Nümunəvi nəşr ermənilərə "satıldı" - Nüfuzunu yerlə bir edən məqalə...
Siyaset
Oxunub: 167
14 avq 2023 | 09:00
Nümunəvi nəşr ermənilərə "satıldı" - Nüfuzunu yerlə bir edən məqalə...


İllər əvvəl "Washington Post"un adı həmin nəşrdə dərc olunan məqalənin həqiqət olmasına inanmağa kifayət edirdi. Jurnalistika sahəsində təhsili olan şəxsdən tutmuş, gündəmdən xəbərdar olmaq üçün mətbuatı izləyən sadə vətəndaşa qədər hər kəsin nəzərində "Washington Post" barədə düşüncələr tam fərqliydi. Bu nəşrin adı bəzi təhsil ocaqlarında nümunə kimi çəkilirdi, orada dərc olunan yazılardan faktlar kimi istifadə olunurdu. Bu nəşrdə çıxan xəbərlərə qarşı inam tam idi, nəşrin nüfuzuna görə kimsə onun yalan məlumatlar dərc edəcəyini ağlından belə keçirmirdi. Ta ki, son zamanlar nəşrdə Azərbaycanla bağlı çıxan yazılara qədər.

Nümunəvi nəşr ermənilərə "satıldı" - Nüfuzunu yerlə bir edən məqalə...


Avqust ayının 11-də erməni ruporu, 73 yaşlı amerikalı jurnalist, 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər etmiş Devid İqnatius "Washington Post"da "Cənubi Qafqazda humanitar fəlakət yaşanır" başlıqlı məqalə yazıb. O yazısında bildirib ki, guya Qarabağ erməniləri blokada şəraitində qalıblar, onlar ərzaqla, dərmanla, yanacaqla təmin oluna bilmirlər, acından və xəstəlikdən ölürlər. Hətta, müəllifin iddiasına görə Qarabağ erməniləri Azərbaycan tərəfinin təklif etdiyi yardımın "tələ" olmasından qorxurlar. Ermənipərəst yazar iddia edir ki, guya Qarabağ erməniləri "blokada" şəraitinə görə təcili tibbi yardım maşınlarına tökməyə benzin tapmırlar.

Ermənilərin yalanları, iddiaları, hər şeydən şou yaratmaları, olmayan şeyləri varmış kimi təqdim etmələri, xülyalar ilə yaşadıqları illərdir bizə yad deyil. Məsələmiz də bu deyil, problem onların yalanlarının belə bir qəzetdə, amerikalı jurnalistlər tərəfindən yanlış tərzdə təqdim olunması, həqiqətlərin gizlədilməsi, dəqiq olmayan məlumatların yayılması, bitərəf mövqe nümayiş etdirilməsidir.

Nümunəvi nəşr ermənilərə "satıldı" - Nüfuzunu yerlə bir edən məqalə...


Bu qərəzli məqalənin sifariş və ya xahiş əsasında hazırlandığı aydın məsələdir. Yazının "erməni iztirabları"na fokuslanılması, məqalədə Ermənistan rəsmilərinin tezislərində keçən açar sözlərdən istifadə edilməsi də bunu deməyə əsas verir.

Ruben Vardanyanın yaxın dostu, hətta onun fondu tərəfindən mükafatlandırılan İqnatusun belə bir qərəzli yazısını qəzetin öz guşələrində yayımlanmasına göz yumması məşhur jurnalist Bob Vudvardın "Demokratiya qaranlıqda ölür" şüarı ilə təqdim olunan, 47 mükafat alan "Washington Post"un məsuliyyətsizliyini və Azərbaycana qarşı qərəzli münasibətini, bu media qurumunun sifariş yerinə yetirməsini, kimlərinsə əlində alətə çevrilməsini göstərir.

Dünyada Ukrayna, Afrikadakı hadisələr kimi aktual mövzular olduğu halda "Washington Post" kimi bir qəzetin son 6 gündə Azərbaycana 3 məqalə həsr etməsi onun fəaliyyətinə və bundan sonra dərc olunacaq məqalələrinə qarşı şübhə doğurur. Ermənilərin tezislərinə uyğun hazırlanan məqalələri qəzetlərində rahat şəkildə dərc etmələri onlar üçün pulun dürüstlükdən, ədalətdən daha vacib olduğunu ortaya qoyur.(milli.az)
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq