"Mirzoyan-Bayramov görüşü yeni dövrün başlanğıcıdır"
Siyaset
Oxunub: 48
2 mar 2024 | 09:19
"Mirzoyan-Bayramov görüşü yeni dövrün başlanğıcıdır"


Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekununu rəsmi Bakının diplomatiyasının çox böyük uğuru olduğundan mühüm tarixi əhəmiyyətə malik hadisə hesab etməliyik.

Bunu açıqlamasında deputat Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, Fransa və Avropa ittifaqı görüşün onların himayəsi altında keçməsinin istəsə də, Bakı bu tələbdən imtina edərək Almaniyada keçirilməsinə razılıq verib. "Bakının bu qətiyyətli mövqeyini qarşı tərəf də yaxşı bildiyindən görüşün Berlində keçirilməsinə razılıq verib. Azərbaycan bununla da danışıqlar prosesinə Almaniyanı cəlb etməklə Fransanı və digər ermənipərəst qüvvələri kənarlaşdırmış oldu. Cənab Prezident İlham Əliyev görüşlə bağlı mövqeyini bu günlərdə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də dilə gətirərək bildirdi ki, Almaniyanın xarici işlər nazirlərinin Berlində görüşünün keçirilməsi təklifi Azərbaycan tərəfindən dəstəklənib. Bunun səbəbini açıqlayan Prezident İlham Əliyev bəyan etdi ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir", - o qeyd edib.

Deputatın fikrincə, bunu 7 fevral prezident seçkilərindən sonra Azərbaycanda yeni uğurlu dövrün başlanğıcı kimi dəyərləndirmək lazımdır:

"Artıq Azərbaycan bu yeni mərhələyə öz diplomatik uğurları başlayıb. Əminəm ki, bu mərhələdə də Azərbaycan cənab Prezidentin beynəlxalq aləmdə gedən qlobal proseslərə çevik reaksiya verib yürütdüyü uzaqgörən siyasəti nəticəsində uğurlara və qələbələrə imza atacaq. Bu baxımdan xarici işlər nazirlərinin Berlin görüşünü Azərbaycan diplomatiyasının böyük uğuru hesab etmək olar.

Birincisi, bu görüş onu sübut etdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində gündəliyi müəyyən edən və sülh şərtlərini irəli sürən Bakıdır. Ermənistanın havadarları danışıqlar prosesinin İrəvanın maraqlarına uyğun platformalarda keçirilməsinə cəhd etsə də, buna nail ola bilmədilər. Məhz Azərbaycan Prezidentinin qətiyyətli, cəsarətli siyasəti nəticəsində Ermənistanın Avropadakı əsas havadarları danışıqlar prosesindən kənarlaşdırıldı və onlar da Bakının bu şərtləri ilə razılaşmalı oldular.

İkincisi, bu görüş Azəbayanın dünyada necə ciddi aktor rola malik "orta güc" olduğunu ortaya qoydu. Bu o deməkdir ki, təkcə Ermənistan və onun havadarları deyil, digər güclər də Azərbaycanla hesablaşır.

Üçüncüsü, beynəlxalq aləm gördü ki, Cənubi Qafqazda Azərbaycanla işbirliyi yaratmadan və onunla hesablaşmadan bölgədə dayanıqlı sülh və sıx əməkdşalıq qeyri-mümkündür.

Dördüncüsü, Azərbaycan Ermənistanın bölgədə hər hansı çəkiyə və dünya güclərinin ciddi maraq göstərmədiyi bir ölkə olduğunu ortaya qoydu. Hətta ona havadarlıq edən ölkələr və güclər belə Ermənistanın bölgədə maraqlarını təmin etmək üçün bir vasitədən başqa bir şey olmadığını yaxşı anlayırlar. Əgər havadarları Ermənistanın ciddi əhəmiyyətə malik bir ölkə olduğunu görsəydilər, o zaman hər vasitə ilə buna ciddi-cəhd edərdilər. Bu, bir daha onu göstərir ki, həmin güclərin əsas məqsədi Ermənistandan istifadə etməklə bölgədə maraqlarını təmin etməkdən başqa bir şey deyil.

Digər tərəfdən isə Azərbaycanın uğurlarını, beynəlxalq aləmdəki əhəmiyyətli rolunu həzm edə bilməyən anti-Azərbaycan güclərin Ermənistandan ölkəmizə təzyiq vasitəsindən başqa bir şey deyil. Yəni bütün hallarda ermənilər və Ermənistan bölgədəki maraqlı güclərin və anti-Azərbaycan qüvvələrin əlində geosiyasi oyunlarda "qurban keçi"sidir".

Almaniya-Azərbaycan münasibətlərinə toxunan deputat qeyd edib ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində iki ölkə arasında yeni bir əməkdaşlıq erası başlanmaqdadır: "Bu əməkdaşlıq təkcə iki ölkə arasındakı əlaqələrin inkişafına deyil, bütövlükdə Avropa ölkələri ilə Qafqaz və Mərkəzi Asiya bölgəsi arasında əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Bu da bir az öncə söylədiyim kimi, Azərbaycanın qədəm qoyduğu yeni dövrün uğurlu addımlarından biridir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı ölkəmizin Avrasiya coğrafiyasında nə qədər böyük əhəmiyyət daşıyan bir ölkə olduğununun sübutudur. Bu baxımdan da bu günlərdə Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünü Azərbaycan üçün çox uğurlu hesab edirəm. İki ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyması, Azərbaycan Prezidentinin uzunmüddətli məqsədyönlü siyasi fəaliyyətinin nəticəsidir. Xatırladaq ki, cənab Prezident 2023-cü ilin martında Almaniyaya səfəri zamanı alman iş adamları ilə görüş keçirmişdi və orada ölkəmizin müasir dövrdə oynadığı rolunun əhəmiyyətini onlara çatdırmışdı. İndi bu görüş Bakıda keçirildi. Hesab edirəm ki, bu görüş və əldə olunan razılıq əsasında əməkdşalığın inkişafı Azərbaycanın gücünə əlavə güc qatacaq.

İkinci Qarabağ müharibəsindən sonra Almaniyanın Azərbaycanla əməkdaşlığa cəlb edilməsi, bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx regional əməkdaşlığın yaranması baxımdan çox mühüm addımdır. Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemanın Prezidentlə görüşdə bildirib ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir.
Səfir xüsusən vurğuladı ki, Azərbaycan Prezidentinin də inauqurasiya nitqində dediyi kimi, iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır və Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır.

Görüşdə cənab Prezident də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bəyan etdi. Amma bununla belə, Prezident İlham Əliyev bəzi Qərb ölkələrinin və Avropa İttifaqının, hətta Almaniyada bəzi dairələrin Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqeyini birbaşa nümayəndə heyətinin diqqətinə çatdırdı.

Prezident Qərbin Azərbaycana qarşı ikili standartlar yürütməsinə kəskin etirazını bildirdi. Prezident bəyan etdi ki, bir sıra beynəlxalq institutların, o cümlədən Avropa İttifaqının, xüsusən də Fransa prezidenti Makronla Aİ rəsmisi Cozef Borelin qeyri-adekvat çıxışı heç bir reallığı əks etdirmdəyən mövqeləri beynəlxalq hüquq normalarına ziddir. Ölkə başçısı bunu Azərbaycana qarşı pərdələnmiş təhdid kimi qiymətləndirib.

Prezident almaniyalı nümayənədlərə açıq şəkildə Azərbaycanın qəti mövqeyini çatdıraraq bəyan etdi ki, Avropa institutları, xüsusən də AŞPA ölkəmizə qarşı mövqeyini dəyişməzsə, o zaman həmin qurumalarla gələcək əməkdaşlıq münasibətinə baxa bilər. Bu, bir daha Azərbaycanın güc və qüdrətinin göstəricisi deməkdir. Bununla Prezident almaniyalı nümayəndələrin timsalında Qərbə mesaj verdi ki, Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq mənasız və effektsizdir. Qərb Azərbaycan qarşı ikili siyasətindən nə qədər tez əl çəksə, daha yaxşı olar. Avropa ölkələri bölgədəki əhəmiyyətsiz Ermənistandansa Cənubi Qafqazın ən iri və güclü ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan fayda əldə edə bilərlər. Ermənistanla əməkdaşlıq isə onlara heç bir fayda verməyəcək".
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ