsaiti qoyanların pulu inflyasiyadan qorunmalı, həm də üzərinə faiz gəlməlidir”.
S.Məmmədov bu sahədə bir sıra problemlərin olduğunu da vurğulayıb:
“Bu baxımdan müəyyən problemlər meydana çıxır. Belə ki, ölkədə toplanan vəsaiti yönəltmək üçün riski az olan investisiya sahələrinin sayı məhduddur. Vəsait elə istiqamətlərə yatırılmalıdır ki, orada risk minimum olsun və vəsait batma təhlükəsi yaranmasın. Ona görə də bu pulların yatırımı əsasən yalnız banklar vasitəsilə mümkündür, lakin bütün banklara da güvənmək olmur. Məhz buna görə müəyyən çətinliklər mövcuddur. Hər halda müzakirələr davam edir və ehtimal olunur ki, yaxın gələcəkdə bu fondlar yaradıla bilər. Amma sual budur: əhali buna nə dərəcədə maraq göstərəcək və vəsaitlərini özəl pensiya fondlarına yatıracaqmı?
Məsələn, bu gün insanlar vəsaitlərini banka qoyaraq 11-12 faizlə dividend və ya depozit gəliri götürə bilirlərsə, həmin pulu pensiya fonduna yatırmağa maraqlı olacaqlarmı? Bütün bu suallar açıq qalır. Buna görə də bu məsələdə tələsmək olmaz. Elə buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu prosesi çox ciddi şəkildə, hərtərəfli öyrənir”.
Bu gün, 14:22
İyunda 10 gün iş olmayacaq
Bu gün, 13:24
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Bu gün, 13:12
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Bu gün, 13:03
Marko Rubio Ermənistana səfər edəcək
Bu gün, 12:58
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Bu gün, 12:54
Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Bu gün, 12:49
Prezident müşavirə keçirib - FOTOLAR
Bu gün, 12:10
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
Bu gün, 12:06
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Bu gün, 12:02
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Bu gün, 11:46
İlham Əliyev İordaniya Kralını təbrik edib
Bu gün, 11:04
Hörmüz boğazı 30 günə açılır?
Bu gün, 11:00
Azərbaycanın axtardığı şəxs - Ukraynada tutuldu
Bu gün, 10:57
Qurban bayramı ilə bağlı fətva verildi
Bu gün, 09:21
Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib
Bu gün, 09:17
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
Bu gün, 09:14
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR
Bu gün, 09:00
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır