Gəlin, biz də polislərimizi qoruyaq!
Siyaset
Oxunub: 268
13 apr 2020 | 17:02
Gəlin, biz də polislərimizi qoruyaq!


Polislərimizin əməyini necə qiymətləndiririk?!

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük


Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

Lakin ölkədə tətbiq edilmiş xüsusi karantin dövründə həm təhlükəsizliyimizi qoruyan, həm cinayətkarlıqla mübarizə aparan, həm də karantin rejimindən sui-istifadə edərək bu qaydaları pozan, xəstəliyin yayılmasına səbəb olmaqla həm həkimlərimizin, həm də dövlətimizin bu sahədə yükünü artıran şəxslərə qarşı barışmaz mövqe nümayiş etdirən polislərimizin əməyini necə qiymətləndiririk?! Şübhəsiz ki, ölkə vətəndaşlarının çoxu bunu yüksək qiymətləndirir, dəyərləndirir və alqışlayır. Təəssüflər olsun ki, az sayda olsa da yenə də həm ölkədə, həm də xaricdə oturub ölkəmizin hər bir sahədəki uğurlarına kölgə salmaq istəyənlər indi də ara-sıra polislərimizə böhtan atmaqla məşğuldurlar.

Guya polis karantin rejimindən sui-istifadə edərək cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini həbs edir. O zaman sual olunur: Hanı bu həbs edilmişlər?! Kimlərdir?! Hansı şəraitdə həbs edilib və ya cərimələnib?!

Qeyd edim ki, bizə, hüquq müdafiəçilərinə, hüquq-müdafiə təşkilatlarının Monitorinq Qrupunun üzvlərinə hər hansı qanunsuz həbs və cərimə tətbiqi ilə bağlı şikayət daxil olmayıb. Ötən gün Daxili İşlər Nazirliyinin açıqlamasında bəlli oldu ki, təkcə mart ayında xüsusi karantin rejimi faktının pozulmasına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb edilib, 154 nəfər inzibati qaydada həbs edilib. 33 mindən çox şəxs barəsində digər tənbeh tədbirləri görülüb. Rəqəmlərə fikir verəndə məlum olur ki, 33 mindən çox tədbirlərin görülməsi üçün minlərlə polis və daxili qoşun hissələrinin əsgər və zabitlərinə nə qədər əziyyət vermiş olmuşuq. Niyə?! Nə üçün?!

İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın sosial və iqtisadi problemlərinin həlli istiqamətində müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın bu göstərişi hər birimiz üçün əmr kimi başa düşülməlidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.

Ölkə vətəndaşlarının böyük əksəriyyəti həm ölkə başçımızın, həm də Birinci vitse-prezidentimizin çağırışlarına əməl etdikləri halda, müəyyən sayda insanların nəinki evdən çıxmaları, onların bu hərəkətlərinin qarşısını almalı olan polisimizin fəaliyyətinə böhtan atmaqları heç bir mənəviyyata sığmayan haldır. Polis qayda pozan vətəndaşı saxlayarkən heç kimin alnına əqidəsi, siyasi mənsubiyyəti yazılmayıb ki, yoxlama zamanı ayrıseçkilik etsinlər. Bir də niyə etsinlər?! Axı qanun qarşısında istər iqtidar, istərsə də müxalifət hamı bərabərdir və eyni cür məsuliyyət daşıyırlar.

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük. Onlar bizim təhlükəsizliyimizi qoruyarkən həm də özlərinin sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq minlərlə insanla təmasda olurlar. Belə vəziyyətdə onlara görə Allaha dua etmək əvəzinə, böhtan atılması allahsızlıqdır. Onlar da bizim balalarımız, qardaşlarımızdırlar. Gəlin, polisimizi qoruyaq! Onlara əlavə əziyyətlər verməyək!

Allah Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! Allah xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq