Vəkil: İlhamə Quliyevanın bütün mirası Orxana qalacaq
“Qanun bu məsələni araşdıracaq”
Xalq artisti İlhamə Quliyevanın bütün mirası onun oğlu Orxan Nadirova qalacaq.
Bunu aznews.az-a açıqlamasında mərhum sənətkarın vəkili Habil Vəliyev deyib.
O bildirib ki, müğənni Əli Mirəliyev İ.Quliyevanın yaxın qohumudur və istədiyi kimi açıqlama verə bilər:
“Əli Mirəliyev haqqında heç nə demək istəmirəm. Onlar qohumdurlar. Necə istəyirsə, elə də açıqlama versin. Qanun öz sözünü deyəcək. Orxan İlhamə xanımın oğludur. Hazırda o, varidat deyil, təkcə İlhamə xanımın yas mərasimi haqqında düşünür. 40 mərasiminə kimi o, bu barədə düşünməyəcək.
Kimsə onun varı-dövləti haqqında düşünüb, maraqlanırsa, yolu açıq olsun. Amma qanun bu məsələni araşdıracaq, varisin Orxan Nadirov olduğunu göstərəcək. Hamı tərəfindən məlumdur ki, Orxan Nadirov İlhamə xanımın oğludur. Bunu bütün ictimaiyyət və dövlət adamları da bilirdi. Yəqin ki, 40 mərasimindən sonra hər şey öz qaydasında olacaq”.
H.Əliyev qeyd edib ki, təkcə İ.Quliyevanın deyil, bütün dünyasını dəyişən insanların ölümündən sonra bank hesabları dondurulur:
“Bəli, bank hesabları dondurulub. Mən anlaya bilmirəm, insanları İlhamə xanımın bank hesabları niyə maraqlandırır? Onlar nə üçün banka gedirlər? Nə üçün onun pulunu axtarırlar? Bu kimə lazımdır?
Əgər insan dünyasını dəyişirsə, onun bank hesabı, pensiyası, bütün gəlir nöqtələri dondurulur. Sonra proses hüquqi müstəvidə həll olunaraq bu məsələlərə baxılır. Kimsə bu işdə narahatdırsa, narahatçılığı da özünə qalacaq. Hər şey hüquqi müstəvidə həll olunacaq”.
Əli Mirəliyev İ.Quliyevanın mirasına iddia edə bilərmi sualına vəkilin cavabı belə oldu:
“Bu barədə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, müğənni Əli Mirəliyev mətbuata açıqlama verərək Xalq artisti, mərhum sənətkar İ.Quliyevanın bütün mirasının dövlətə qaldığını və bununla bağlı bank hesablarının dondurulduğunu bildirib.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?