Azərbaycana yanaşma dəyişdi: Ermənistana gözlənilməz zərbə - Bundan sonra NƏ OLACAQ?
Siyaset
Oxunub: 188
19 avq 2023 | 14:19
Azərbaycana yanaşma dəyişdi: Ermənistana gözlənilməz zərbə - Bundan sonra NƏ OLACAQ?


Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Ermənilərin BMT Təhlükəsizlik Şurasının təcili iclasından “böyük gözləntilər”i vardı, amma bu özünü doğrultmadı. Azərbaycan əleyhinə qətnamənin qəbuluna nail ola bilmədilər. Siz baş verənlər haqda necə düşünürsünüz?

- Belə də olmalıydı. Çünki uydurma bir məsələnin müzakirəsinə qalxmışdılar. Fransa ikinci dəfə bu təşəbbüslə anti-Azərbaycan mövqedə olduğunu təsdiqlədi. Amma yenə də oxları daşa dəydi. BMT Təhlükəsizlik Şurası nisbətən təmkinli və aranı qatmayacaq bir mövqedə durdu, orada sadəcə tövsiyə xarakterli fikirlər səsləndirildi.

Başda Türkiyə olmaqla, müzakirələrə qatılan dövlətlərin əksəriyyəti, elə Rusiyanın özü, Britaniya da təmkinli mövqe sərgilədilər. Bir növ dolayısı ilə şişirdilmiş bir məsələnin belə bir qurumda müzakirə edilməsinə ehtiyacın olmadığını bildirdilər. Ermənistan xarici işlər naziri orada olmasına baxmayaraq, ermənilərin saxta iddialarla yaratmaq istədikləri rezonans baş tutmadı.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev vəziyyəti daha dolğun və obyektiv təqdim etməklə, peşəkar diplomatik manevr etdi və Xankəndidə toy edən erməni gənclərinə təbrik göndərməyi unutmadı. “Soyqırımı”, “blokada” və “humanitar böhran” saxtakarlıqları ilə bəzədilməyə çalışılan müzakirəyə ən yaxşı cavabı Yaşar Əliyev verdi. Azərbaycanlı diplomat müzakirəyə obyektiv nöqtə qoydu.

Ermənilər yenə hay-küy qaldıraraq dünya ictimai rəyini zorlamaq istədilər. Zənnimcə, alınmadı və alınmamalı idi. Çünki bölgədə baş verənlər Azərbaycanın suverenliyi və hüquqları ilə bağlı məsələlərdir. BMT-nin isə bu məsələləri müzakirəyə çıxarıb, qeyri-adekvat qərar versəydi, beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edilə bilərdi. Məncə, müzakirələrin bu səpkidə aparılmasın özü yanlış addım idi, amma BMT öz prinsiplərinə zidd qərar verməməklə özünü rüsvayçılıqdan qurtarmış oldu.

- Sizcə, Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmi formalaşdırmaq istəklərinə nail ola bilməyən ermənilər sülhə gələcəklərmi?

- BMT-də qəti şəkildə bildirildi ki, sülhyaratma prosesi davam etməlidir. Müxtəlif ölkələrin nümayəndələri, xüsusən Türkiyə təmsilçisi bunu xüsusi olaraq vurğuladı. Bəli, bundan sonra əsas məsələ qalan problemlərin həllidir. Ümumi fikir bu oldu ki, tərəflər danışıqlar yolu ilə ortaq bir qərara gəlməlidirlər. Bu məsələ müzakirələrdə qırmızı xətlə keçdi.

Ermənistandan obyektiv yanaşma heç vaxt gözləməmişik, yenə də gözləməyəcəyik, amma burunları daşa dəydi. İndi reallığı qavramaq vaxtıdır. Ermənistanda ağlı başında olan insanlar, xüsusilə Levon Ter-Petrosyan dəfələrlə vurğulayıb ki, ermənilər uydurma tarixin kölgəsinə qısılmamalı, reallığı qəbul etməyi bacarmalı, bu gerçəkliyə uyğun da yaşamalıdırlar.

Ermənilər heç vaxt ətraflarındakı reallıqla yaşamaq istəməyiblər. 44 günlük müharibədə kapitulyasiya aktına imza atmasına, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına baxmayaraq, Ermənistan yenə də uydurduğu dünyada yaşamağa davam edir.

Problemlərin çözülməsi üçün müəyyən kompromislərə can atmaq lazım gələcək. BMT-də bu kompromislərin hər iki tərəfin birgə səyləri ilə əldə edilməsi vurğulandı. Amma bundan sonra nələrin baş verəcəyini deməkdə çətinlik çəkirəm. Çünki ermənilər Bakının təklif etdiyi Ağdam-Xankəndi yolundan qəti şəkildə imtina edirlər. İsrarla sərhəddə gözləyən TIR-ların Laçın yolu ilə Xankəndinə çatdırılmasını istəyirlər. Əlbəttə, bu, onların öz fikirləri deyil, erməniləri qızışdıran ölkələr var. Xisləti həmişə onun-bunun əlində maşa olmağa adət etmiş bu xalq reallığa uyğun davranmağa adət etməyib.

Dünya düzənində ciddi dəyişikliklər baş verir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni konfiqurasiyada ermənilərdən Azərbaycanın suverenliyini birmənalı qəbul etməklə bölgədə formalaşmış reallığa tabe olmaq tələb olunur. Ermənilərin beyinlərinə zorla yeridilmiş xülyalar bu günlərdə dağıldığına görə onların bundan sonra daha realist olacaqlarını güman edirəm, mütləq Azərbaycanla kompromisə can atmalı olacaqlar və Qarabağ erməniləri ilə Balı arasında dialoq da bərpa ediləcək. Tərəflər bu mərhələdə razılaşmaya gətirib çıxara biləcək şərtlərin yaranmasına dəstək verməlidirlər. Əks halda, bölgə yenidən ciddi qarşıdurmaların mənbəyinə çevrilə bilər.

- Bəs ayrı-ayrı dövlətlərin nümayəndələrinin iclasdakı çıxışları haqda nə deyə bilərsiniz?

- Malta, Fransa və bir sıra digər dövlətlərin nümayəndələrinin çıxışları anti-Azərbaycan əhval-ruhiyyəsində olsa da, çıxış edənlərin böyük hissəsi, məsələn, Britaniya, Albaniya, Türkiyə və sair ölkələrin təmsilçiləri Azərbaycanın ərazi bütövlüyü məsələsini ön plana çəkdilər.

Rusiya nümayəndəsi yenə üçtərəfli anlaşmaları xatırlatdı. O, sülhyaratma prosesinin bu anlaşmalar ətrafında getməli olduğunu dedi. Yəni istisnaları çıxmaq şərtilə ümumilikdə müzakirələr konstruktiv oldu. Açığını deyim ki, müzakirələrin bu ruhda keçəcəyini çətin təxmin edirdim. Hər halda görünən bu oldu ki, bölgəyə münasibətdə konstruktivlik yaranır. Belə bir yanaşma bölgəyə sülhün gətirilməsi üçün daha təsiredici cəhdlərin ediləcəyi təsəvvürünü yaradır. Güman edirəm ki, bundan sonra sülhyaratma prosesində hansısa axsama baş verməyəcək.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq