Bakıda 35 yaşayış binası söküləcək
Binaların qəzalı vəziyyətdə olmasına dair rəy verilib
Bakı şəhərinin Sabunçu rayonunda pilot layihə çərçivəsində Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrində 5 binanın sakinlər köçürülərək binaların yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb.
Bunu Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib.
A. Vəliyev qeyd edib ki, Rayonun Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrindəki ictimai mənzil fondunda bir sıra yaşayış binalarının istismar müddətini keçərək qəzalı vəziyyətə düşməsi narahatlıq doğurduğundan, müraciətləri əsasında həmin məsələnin sosial əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 nömrəli qərarına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə “Pilot” layihə formatında 5 il müddətinə əlavə səlahiyyətlər verilib və qarşıya bir sıra vəzifələr qoyulub.
Artıq bu qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülüb, həmin qəsəbələrdə çoxmənzilli, qəza təhlükəsi ehtimalı olan binaların siyahısı tərtib edilərək rəy verilməsi üçün əlaqədar dövlət orqanları və nəzarət qurumlarının mütəxəssislərindən ibarət komissiyaya göndərilib. Hazırda 35 yaşayış binası üzrə müvafiq rəylər verilib. Verilmiş bu rəylər əsasında kəskin qəza vəziyyətində və uçma təhlükəsi olan Ramana və Bakıxanov qəsəbələrindəki 5 binadan sakinlər köçürülərək yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb. Bu tikinti-təmir və aparılacaq abadlıq işləri zamanı ilkin olaraq rayonun 630 nəfər sakinini işlə təmin etməyi planlaşdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti pilot layihə formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini təmin etməlidir.
Sakinlər sökülən qəzalı binaların yerində tikilən yeni binalarda mənzillərlə təmin ediləcəklər. Qəzalı vəziyyətdəki binada yaşayan ailənin mənzilinin sahəsi yeni binada 25-35 faiz artıq olacaq.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?