İslahat güc strukturlarında: Həbslər davam edəcəkmi?
Siyaset
Oxunub: 321
15 may 2020 | 16:18
İslahat güc strukturlarında: Həbslər davam edəcəkmi?


Zakir Qaralovun Baş prokuror vəzifəsindən çıxarılması islahatların dalğasının güc strukturlarına çatması kimi dəyərləndirilirdi. Ehtimal olunurdu ki, 20 il Baş prokuror kimi fəaliyyət göstərən və könüllü olaraq bu vəzifədən getmək niyyətində görünməyən Zakir Qaralovu əvəzləməklə artıq güc strukturlarına da “əl gəzdirmək” planını işə salınıb. Bu ehtimal özünü doğrultmaqdadır.

Yeni Baş prokuror Kamran Əliyev artıq prokuroluq orqanlarında kadr dəyişikliklərinə başlayıb. Son iki gündə 6 prokuror, 1 idarə rəisi işdən çıxarılıb. İşdən çıxarılanlar arasında Ağstafa rayonunun prokurorunun olması isə icra başçıları həbs olunan digər rayonlarda oxşar addımların atılacağını düşünməyə əsas verir.

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov icra başçılarının həbsindən danışarkən hüquq-mühafizə orqanlarının da baş verənlərdə məsuliyyət daşıdığını bildirib. “Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”, – deyə YAP-çı deputat vurğulayıb.

Siyavuş Novruzovun bu fikirləri güc strukturlarında köklü islahatların olacağı barədə ehtimalları bir qədər də gücləndirib. Digər tərəfdən, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Dövlət Sərhəd Xidmətində (DSX) əməliyyat keçirməsi, general rütbəli rəis müavinin saxlanılması güc strukturlarında islahatların həbslə müşayiət olunacağı göstərir. Yəni, general-leytenant Əfqan Nağıyevin həbsi son olmaya bilər.

Nəzərə alsaq ki, vaxtaşırı güc strukturlarında korrupsiya faktlarının olması barədə yazılır və bu sahədə kifayəq qədər narazılıqlar var, o zaman güc strukturlarına çatan islahat dalğası təkcə kadrları əvəzləməklə deyil, həm də cəza tədbirləri ilə yadda qala bilər. (yenisabah.az)
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı