Prezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİB
Gundem / Siyaset
Oxunub: 119
15 iy 2024 | 13:30
Prezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.

Məlumat verildi ki, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib.

Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

***
Prezident İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİBPrezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİBPrezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİBPrezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİBPrezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİBPrezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİB
Dünən, 16:00
Yarımçıq demokratın YARIMÇIQ SÜLH PLANI... - Bunun hər işi natamamdır...
Dünən, 15:30
ABŞ hədəfini açıqladı: Azərbaycanla sərhəddə yerləşirlər - GƏLİŞMƏ
Dünən, 15:04
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB
Dünən, 14:22
İrəvan çox tələsir: İstanbulda razılıq olacaq - Abramyan
Dünən, 14:02
Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
Dünən, 13:23
20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir
Dünən, 13:00
Rusiyalı ekspert: Moskva Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər
Dünən, 12:16
UNEC məzunları niyə diplom ala bilmir? - RƏSMİ
Dünən, 11:41
Qurbanovların şad günündən FOTOLAR
Dünən, 11:36
Preizdent Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
Dünən, 11:11
Sürücülərin nəzərinə! Bu yoldan keçərkən diqqətli olun
Dünən, 11:04
Trampa sui-qəsd etmək istəyən şəxs erməni imiş - FOTO
Dünən, 11:01
ABŞ Yəməndə husilərin 5 hərbi anbarını vurdu
Dünən, 10:57
Zelenski: Qələbə planı beş bənd və üç gizli əlavədən ibarətdir
Dünən, 10:54
Şərab zavodunda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB
Dünən, 10:13
Putin qripə qarşı bu dərmanlardan istifadə edir
Dünən, 10:10
“Bizim nüvədən də qat-qat üstün silahlarımız var”
Dünən, 10:06
Hikmət Hacıyev: İrəvan, BCM üzvü kimi, Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır
Dünən, 10:02
Bakıda su üzərindən yol çəkilir - Tıxaca son qoyulacaq
Dünən, 09:56
Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Dünən, 09:52
Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür
Dünən, 09:16
“3+3” formatı ABŞ və Qərbin planlarını pozur: Qafqaza kobud kənar müdaxilə bloklanacaq
Dünən, 09:00
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
16-10-2024, 16:00
Alimlər Marsda sirli strukturlar tapdı
16-10-2024, 15:30
Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
16-10-2024, 15:04
Türkiyədə güclü zəlzələ: Binalar çökdü, yaralananlar var - ANBAAN VİDEO
16-10-2024, 14:09
Füzulinin coğrafiyası