İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Siyaset
Oxunub: 64
24 apr 2024 | 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal


Siyasi şərhçi Asif Nərimanlının Axar.az-a müsahibəsi:

- Sərhədin müəyyənləşməsinin Qazax istiqamətindən başlaması və işğalda olan kəndlərdən anklav olmayan 4-nün qayıtması ilə bağlı Ermənistanın təbliğatında bir mühüm detal var: Almatı Bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiya və demarkasiyasının razılaşdırılması. Bu, nə deməkdir və Ermənistan bunu niyə uğuru adlandırır?

- Ermənistanın məqsədi sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsidir. 19 aprel razılaşması onlara bunun üçün rəsmi istinad nöqtəsi verdi. Razılaşmada qeyd olunur ki, tərəflər delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlarına dair razılaşıb və bunu baza prinsipi olaraq götürürlər. Delimitasiya ilə bağlı hazırlanan əsasnaməyə də bu prinsip daxil edilir. 4 kəndin qaytarılması ilə bağlı razılaşmada Almatı Bəyannaməsinə istinad edilməsi Ermənistan üçün əhəmiyyətli idi və sərhədin digər hissələrinin delimitasiyasında bu əsasnaməyə istinad edərək iki məsələni irəli sürəcəklər: Birincisi, sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşdirilməsidir. Paşinyan da bildirdi ki, 19 aprel razılaşması yeni sərhədin çəkilməsi məsələsini arxa plana keçirir.

İkincisi, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin əsas götürülməsi qoşunların geri çəkilməsini şərtləndirir. Bununla ordumuzun 44 günlük müharibədən sonra nəzarətə götürdüyü strateji yüksəkliklərdən imtina etməsinə nail olmaq istəyirlər. Ermənistan bu amillərə görə 19 aprel razılaşmasını uğur adlandırır.

- 1991-ci il Almatı Bəyannaməsinə istinad edilməsi sərhədin 1991-ci il xəritələri ilə müəyyənləşdiriləcəyi anlamına gələ bilərmi?

- Sərhədin Almatı Bəyannaməsinə uyğun müəyyənləşdirilməsi Azərbaycanın strateji maraqlarına ziddir. Çünki bu həm qoşunların geri çəkilməsini şərtləndirir, həm də SSRİ dövründə əkin və otlaq adı altında ermənilərə bağışlanan torpaqlarımız gündəmdən çıxarır. Bu baxımdan, sərhədin 1991-ci il xəttinə uyğun müəyyənləşdirilməsinin Azərbaycan tərəfindən qəbul ediləcəyi ehtimalı azdır. Rəsmi Bakının bu məsələdə strateji gediş etdiyini deyə bilərik. 4 kəndin qaytarılmasına nail olmaq üçün 19 aprel razılaşmasına İrəvanın istədiyi Almatı Bəyannaməsinə istinadın salınmasını qəbul edib, amma həm də sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipinin dəyişdirilməsi üçün istinad nöqtəsi yaradıb. Razılaşma sənədində qeyd olunur ki, əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh sazişində delimitasiya prinsiplərini dəyişdirə və 19 aprel razılaşmasının müvafiq bəndini sıradan çıxara bilər. Bu baxımdan, sərhədin digər hissələrinin delimitasiyasında Almatı Bəyannaməsinə istinadən 1991-ci il xətlərinin götürülməsi qəbul edilməyəcək.

- Bundan öncə Ermənistan Baş naziri 1974-78-ci illər xəritələri haqqında danışırdı və belə görünürdü ki, Azərbaycan o illərin xəritəsinə də razı deyil. Ümumiyyətlə, sizcə, hansı xəritələr əsas götürülə bilər?

- Azərbaycan sərhədin delimitasiyası üzrə iki yanaşma sərgiləyir. Birinci yanaşma xətlərin keçmiş xəritələrə uyğun çəkilməsidir. Ermənistan 1970-ci illərdən sonrakı xəritəni irəli sürməklə bu dövrə qədər ermənilərə verilən ərazilərimiz üzərində legitimlik qazanmaq istəyir. Azərbaycan bunu qəbul etmir. Əgər məsələ xəritələr üzərindən həll olunacaqsa, o zaman AXC dövrünün və sovetləşmə başlayanda mövcud olan illərin xəritələrinə istinad edilməlidir. Bunu Prezident İlham Əliyev də bildirib.

İkinci yanaşmaya görə heç bir xəritəyə, eləcə də 1991-ci il xətlərinə istinad edilmir, sərhəd birbaşa yerdə hissə-hissə müəyyənləşdirilir. Bu o deməkdir ki, hər iki tərəf hazırda dayandığı ərazidə qalır və sərhəd xətti bu formada müəyyənləşir. Beləliklə, Ermənistanın qoşunların geri çəkilməsi məsələsi də arxa plana keçir. Bu, keçmiş xəritələrin əsas götürülməsi aktuallığını itirəcəyi təqdirdə Bakının həll variantıdır.

- Erməni rəsmilərinin təbliğatında elə təəssürat yaranır ki, sanki Azərbaycan bundan öncəki hansısa tələbindən imtina edib. Sizcə, bu razılaşmada hansısa tələbimizdən imtina əlaməti görünürmü?

- Ermənistanın hesab edir ki, Azərbaycan Almatı Bəyannaməsini qəbul etməklə geri addım atıb. Əslində qeyd etdiyimiz kimi, Azərbaycan burada strateji gediş edib. Bunu “qambit gedişi” adlandıra bilərik. Yəni 4 kəndin qaytarılması məqsədilə hazırki üstünlüyündən imtina edir, amma sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipinin dəyişdirilməsi imkanından imtina etmir. Ki, 1991-ci il xətləri, fikrimcə, sərhədin ümumi delimitasiyasında qəbul edilməyəcək.

- Nəhayət, geniş anlamda sərhədin delimitasiya və demarkasiyası prosesinə nə vaxt başlanıla bilər: sülh sazişindən sonra, yoxsa artıq bu prosesin başladığını deyə bilərik?

- Sərhədin ümumi delimitasiyasının başlanması sülh sazişindən sonra mümkün ola bilər. Birincisi, ümumi delimitasiyada fikir ayrılığı var. Dediyimiz kimi, Ermənistan 19 aprel razılaşması ilə öz istədiyinə nail olduğunu düşünsə də, Azərbaycan digər hissələrdə bunu qəbul etməyəcək. Bu halda delimitasiya razılaşması daha da çətinləşə bilər.

İkincisi, delimitasiya ümumiyyətlə uzunmüddətli prosesdir, hətta onilliklər çəkə bilər. Bu baxımdan, sülh sazişinin daha tez imzalanacağı, delimitasiyanın isə sonraya qalacağı gözləntisi daha çoxdur.

Qazax-Tavuş xəttində aparılan delimitasiya prosesin başlanğıcı hesab edilsə də, bu prosesin davam edəcəyi ehtimalı azdır. Ermənistan da anlayır ki, ümumi delimitasiyanın başa çatmasını gözləyərsə, sülh sazişinin imzalanması zaman alacaq. Buna görə İrəvanın əvvəldən irəli sürdüyü mövqe belədir ki, sülh sazişinə delimitasiyanın hansı prinsiplərə, yaxud xəritələrə uyğun aparılacağı qeyd olunsun. Əsasən də Almatı Bəyannaməsinə istinad edilməsini istəyirlər. Əslində, 19 aprel razılaşmasını buna görə “böyük uğur” hesab edirlər, düşünürlər ki, sülh sazişindən öncə istinad nöqtəsi əldə etdilər. Lakin rəsmi Bakı bu razılaşmaya öz maraqlarına uyğun qeyd əlavə etməklə sülh sazişində delimitasiya məsələsini də həll etmiş oldu. Sülh sazişində yeni prinsipləri – bu ya keçmiş xəritələr olacaq, ya da xətlərin ərazidə çəkilməsi – artıq Azərbaycan tərəfi irəli sürəcək.
Bu gün, 11:03
Maliyyə Nazirliyindən VACİB AÇIQLAMA
Bu gün, 10:59
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - Video
Bu gün, 10:32
FHN-dən əhaliyə - Təkrar müraciət
Bu gün, 10:23
Paris-2024-ün açılış mərasimindən rəngli görüntülər - Fotolar
Bu gün, 10:15
"Qarabağ"dan MÜHÜM AÇIQLAMA: "Futbolçularımızın 90 faizinə transfer təklifi gəlib"
Bu gün, 10:09
ABŞ və Qərb Ermənistanla bağlı qorxunc reallığı niyə etiraf etdi: Rusiya ilə müttəfiqlik "körpüləri" uçurulsa...
Dünən, 16:00
Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə
Dünən, 15:30
Nikol Bakıya bu halda gələcək - Rusiyadan baxış
Dünən, 14:22
“Dəmir yumruğ”a təzədən zərurət yarana bilər - BAŞQA YOLU YOXDUR...
Dünən, 13:55
Şənbə gününün hava proqnozu açıqlanıb
Dünən, 13:31
Ceyun Bayramov Somalidən olan həmkarı ilə görüşüb
Dünən, 12:52
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
Dünən, 12:36
Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI – “Tutulanların sağalması mümkün deyil”
Dünən, 12:01
Tramp Harrislə debatdan imtina etdi - Səbəb isə...
Dünən, 11:57
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Dünən, 10:24
Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi
Dünən, 10:18
Bakıdakı bağçalara növbəyə yazılma başladı
Dünən, 09:56
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Dünən, 09:52
Məşhur müğənnimiz ölümdən son anda qurtuldu - ANBAAN VİDEO
Dünən, 09:32
Azərbaycanda zəlzələ oldu
Dünən, 09:23
Alimlər Cənubi Okeanın güclü karbon qazı uducu olduğunu sübut etdi
Dünən, 09:19
Azərbaycan UEFA reytinqində irəliləyib
Dünən, 09:13
Fransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb
Dünən, 09:10
Rusiya Rumıniya ərazisinə zərbə endirib? - Açıqlama
Dünən, 09:06
İvanişvili prezident ola bilər – Anons edildi
Dünən, 09:00
ABŞ və Qərbin strateji hədəfi Zəngəzur dəhlizini ələ keçirtməkdir: Bu, yeni dünya düzənində həlledici faktora çevriləcək
25-07-2024, 16:00
Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir - İNCƏLƏMƏ