AŞPA-da ermənipərəst qüvvələr: Maskalı siyasətçilər... - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 79
31 yan 2024 | 14:22
AŞPA-da ermənipərəst qüvvələr: Maskalı siyasətçilər... - NƏ ETMƏLİ?


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərarı Avropanın səmərəsiz cəhdlərinin tərkib hissəsidir. Dünya gücləri, onların əlində oyuncağa çevrilən Avropa Şurası kimi qurumlar Azərbaycana qarşı atdıqları addımların əsassız olduğunu, yalnız qərəz xarakteri daşıdığını çox yaxşı bilirlər. Avropa Şurası islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsinə çevrilib. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal faktına qarşı heç bir tədbir görməyib. Heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Avropa Şurasının işğalçı ilə işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul etməsinin özü ədalətsizliyin təzahürüdür. Heç şübhəsiz, AŞPA-da baş verənlər, Fransa Senatının Azərbaycana qarşı qətnaməsi, Aİ rəsmisi C.Borrellin Azərbaycana qarşı çıxışı bir-biri ilə əlaqəlidir. Baş vermiş təxribat Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa İttifaqının roluna böyük zərbə oldu ki, bu da tərəfləri sülh gündəliyindən uzaqlaşdırmaq deməkdir. Həm də görünən odur ki, son diplomatik uğursuzluqlar fonunda Fransa kənara çəkilərək Almaniyanı irəli çəkib. Məhz buna görə təşəbbüsü almaniyalı deputat Frank Şvabe səsləndirib. Tarixən bu ölkələr rəqib olsalar da, müsəlman dünyasına qarşı müttəfiq kimi çıxış edirlər. Təsadüfi deyil ki, Türkiyəyə qarşı yaradılmış “Daşnaksütyun” da Osmanlıdakı alman və fransız məktəblərində formalaşıb. Bu yaxınlarda Bakıda ifşa olunan Fransanın casus şəbəkəsinin formalaşdırılmasında Almaniyanın da iştirakı istisna olunmur. Xatırladaq ki, Aİ-nin Qarabağa hansısa formada silahlı missiya göndərmək istəyi, Ermənistana göndərilən missiyanın Azərbaycanda da yerləşdirilməsi, Laçın dəhlizinə missiya göndərmək və s. cəhdlərin heç biri baş tutmadı. Paralel şəkildə Almaniya və Fransa ABŞ-nin də dəstəyi ilə Azərbaycanın COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün əlindən gələni etdilər. Almaniya və Fransa səfirləri Ümumdünya Şəhərlər Forumunun Bakıya verilməsinin qarşısını almaq üçün BMT İnsan Məskənləri Proqramı - BMT -Habitata təzyiqlər göstərdilər, amma heç bir nəticə olmadı. Bütün cəhdlər uğursuz oldu. İndi “səlib yürüşü” çərçivəsində AŞPA-da “insan hüquqları” bəhanəsi ilə növbəti təzyiq metoduna keçiblər. Amma Azərbaycan onları qabaqladı və biabırçı duruma saldı, son iclasa qatılmadı və qürurlu şəkildə islamofob, anti-Azərbaycan qurum ilə münasibətləri kəsdi. Azərbaycana qarşı daha bir irad ölkənin AŞPA qarşısında “öhdəlikləri” yerinə yetirməməsidir. Bu “öhdəliklər”də əsas yeri LGBT hüquqlarının qorunması tutur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir. Sonda eyni cinslərin nikah hüququnun tanınması da tələb kimi qoyula bilər. Təbii ki, Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Qərbi qıcıqlandıran daha bir məqam Azərbaycan xalqının bütün bu təzyiqləri dəf edən Prezident İlham Əliyevə verdiyi tam dəstəkdir. Aparılan seçki kampaniyasını izləyən Qərb dairələri bir daha İlham Əliyevə olan dəstəyin şahidi olublar. Beləliklə, Azərbaycanın Qarabağdan imtina etməməsi, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, ölkəmizin milli mentalitet və əxlaqımıza zidd “dəyərlərdən” imtina etməsinə cavab olaraq Fransa, Almaniya kimi ölkələr ABŞ-nin dəstəyi ilə təzyiqləri gücləndirməyə cəhd edirlər.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a bildirib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması, indiki halda ən doğru addımdır. Deputatın sözlərinə görə, bu, AŞPA-da kök salmış ermənipərəst, “türkəfob”, irqçi qüvvələrin ikili standartla söykənən fəaliyyətinin nəticəsidir:

"Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda Qarabağ və ətraf rayonlar işğal olunmuşdu. Bir milyon qaçqın, məcburi köçkünümüz var idi. Düşünürdük ki, Avropa məkanında insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq qanunların aliliyinə məsul olan bir təşkilatın imkanlarından istifadə etməklə, işğala son qoyular, insanlar öz yurdlarına qaytarılar. Müharibə olmadan, münaqişə sülh yolu ilə həllini tapar. Əfsuslar olsun ki, ümidlər özünü doğrultmadı. Ötən 23 il göstərdi ki, AŞPA və digər beynəlxalq təşkilatlardan haqq, ədalət gözləmək, sadəcə sadəlövhlükdür. Bir dəfə də olsa, həmin təşkilatlar, Ermənistanı işğalçı kimi tanımadı, köçkünlərin problemlərinin müzakirəyə çıxarılmasına imkan verilmədi. 2020-ci ildə Azərbaycan, öz problemini özü həll edəndən sonra, AŞPA ilə yanaşı digər beynəlxalq təşkilatların, Fransa kimi dövlətlərin əsl siması göründü. Ermənistanın məğlubiyyətini öz məğlubiyyətləri olaraq qəbul edən avropalı siyasətçilərin maskaları cırıldı və ölkəmiz əleyhinə bütün cinahlardan hücuma keçdilər. Səbəb odur ki, qlobal güclərin, Azərbaycan və Türkiyə əleyhinə əsas təsir imkanlarından biri, “erməni kartı” aradan qalxır. Onlar “erməni kartının” beynəlxalq gündəlikdən çıxarılmasını özləri üçün təhlükə olaraq görürlər".
Parlament üzvü vurğulayıb ki, ölkəmizə qarşı hər hansı sanksiya barədə qərarı Avropa Komissiyası verə bilər: "İndiki halda bu, real görünmür. Avropa İttifaqına üzv olan ölkələr arasında dostlarımızın, strateji müttəfiqlərimizin səyləri nəticəsində konsensus əldə etmək çətindir. Əgər Fransa, Almaniya, Niderland kimi dövlətlərin təzyiqi ilə belə bir qərar verilərsə, bundan Azərbaycandan daha çox Avropa İttifaqı zərər çəkəcək. Rusiya-Ukrayna müharibəsi üzündən kommunikasiyaların işləməməsi, Yaxın Şərqdə və Qırmızı dənizdə baş verən proseslərin fonunda, Azərbaycana qarşı sanksiyaların tətbiqi, dünya iqtisadiyyatına, ölkələrarası ticarət dövriyyəsinə mənfi təsiri şübhəsizdir. Nümayəndə heyətimiz, AŞPA-nı tərk etməklə, Qərb dairələrinə mesaj verir ki, Azərbaycan özü-özünü təmin edən, torpaqlarını işğaldan təkbaşına qurtaran ölkədir. Regionun ən güclü, strateji cəhətdən olduqca əhəmiyyətli dövləti ilə zəif Ermənistanı eyni tərəziyə qoymaq olmaz".
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq