Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Sentyabrın 15-dən...
Sosial
Oxunub: 184
12 sen 2025 | 12:29
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Sentyabrın 15-dən...


AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək.

Bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb.

Cari ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.

Qeyd edilən texniki və rəqəmsal yeniliklər sayəsində 34 cüt qatarla hərəkət sxeminə keçid öz növbəsində sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq.

Yeni qrafikə əsasən "28 May-Əhmədli" sahəsində:

• İş günləri səhər (saat 07:30-09:30) və axşam (saat 17:00-19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək.
• Səhər saat 07:00-07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30-10:00 aralığında isə 2 dəqiqə olacaq.
• Axşam 19:30-20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.
Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla son bir ay ərzində aparılan sınaqlar uğurla başa çatdırılıb.

Pik saatlarda intervalda edilmiş bu dəyişiklik sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təminatı istiqamətində mühüm nəticə olmaqla yanaşı, sentyabrın 15-dən proqnozlaşdırılan sərnişin tələbatının qarşılanması baxımından da əlavə imkanlar yaradır.

Bakı metropoliteni bundan sonra da sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin daha çevik və rahat hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.
Dünən, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
Dünən, 09:52
Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
Dünən, 09:48
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
Dünən, 09:37
Tesla xidmətə cəlb olundu
Dünən, 09:29
Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
Dünən, 09:23
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dünən, 09:16
İran ABŞ bazalarını hədəf aldı
Dünən, 09:11
Süni intellekt “super peyvənd” hazırladı
5-06-2026, 21:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
5-06-2026, 16:27
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 16:00
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 15:29
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
5-06-2026, 14:22
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
5-06-2026, 13:48
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
5-06-2026, 13:11
Onlar belə maaş alacaqlar
5-06-2026, 12:36
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
5-06-2026, 12:21
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
5-06-2026, 12:16
Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
5-06-2026, 12:12
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
5-06-2026, 11:39
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
5-06-2026, 11:29
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
5-06-2026, 11:12
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
5-06-2026, 11:07
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
5-06-2026, 10:51
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
5-06-2026, 10:24
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
5-06-2026, 09:53
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı