Ermənilər nəyi hədəfləyiblər? - AKTUAL
Siyaset
Oxunub: 96
13 fev 2024 | 14:22
Ermənilər nəyi hədəfləyiblər? - AKTUAL


Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açmasının sərhəddə eskalasiya yaratmaq planına xidmət etdiyi şübhəsizdir: erməni postunun görüntüləri də təsdiq edir ki, təxribat planlı şəkildə həyata keçirilib; atəşin snayperdən açılması məqsədin Azərbaycan ordusuna itki vermək olduğunu isbat edir;
Snayperdən açılan atəşin adekvat cavabı olacaq, bu baxımdan, “Ermənistan Azərbaycanın cavab atəşi açmasında və hərbi qarşıdurmanın yaşanmasında maraqlıdırmı” sualı yaranır. Bu sual xüsusilə iki kontekstdə diqqət çəkir:
- Azərbaycanda seçki prosesi bitdi və qarşıda sülh danışıqlarının növbəti raundu gəlir;
- Paşinyan dünən Britaniya mediasına müsahibəsində sülh danışıqlarının yenidən başlanmasında maraqlı olduqlarını elan etdi;
Bu, snayper atəşinin rəsmi İrəvanın iradəsindən kənar açıldığı, erməni ordusu daxilində prosesin tormozlanmasını istəyən qrupların oyunu olduğu fikrini önə çıxara bilər. Ermənistan tərəfi də “hadisənin araşdırılacağını, hərbçinin cəzalandırılacağını” bildirib. Hərçənd, Ermənistanın maraqları snayper atəşinin açılması əmrinin rəsmi İrəvan tərəfindən verildiyi versiyasını gücləndirir.
Birincisi, Ermənistan və bu ölkədə Rusiyanın “təhlükəsizlik yerini” doldurmaq istəyən Qərb tərəfdaşları, xüsusilə Fransa Azərbaycanla sərhəddə eskalasiyanın olmasında maraqlıdır: mümkün hərbi qarşıdurma İrəvana Moskvanın “təhlükəsizlik müttəfiqliyindən” imtina etməyə, yaxud təhlükəsizlik məsələsində Qərb tərəfdaşlarına ağırlıq verməyə səbəb yaradacaq; 44 günlük müharibədən sonra sərhəddə baş verən qarşıdurmalarda Ermənistan KTMT və Rusiyaya bu ittihamları ünvanlayıb, lakin indi situasiya fərqlidir;
- Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb və erməni ordusunun arsenalının təmin edilməsi şaxələndirilib;
- Aİ müşahidəçilərinin sayı kifayət qədər genişləndirilib: İrəvan sərhədlərin mühafizəsini “müşahidə missiyası”nın çətiri altında öz qüvvələri tərəfindən təmin edə biləcəyini hesab edir;
Hazırda Ermənistan Rusiyanın yerini kifayət qədər doldura biləcək dəstəyə malikdir və baş verə biləcək mümkün esakalasiya bu istiqamətdə praktiki addımların atılması üçün istinad nöqtəsi ola bilər. Zəngilan rayonu da Ermənistanın sərhəddə eskalasiya nöqtəsinə çevirə biləcək beş nöqtədən (Kəlbəcər – Söyüdlü mədəni, Laçın – Qaragöl istiqaməti, Naxçıvan – Kərki kəndi, Qazax – işğal altındakı 7 kənd) biridir.
İkincisi, Zəngilan rayonu istiqamətində mümkün eskalasiya Zəngəzur dəhlizi layihəsini tormozlamağa hesablana bilər: dəhlizdən imtina edən Ermənistan Mehridə heç bir praktiki iş görməsə də, Azərbaycan layihənin sərhədə qədər olan hissəsini tamamlamaq üzrədir; İrəvan dəhlizlə bağlı görülən işləri sabotaj etməkdə, həm də bu marşrutun təhlükəsiz olmadığını göstərməkdə maraqlıdır;
Üçüncüsü, İrəvan mümkün Brüssel görüşünə hazırlaşır: sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinə ümid edən Ermənistan Aİ Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə təbrik zəngini yeni fürsət olaraq görür; Mişel Brüssel formatında görüşün davam etdirilməsini təklif etdi, Əliyev üçtərəfli formatı (bu o deməkdir ki, Fransanın iştirakı mümkün deyil) dəstəklədi; Brüssel formatı bərpa ediləcəyi təqdirdə, rəsmi Bakı Zəngəzur dəhlizi layihəsini əsas prinsip olaraq irəli sürəcək, bu dəfə “Azərbaycandan Azərbaycana prinsipi” üzrə; Kalininqrad təcrübəsinə əsaslanan bu təklif daha öncə Brüsseldə müzakirə olunub və növbəti raundda yenidən aktuallaşması gözləntisi var; Brüssel formatı üçtərəfli qaydada davam edərsə və Bakı Naxçıvana maneəsiz keçidi qəbul etdirərsə, ki bu ehtimal hazırda önə çıxıb, İrəvanın Qərb platformasından gözləntiləri də özünü doğrultmayacaq; bu baxımdan, mümkün Brüssel görüşündən öncə məhz Zəngilan istiqamətində - Zəngəzur dəhlizi ətrafında hərbi hərəkətlilik Ermənistana “kommunikasiya bizim istədiyimiz formada açılmasa, təhlükəsizlik problemləri yaranacaq” mövqeyini əsaslandırmaq üçün lazımlı ola bilər;
Baş verənlər fonunda snayper atəşinin birdən çox hədəfinin olduğu qənaəti yaranır, lakin bunun böyük eskalasiyaya səbəb olacağı gözləntisi hələ də azdır. Zəngilan istiqamətində açılan atəşin cari dövr üçün bir əsas hədəfi var: Zəngəzur dəhlizinin təhlükəsiz marşrut olmadığını nümayiş etdirmək.
Və bu, səbəbsiz deyil. Çünki yanvarın 29-da keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə İnvestorlar Forumunda Asiyanı Avropaya birləşdirəcək Transxəzər Nəqliyyat Dəhlizinə 10 milyard avro sərmayə qoymaq qərarı verildi. Bu qərar Zəngəzur dəhlizi layihəsinin Brüssel üçün aktuallaşdıracaq amildir.
- Aİ-nin Mərkəzi Asiyaya nəqliyyat dəhlizi əldə etməsində Azərbaycan əsas halqadır;
- Azərbaycan Gürcüstan marşrutu ilə yanaşı, alternativ imkan kimi Zəngəzur dəhlizini irəli sürür (Naxçıvana maneəsiz keçid olaraq) və Bakının mövqeyi Brüsselə təsir edə bilər;
- Mərkəzi Asiya ölkələri də Azərbaycanın layihəsini dəstəkləyir;
- Zəngəzur dəhlizi – Mehridən keçəcək maneəsiz yol Qərb analitikləri tərəfindən nəqliyyat dəhlizləri arasında təhlükəsiz marşrutlardan biri kimi qiymətləndirilir: misal üçün, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi son hesabatında bu dəhlizin təhlükəsiz olduğundan bəhs edir və qeyd edir ki, Aİ Bakı və İrəvan arasında mümkün sülh sazişinə dəhlizin açılması müddəasının daxil edilməsində maraqlı ola bilər;
- Aİ-nin Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan “Kalininqrad təcrübəsi”nə əsasən işləməsini dəstəkləməsi istisna edilməməlidir;
Ermənistanı narahat edən də budur. Bu baxımdan, Zəngilan istiqamətində açılan snayper atəşinin hədəfinin də bu marşrutun təhlükəli olduğunu göstərmək məqsədi daşıdığını deyə bilərik.

Asif Nərimanlı
Bu gün, 11:03
Maliyyə Nazirliyindən VACİB AÇIQLAMA
Bu gün, 10:59
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - Video
Bu gün, 10:32
FHN-dən əhaliyə - Təkrar müraciət
Bu gün, 10:23
Paris-2024-ün açılış mərasimindən rəngli görüntülər - Fotolar
Bu gün, 10:15
"Qarabağ"dan MÜHÜM AÇIQLAMA: "Futbolçularımızın 90 faizinə transfer təklifi gəlib"
Bu gün, 10:09
ABŞ və Qərb Ermənistanla bağlı qorxunc reallığı niyə etiraf etdi: Rusiya ilə müttəfiqlik "körpüləri" uçurulsa...
Dünən, 16:00
Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə
Dünən, 15:30
Nikol Bakıya bu halda gələcək - Rusiyadan baxış
Dünən, 14:22
“Dəmir yumruğ”a təzədən zərurət yarana bilər - BAŞQA YOLU YOXDUR...
Dünən, 13:55
Şənbə gününün hava proqnozu açıqlanıb
Dünən, 13:31
Ceyun Bayramov Somalidən olan həmkarı ilə görüşüb
Dünən, 12:52
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
Dünən, 12:36
Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI – “Tutulanların sağalması mümkün deyil”
Dünən, 12:01
Tramp Harrislə debatdan imtina etdi - Səbəb isə...
Dünən, 11:57
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Dünən, 10:24
Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi
Dünən, 10:18
Bakıdakı bağçalara növbəyə yazılma başladı
Dünən, 09:56
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Dünən, 09:52
Məşhur müğənnimiz ölümdən son anda qurtuldu - ANBAAN VİDEO
Dünən, 09:32
Azərbaycanda zəlzələ oldu
Dünən, 09:23
Alimlər Cənubi Okeanın güclü karbon qazı uducu olduğunu sübut etdi
Dünən, 09:19
Azərbaycan UEFA reytinqində irəliləyib
Dünən, 09:13
Fransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb
Dünən, 09:10
Rusiya Rumıniya ərazisinə zərbə endirib? - Açıqlama
Dünən, 09:06
İvanişvili prezident ola bilər – Anons edildi
Dünən, 09:00
ABŞ və Qərbin strateji hədəfi Zəngəzur dəhlizini ələ keçirtməkdir: Bu, yeni dünya düzənində həlledici faktora çevriləcək
25-07-2024, 16:00
Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir - İNCƏLƏMƏ