Deputat: “Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mövqeyi ortadadır”
Siyaset
Oxunub: 310
2 may 2020 | 11:00
Deputat: “Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mövqeyi ortadadır”


“Azərbaycan dövləti korrupsiya və rüşvətxorluğa qarşı yürütdüyü siyasət sistemli xarakter daşıyır. Ölkədə korrupsiyaya qarşı mübarizə hər zaman aparılıb və bu proses davam etməkdədir. Son aylarda bir sıra rayon icra hakimiyyətləri və məmurlara qarşı həyata keçirilən əməliyyatlar bunun bariz nümunəsidir”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi andan korrupsiyaya qarşı mübarizə daxili siyasətin priorotetini təşkil edib. “Bu məsələdə dövlət başçısının siyasi iradəsi hər zaman ortada olub. Ölkədə korrupsiyaya qarşı səmərəli və sistemli mübarizə aparmaq məqsədi ilə "Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011, 2012-2015-ci illər və sonrakı illər üçün Milli Fəaliyyət Planı hazırlanaraq həyata keçirilib. Bununla parallel olaraq qanunvericilik bazası təkmilləşdirilib. Eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturu və fəaliyyəti təkmilləşdirilib. Bir sözlə korrupsiyaya qarşı mübarizə dövlət başçısının fəaliyyətinin əsas istiqamətlərindən biri olub və bu istiqamətdə bütün zəruri addımlar atılıb və atılmaqdadır. Ölkə başçısı bütün müşavirələrdə, görüşlərdə, iclaslarda korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq məsələsini gündəmdə saxlayıb və bununla bağlı məmurlara xəbərdarlıq edib. Prezident istər sahibkarlara mane olan, sadə insanları incidən, yerində olmayan, ona həvalə edilən vəzifəsini layiqincə yerinə yetirə bilməyən məmurlara, yerli icra orqanlarının rəhbərlərinə dəfələrlə xəbərdarlıq edib. Fəaliyyətində dönüş edə bilməyən, ciddi nöqsanlara yol verən məmurlar zaman-zaman cəzalandırılıb, tutduğu vəzifəsindən uzaqlaşdırılıb”- S. Hacıyev qeyd edib.
O əlavə edib ki, son aylarda bir neçə rayon icra başçısı və digər məmurların həbs edilməsi ölkə başçısının korrupsiyaya və rüşəvətxorluğa qarşı yürütdüyü siyasətin bariz göstəricisidir: “Bu göz qabağındadır. Prezident özü də dəflərlə bəyan edib ki, onun tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq. Azərbaycan hüquqi , demokratik bir dövlət olduğundan hamı, tutduğu mövqedən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Ölkə başçısının söylədiyi kimi heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur. Yol verdiyi qanunsuzluğa görə əvvəlki xidmətləri nəzərə alınmayacaq. Ölkə başçısı bu məsələdə siyasi iradəsi ortadadır. İstər icra başçısı, istərsə də digər məmurlar tutduqları vəzifədə işləmək istəyirlərsə əsas vəzifəsi xalqa xidmət olacaq.
Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var.
Təəssüf məqam doğuran cəhətlərdən biri də ondan ibarətdir ki, bəzi məmurlar cəzalandırılan digər məmurların hərəkətindən dərs çıxarmır . Onlara etibar edilən vəzifədən öz şəxsi maraqlarını təmin etməyə çalışır. Bu isə yol verilməzdir. Ölkə başçısı da bu məsələd barışmaz mövqeədədir. Elə sonuncu Biləsuvar rayonunda baş verənlər bunu bir daha sübut etdi. Prezident bu gün yeni Baş prokurorla söhbətində bir daha məsələ ilə bağlı siyasi iradəsini ortaya qoyaraq bildirdi ki, dövlətin vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları da bundan sonra bu istiqamətdə daha fəal iş aparacaqlar. Prezident bir daha bəyan etdi ki, edilən xəbərdarlıqlardan nəticə çıxara bilməyən məmurlar öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Əks tədirdə onların cəzaları ağır olacaq. Ölkə başçısı bildirib ki, korrupsiyaya qarşı mübarizə bundan sonra daha ciddi formada aparılacaq. Bu məqsədlə yeni Baş prokurora da öz tapşırıqlarını verdi.
Onu da qeyd etmək lazımdır ki, Kamran Əliyevin Baş prokuror təyin etməsi təsadüfi xarakter daşımır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərinin Baş prokuror təyin edilməsi cənab Prezidentin bundan sonra ölkədə korrupsiya və rüşvətxorluğa qarşı necə də ciddi formada mübarizə aparılacağı kimi dəyərləndirmək lazımdır. Çünki Kamran Əliyev prokurorluq orqanlarında korrupsiyaya qarşı mübarizədə xüsusi rolu olan peşəkar kadrdır.
Odur ki, məmurlar bu son hadisələrdən ciddi nəticə çıxarmalı və xalqın xidmətində durmalı, fəaliyyətlərində ciddi dönüş edib, iş prinsiplərində dəyişiklik etməlidir. Əks təqdirdə onları da bu günə kimi cəzalandırılan məmurların acı aqibəti gözləyir. Çünki Prezidentin korrupsiya və rüşəvtxorluğa qarşı barışmaz mövqeyi ortadadır”.
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...