5 aprel gözləntiləri: Brüssel görüşü kimin üçün təhlükəlidir? - Kreml əndişəlidir, Bakı təmkinini qoruyur
Asəf Quliyev - Pressklub.az
Ermənistan təhlükəsizliyinə təminat axtarır. Bu məqsədlə aprelin 5-də ABŞ və Avropa İttifaqı ilə birlikdə Brüsseldə konfrans təşkil olunacaq. Bu konfransda ciddi inqilabi nələrinsə baş verəcəyini gözləmək yersiz olardı. Əslində Ermənistanın təhlükəsizlik təminatı axtarmasının da, elə aprelin 5-də keçiriləcək toplantının da məqsədi aydındır: Rəsmi İrəvan Ermənistanı Rusiyanın caynağından almaq istəyir. Avropa İttifaqı da, ABŞ da bu arzudadır. Formal məntiqlə, bu gün bunu istəməyən ən ciddi aktor Azərbaycan olmalıdır. Səbəb çox sadədir. Konyuktur siyasətin tələbinə görə, rəsmi Bakı 200 ilə yaxın bir müddətdə Azərbaycanın baş ağrısına çevrilmiş Ermənistanın Rusiyanın caynağından çıxaraq müsbət imic qazanmasında maraqlı olmamalıdır.
Amma baş verən son proseslər göstərir ki, durum o qədər də bəsit deyil.
Baş verənlərin mahiyyətini açmaq üçün bir nüansa mütləq diqqət yetirmək lazımdır.
Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişaf tendensiyasına iki yanaşma mövcuddur:
BİRİNCİSİ: Rusiya Azərbaycanın köməyi ilə Ermənistanı təsir altında saxlamaq istəyir.
İKİNCİSİ: Ermənistan Azərbaycanın köməyi ilə Rusiyanı regiondan çıxarmaq istəyir.
2020-ci ilin sentyabrından bu günə qədər baş verənlərin analizi hər iki ehtimal üçün məntiqi əsaslar verir.
Birinci versiya
Sirr deyil ki, Azərbaycanın hər bir uğurlu həmləsi Ermənistandakı Rusiyanın təsiri altında olan qüvvələrə baş nazir Nikol Paşinyana qarşı hücumlar təşkil etmək üçün dayaq nöqtəsi olur.
Paşinyan Qarabağa nəzarəti itirdi
Paşinyan Ermənistanın şərti sərhəddəki strateji nöqtələri itirdi
Paşinyanın günahı üzündən Qarabağdan ermənilər çıxdı
Paşinyan Qazağın 7 kəndini Azərbaycana təhvil verməyə hazırlaşır
Bütün bunlar Nikol Paşinyana qarşı olan və Rusiyanın təsir dairəsində olan müxalif fikirli ermənilərin əsas tezisləridir.
Lakin bu tezislərlə “silahlanmış” siyasi qüvvələr xalqı küçəyə çıxara bilmir. Seçkilərdə Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələrə qalib gələ bilmir.
Amma hər dəfə Azərbaycanın uğurlu həmləsindən sonra bu qüvvələr fəallaşmağa cəhd edir. Bu cəhdlərin məntiqi dayaq nöqtəsi isə Rusiyanın xilaskar obrazını erməni xalqının yadına salmaq olur.
Ermənistandakı müxalif qüvvələrin davranışları ilə Rusiyadan gələn bəyanatlarda və Kremlin atdığı addımlarda da sinxronluq var. Məhz buna görə də kimlərsə hesab edir ki, Azərbaycanın davranışları Rusiyaya Nikol Paşinyanı devirmək və Ermənistanı təsir dairəsində saxlamaq üçün münbit şərait yaradır.
İkinci versiya
Azərbaycan Qarabağa nəzarəti tam bərpa etdi. 2020-ci ilin sentyabrına qədər “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan bir qədər gec də olsa Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı.
2023-cü ilin sentyabrına qədər Nikol Paşinyan Qarabağ erməniləri üçün beynəlxalq təminat istəyirdi. Amma artıq Qarabağ ermənilərinin məsələsi sülh danışıqlarının predmeti deyil.
Artıq Qazağın 7 kəndindən 4-nün Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda ciddi addımlar atılır.
Sərhəd xəttinin müəyyənləşdirilməsi Azərbaycan-Ermənistan baş nazirlərinin birinci müavinlərinin rəhbərlik etdiyi komissiyada müzakirə olunur və elə o formatda da həll olunacaq.
Bütün bunlara Rusiyadan ironik reaksiyalar verilir:
“Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”, “Sərhədlərin müəyyən olunması üçün ən dəqiq xəritələr bizdədir” və sairə…
ABŞ və Avropa İttifaqı rəsmiləri isə gedən proseslərin hər birindən sonra ikitərəfli danışıqların səmərəliliyini söyləyir və buna dəstək verməyə hazır olduğunu deyir.
Sözsüz ki, hərbi gərginlik anlarında narahatlıq da ifadə olunur və bu, normaldır. Amma bu narahatlıqlar hansısa formada ciddi təzyiqlə müşayiət olunmur. Hətta sonuncu insidentdən sonra da (bir Azərbaycan hərbçisinin yaralanmasından sonra dörd Ermənistan hərbçisinin məhv edilməsi) sadəcə tərəflərin hərbi gərginlikdən çəkinməsi üçün addımlar atılmasına çağırış oldu.
Bütün bu proseslərdə Ermənistan hakim elitası cəmiyyətinə sübut edir ki, Rusiya Azərbaycanın təzyiqlərini neytrallaşdırmaq imkanından məhrumdur.
İkinci versiyanın məntiqi əsaslandırması da budur.
Buna görə də yeni təhlükəsizlik çətiri lazımdır. Beləliklə, 5 aprel görüşü ideyası ortaya çıxıb. Ermənistan təhlükəsizliyi üçün ABŞ və Avropa İttifaqından dəstək almalıdır.
Sözsüz ki, bu kontekstdə KTMT baş katibinin Ermənistanın qurumdan çıxmaq üçün müraciəti olmasa da, təşkilatın işində faktiki iştirak etmədiyini bəyan etməsi, Ukrayna bataqlığında çabalayan Rusiyanın Ermənistana tələm-tələsik silah tədarükünə başlaması Kremlin müəyyən əndişə içərisində olmasından xəbər verir.
Azərbaycan üçün bütün ssenarilər sərfəlidir
Bütün hallarda prosesdən ən çox qazanclı çıxan Azərbaycandır. Çünki Azərbaycan öz hüquqlarını bərpa edib və bu istiqamətdə addımlar atmaqdadır.
5 aprel Brüssel görüşündən bəzi narahatlıqlar ifadə edilir. Amma bu narahatlıqların heç bir əsası yoxdur. Çünki bölgədə Azərbaycanın əzəli və əbədi strateji müttəfiqi olan Türkiyə var. NATO üzvü olan Türkiyə. Rusiya ilə mehriban düşmən olan Türkiyə. Strateji hədəfi Avropa İttifaqına üzvlük olan Türkiyə.
Bəli, Qərb Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Bu, birmənalıdır. Amma istər Qərbdə, istərsə də Şimalda yaxşı anlayırlar ki, Rusiya Qafqazdan gedəsi olsa, onun yerini nə Fransa, nə Almaniya, nə Britaniya, nə də ABŞ tutacaq. Regionda NATO-nu təmsil edə biləcək yeganə aktor Türkiyədir. Bunun üçün Türkiyənin bütün imkanları var. Və əslində, Türkiyənin Rusiya ilə həlim davranışları da məhz bununla bağlıdır.
Türkiyənin bölgəyə gəlişi isə Ermənistan üçün ən sərfəli ssenaridir. Nikol Paşinyan da bunu yaxşı bilir. Yəqin, Nikol Paşnyan onu da yaxşı bilir ki, bu gün on minlərlə Ermənistan vətəndaşı Türkiyədə miqrant həyatı yaşayır. Bu isə Türkiyə ilə Ermənistan cəmiyyətləri arasında əlaqələrin daha tez qurula biləcəyindən xəbər verir.

Dünən, 16:00
Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
Dünən, 15:45
Prezident yük maşınının sükanı arxasında - FOTO
Dünən, 15:38
"Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb
Dünən, 15:30
Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
Dünən, 14:43
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
Dünən, 14:22
Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
Dünən, 13:31
Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
Dünən, 13:27
Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
Dünən, 12:30
Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
Dünən, 12:18
Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
Dünən, 12:12
“İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
Dünən, 12:07
“Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
Dünən, 11:57
Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
Dünən, 11:00
Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
Dünən, 10:55
Kartlardan daha 36 min manat oğurlandı
Dünən, 10:51
Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
Dünən, 10:11
“Barselona” “İnter”i qəbul edir
Dünən, 10:06
Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
Dünən, 09:34
Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
Dünən, 09:28
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Dünən, 09:05
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
Dünən, 09:00
Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29-04-2025, 16:00
“İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29-04-2025, 15:30
ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29-04-2025, 14:22
Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29-04-2025, 14:00
Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29-04-2025, 12:49
Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir