Vilayət Eyvazovun özəl günü – 56 yaş
Siyaset
Oxunub: 140
28 in 2024 | 15:12
Vilayət Eyvazovun özəl günü – 56 yaş


Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun doğum günüdür.

Vilayət Süleyman oğlu Eyvazov 1968-ci il iyunun 28-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.
Dünən, 11:05
Sabirabadda əməliyyat: Qardaşlar saxlanıldı
Dünən, 10:59
Əhaliyə xəbərdarlıq - Bu gün 13:00-adək...
Dünən, 10:55
Bakının bu ərazisində evlər sökülür - Park salınacaq
Dünən, 10:50
“Time” jurnalı Baydeni belə tənqid etdi - Foto
Dünən, 10:10
Yeganə milyarder türk qadın: Ölkəmizə də sərmayə qoyur
Dünən, 10:06
Bu ölkədə də TikTok qadağan edildi
Dünən, 09:38
İravunk: Paşinyan ətrafının telefonlarını dinləyir
Dünən, 09:32
İranda seçki qutularını daşıyan avtomobilə hücum olub, ölən və xəsarət alanlar var - VİDEO
Dünən, 09:24
İranda seçkilərin nəticələri - Azərbaycanlı namizəd liderdir - YENİLƏNİR
28-06-2024, 16:00
Bakıdan gələn xəbər həyəcan yaratdı: Vaşinqtonda hazırlıq sürətləndi - GƏLİŞMƏ
28-06-2024, 15:30
ABŞ İrəvanı tələsdirir, Bakıya görə Fransanı tənqid edir - NƏ BAŞ VERİR?
28-06-2024, 15:22
Atatürk parkında restoran yanır - Video+Yenilənib
28-06-2024, 15:17
Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı
28-06-2024, 15:12
Vilayət Eyvazovun özəl günü – 56 yaş
28-06-2024, 14:22
“Ermənistan Konstitusiyası dəyişmədən imzalanan sülh sazişi etibarsız olacaq” - HƏQİQƏTƏN DƏ...
28-06-2024, 13:50
Şəhid ailələrinin uçotuna dair qanun dəyişdi
28-06-2024, 13:46
“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”
28-06-2024, 12:38
Prezident Ceyms O’Braynı qəbul edib
28-06-2024, 11:07
Hacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - Video
28-06-2024, 11:00
Baydenlə Trampın ilk debatı - Nələr baş verdi?
28-06-2024, 10:47
Bu şəxslərə xüsusi təqaüd veriləcək
28-06-2024, 10:41
Qurban Yetirmişli: Əhali nağıllara inanıb təşvişə düşməsin
28-06-2024, 10:10
65 nəfər də Laçına gedir
28-06-2024, 10:01
Daha bir azərbaycanlı Ukraynada həlak oldu - FOTO
28-06-2024, 09:21
Şəhid atası vəfat etdi
28-06-2024, 09:17
ABŞ nüvə eskalasiyasına görə yeni sanksiyalar tətbiq edib
28-06-2024, 09:12
Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində dağıntı qeydə alınıb?