Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir
Siyaset
Oxunub: 56
26 fev 2024 | 14:22
Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir


Ermənistanın Baş naziri Nikol Paşinyanın “France 24” kanalına müsahibədə səsləndirdiyi fikirlər Ermənistan-Azərbaycan normallaşma prosesində yeni mərhələnin başlandığını göstərdi. Açıqlamaların təhlilindən aydın olur ki, 2020-ci ildən indiyə qədərki nisbi konstruktiv mərhələnin yerini geopolitik qarşıdurma ilə müşayiət olunan gərginliklər tutacaq.

Qısaca xatırladaq ki, müsahibədə Paşinyan Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə hazırlaşdığını, rəsmi Bakının Ermənistana “Qərbi Azərbaycan” kimi baxdığını, ərazilərin qarşılıqlı tanınmasını istəmədiyini, Ermənistan ərazilərini işğal etmək istədiyini və nəticədə sülh arzulamadığını iddia edib.

Əlavə olaraq, Azərbaycan XİN Paşinyanın bu müsahibəsinə cavab verdi.

Azərbaycan tərəfinin cavabı yubanmayıb. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.

Maraqlıdır, Baş nazirin mövqeyindəki qəfil dəyişiklik nə ilə bağlı ola bilər? Ermənistan Fransanın timsalında münaqişədə itirdiklərini geri qaytara biləcək təminatçı tapdığını düşünürmü? Fransanın bölgədə aktiv iştirakı hansı geosiyasi gərginliyə səbəb olacaq?

Politoloq Elxan Şahinoğlu Pressklub.az-a açıqlamasında deyib ki, Paşinyan ötən il “Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq” deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərini işğal etmək istəməsindən və müharibə təhlükəsindən danışır. Bunun qarşılığında da Fransa rəsmiləri “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər: “Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o geri dönməyə macal tapmamış Fransanın müdafiə naziri İrəvana getdi və Ermənistanı yeni hərbi texnika ilə təchiz edəcəklərini vurğuladı. Bunun ardınca, Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduracağı barədə açıqlaması da Parisin planının tərkib hissəsidir. Yəqin Parisdə Paşinyana söz veriblər ki, Ermənistan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək və bu, Ermənistanın təhlükəsizlik təminatı olacaq”.

Politoloq qeyd edir ki, növbəti gediş Kremlindir. Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş, Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. İkinci Qarabağ müharibəsindən sonra bu alınmadı, yəqin ki, Kreml növbəti cəhdə baş vuracaq.

Elxan Şahinoğlu əlavə edir, Azərbaycanla Ermənistan sərhədində atəşkəsin pozulması hallarının artması İrəvana xarici təsirlərin nəticəsidir. Sərhəddəki insidentlər bölgədə yeni müharibə riskini artırmaqla yanaşı, Paşinyanın özü üçün də təhlükəlidir: “Çünki Paşinyanın mövqelərini zəiflətmək üçün bölgədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr var. Azərbaycan üçün təxribatı kimin həyata keçirməsinin fərqi yoxdur, Azərbaycan ordusu təxribatın icraçılarına zərbə endirəcək. Bu təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər. Azərbaycan ordusu hər dəfə qarşı tərəfin təxribatına cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb və uğur qazanıb”.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq